Заказчик: "BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
У этого заказчика в той же категории 2 закупок сорвалось из-за нехватки участников. Конкуренция слабая.
15 закупок, 14 разных победителей
Чаще всех выигрывает: "STORM-ENGINEERING" Məhdud Məsuliyyətli Cəmiyyəti (2, 13.3%)
Основание: этот заказчик, эта категория
Победители опускались от сметы на 0.3-80.04%, медиана 22.82%.
Для этого тендера это от 310 675 AZN до 255 084 AZN.
Ниже 65 969 AZN не выигрывал никто.
375 AZN
Документы 25 AZN + участие 350 AZN
Сверху идут обеспечение заявки и время специалиста.
Документация платная, но позиции лота открыты. Разбор строится именно на них.
| # | Состав лота | Количество | Единица |
|---|---|---|---|
| 1 | Kamera üçün CAT6 kabel Cat6 UTP 500m | 10 | rulon |
| 2 | NVR üçün nəzarət sistemlərinə uyğun sərt disk Tutumu ən azı 8 TB, SATA 6 Gb/s interfeysli, 3,5 düym ölçülü, 24/7 video qeydiyyatı üçün nəzərdə tutulmuş və ya ekvivalent. | 10 | ədəd |
| 3 | İP Kamera Daxili istifadə üçün, rəngli görüntü, təsvir ölçüsü ən azı 3 MP, 12 V DC və/və ya PoE ilə qidalanma, enerji sərfiyyatı istehsalçının standart göstəricilərinə uyğun, daxili mikrofonlu, H.264/H.265 və ya ekvivalent video sıxlaşdırma dəstəyi, RJ45 Ethernet interfeysi, ən azı 10/100 Mbps, görüntü tezliyi ən azı 25 fps, Micro SD yaddaş kartı dəstəyi, maksimum təsvir ölçüsü ən azı 3 MP səviyyəsində, TCP/IP, DHCP, DNS, HTTP/HTTPS və RTSP protokollarını dəstəkləyən və ya ekvivalent. | 40 | ədəd |
| 4 | NVR 16 kanallı IP NVR, 16 ədəd PoE portu ilə, bütün PoE portları eyni vaxtda işləmə imkanına malik, ən azı 4 SATA interfeysli, ən azı 8 TB yaddaş tutumunu dəstəkləyən, 12 MP və daha yüksək təsvir ölçülü IP kameraların qoşulmasını dəstəkləyən, H.265+/H.265/H.264+/H.264 və ya ekvivalent video sıxlaşdırma formatlarını dəstəkləyən, 4K UHD görüntü çıxışına malik, TCP/IP, DHCP, IPv4/IPv6, DNS, NTP, RTSP, HTTP/HTTPS və digər zəruri şəbəkə protokollarını dəstəkləyən və ya ekvivalent. | 3 | ədəd |
| 5 | SmartBoard SmartBoard (interaktiv smart lövhə) – ekran ölçüsü 86 düym və ya ekvivalent, ekran təsvir ölçüsü 3840×2160 (4K UHD) və ya daha yüksək, LED arxa işıqlı, parlaqlıq ən azı 400 cd/m², baxış bucağı ən azı 178°, cavab müddəti ən çoxu 8 ms, daxili dinamikləri olan, ümumi gücü ən azı 40 W, anti-glare və anti-fingerprint qoruyucu səthə malik, toxunma dəqiqliyi ən çoxu 1 mm, eyni vaxtda ən azı 20 toxunma nöqtəsini dəstəkləyən, barmaq və passiv qələmlə idarəetmə imkanına malik, toxunma funksiyası Windows və Android əməliyyat sistemlərində işləyən, daxili işıq sensoru olan və ya ekvivalent funksiyaya malik. Təchizatçı təqdim etdiyi məhsula istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form – İstehsalçı tərəfindən verilən səlahiyyət məktubu) sənədini təqdim etməlidir. | 10 | ədəd |
| 6 | Kronşteyn Uyğun monitor diaqonalları: 17"–32"; Yük qaldırma qabiliyyəti: ən azı 9 kq; Quraşdırma üsulu: masaüstü; Material: polad, alüminium və/və ya plastik; Əyilmə (Tilt): hər istiqamətdə ən azı 40°; Fırlanma (Swivel): hər istiqamətdə ən azı 90°; Dönmə (Rotate): hər istiqamətdə ən azı 180°; USB port: ən azı 2 ədəd USB 3.0 portlu USB Hub ilə təchiz olunmalıdır; Monitor uyğunluğu: VESA standartlarına uyğun olmalı və ən azı 75×75 mm və 100×100 mm montaj ölçülərini dəstəkləməlidir; Kabel idarəetməsi: monitor kabellərinin səliqəli yerləşdirilməsini təmin edən kabel idarəetmə imkanına malik olmalıdır; Tənzimlənmə: monitorun hündürlüyünün və baxış bucağının istifadəçinin tələbinə uyğun tənzimlənməsini təmin etməlidir; Digər: masaüstünə təhlükəsiz və dayanıqlı şəkildə bərkidilməli, monitorun sabitliyini təmin etməlidir. | 4 | ədəd |
| 7 | Printer 3 in 1 (çap, skan, surətçıxarma) A4 formatında lazer texnologiyalı, çap, skan və surətçıxarma funksiyalarına malik, ağ-qara çap sürəti ən azı 20 səhifə/dəqiqə, çap keyfiyyəti ən azı 600×600 dpi, skan etmə funksiyasına malik, flatbed skan zamanı optik skan həlli ən azı 1200×1200 dpi, avtomatik sənəd qidalandırıcı (ADF) ilə təchiz edilmiş, USB 2.0 və ya daha yüksək sürətli USB interfeysə, Ethernet şəbəkə bağlantısına malik, Windows, Linux və macOS və ya ekvivalent əməliyyat sistemlərini dəstəkləyən, A4 sənədlərin skan edilməsini təmin edən və ya ekvivalent texniki göstəricilərə malik olmalıdır. | 5 | ədəd |
| 8 | HDMI kabeli 30 metr Uzunluğu: 30 metr; Bağlantı interfeysi: HDMI–HDMI; Video dəstəyi: 4K UHD (3840×2160) @30 Hz və daha yüksək görüntü keyfiyyətini dəstəkləməlidir; HDCP: HDCP 1.4 və ya daha yüksək versiyanı dəstəkləməlidir; Funksiyalar: 3D və Deep Color (Dərin Rəng) texnologiyalarını dəstəkləməlidir; Bağlayıcılar: etibarlı və keyfiyyətli siqnal ötürülməsini təmin edən korroziyaya davamlı örtüklü bağlayıcılara malik olmalıdır; Siqnal ötürülməsi: 30 metr məsafədə görüntü və səs siqnalının sabit və keyfiyyətli ötürülməsini təmin etməlidir. | 3 | ədəd |
| 9 | HDMI kabeli 15 metr Uzunluğu: 15 metr; Bağlantı interfeysi: HDMI–HDMI; Video dəstəyi: 4K UHD (3840×2160) @30 Hz və daha yüksək görüntü keyfiyyətini dəstəkləməlidir; HDCP: HDCP 1.4 və ya daha yüksək versiyanı dəstəkləməlidir; Funksiyalar: 3D və Deep Color (Dərin Rəng) texnologiyalarını dəstəkləməlidir; Bağlayıcılar: etibarlı və keyfiyyətli siqnal ötürülməsini təmin edən korroziyaya davamlı örtüklü bağlayıcılara malik olmalıdır; Siqnal ötürülməsi: 15 metr məsafədə görüntü və səs siqnalının sabit və keyfiyyətli ötürülməsini təmin etməlidir. | 5 | ədəd |
| 10 | USB flash card (64GB) Yaddaş tutumu: 64 GB; İnterfeys: USB 3.0 və ya daha yüksək; Oxuma sürəti: ən azı 130 MB/s; Yazma sürəti: ən azı 10 MB/s; Uyğunluq: USB 2.0 və USB 3.0 portları ilə geriyə uyğun olmalıdır; Zəmanət müddəti: ən azı 1 il; İstifadə: məlumatların etibarlı saxlanılması və ötürülməsini təmin etməlidir. | 5 | ədəd |
| 11 | RAM 16 GB - PC üçün Yaddaş tutumu: 16 GB; Yaddaş tipi: DDR5; Form-faktor: UDIMM; Yaddaş tezliyi: ən azı 4800 MHz; İş gərginliyi: 1.2 V və ya daha aşağı; CAS gecikməsi (CL): CL40 və ya daha aşağı; Uyğunluq: masaüstü kompüterlər üçün nəzərdə tutulmalı və müvafiq DDR5 UDIMM dəstəkləyən sistemlərlə uyğun olmalıdır. | 5 | ədəd |
| 12 | PoE adapteri (PoE Injector) Gigabit Ethernet dəstəyi, IEEE 802.3af/at standartlarına uyğun, giriş gərginliyi 100–240V AC, 50/60 Hz, çıxış gərginliyi 48V DC, çıxış cərəyanı ən azı 0.65A, RJ45 Ethernet interfeysli, PoE vasitəsilə məlumat və enerji ötürülməsini təmin edən, həddindən artıq gərginlik, cərəyan və impuls/sıçrayışlardan mühafizəli və ya ekvivalent. | 20 | ədəd |
| 13 | Access Point Mövcud UniFi mərkəzi kontroller sistemi ilə tam uyğun və inteqrasiya oluna bilən, mərkəzləşdirilmiş idarəetmə, monitorinq və konfiqurasiya imkanlarını dəstəkləyən, Dual-Band, 2.4 GHz və 5 GHz tezlik diapazonlarında işləyən, 10/100/1000 Mbps Ethernet portuna malik, ən azı 802.11ac standartını dəstəkləyən, eyni vaxtda ən azı 200 klient bağlantısını dəstəkləyən, müasir simsiz şəbəkə təhlükəsizlik protokollarını dəstəkləyən və mövcud sistemin funksionallığının davamlılığını təmin edən və ya ekvivalent | 6 | ədəd |
| 14 | Access Point Outdoor Mövcud UniFi mərkəzi kontroller sistemi ilə tam uyğun və inteqrasiya oluna bilən, açıq ərazilərdə istifadə üçün nəzərdə tutulmuş, Wi-Fi 7 (802.11be) və ya daha yeni/ekvivalent standartı, həmçinin əvvəlki Wi-Fi standartları ilə geriyə uyğunluğu dəstəkləyən, 2.4 GHz və 5 GHz tezlik diapazonlarında işləyən, ümumi simsiz ötürmə sürəti ən azı 4 Gbit/s, ən azı 4 spatial stream dəstəyi olan, eyni vaxtda ən azı 200 klient bağlantısını dəstəkləyən, açıq hava şəraitində istifadəyə uyğun ən azı IPX6 qoruma dərəcəsinə malik, divar və ya dirək üzərində quraşdırıla bilən, PoE+ vasitəsilə qidalanan, ən azı 2.5 Gbit/s Ethernet portuna malik və ya ekvivalent. | 3 | ədəd |
| 15 | Switch Mövcud Cisco şəbəkə infrastrukturunun genişləndirilməsi və mövcud avadanlıqlarla tam inteqrasiyanın təmin edilməsi məqsədilə Cisco şəbəkə avadanlıqları ilə uyğun və qarşılıqlı işləyə bilən, ən azı 48 ədəd 10/100/1000 Mbps PoE+ Ethernet portuna, ən azı 4 ədəd 1 Gbps uplink portuna malik, stack funksiyasını dəstəkləyən, idarəolunan, ehtiyat enerji təchizatı imkanına malik, mərkəzləşdirilmiş idarəetmə və monitorinq funksiyalarını dəstəkləyən və ya ekvivalent. Təchizatçı təqdim etdiyi məhsula istehsalçı və ya onun rəsmi nümayəndəsi tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form – İstehsalçı tərəfindən verilən səlahiyyət məktubu) sənədini təqdim etməlidir. | 3 | ədəd |
| 16 | 3D Printer Çap texnologiyası: FDM və ya ekvivalent; Çap həcmi: ən azı 250 × 250 × 250 mm; Korpus: tam qapalı; Nozzle diametri: standart 0,4 mm, müxtəlif diametrli nozzle-ların istifadəsini dəstəkləməli; Maksimum nozzle temperaturu: ən azı 300 °C; Çap platformasının temperaturu: ən azı 100 °C; Çap sürəti: ən azı 300 mm/s; Platformanın avtomatik səviyyələndirilməsi: olmalıdır; Filament diametri: 1,75 mm; Dəstəklənən filamentlər: PLA, PETG, ABS, ASA, TPU və Nylon (PA) və ya ekvivalent; Çap platforması: çıxarıla bilən, elastik və yapışmayan səthli, PEI və ya ekvivalent; Monitorinq: daxili kamera və çap prosesinin uzaqdan monitorinqi funksiyası; Şəbəkə bağlantısı: Wi-Fi və LAN; Elektrik qidalanması: 220–240 V, 50/60 Hz. Komplektasiya: ən azı 3 kq PLA filament; ən azı 3 kq PETG filament; avtomatik filament idarəetmə sistemi – bir neçə filamentin avtomatik seçilməsi və idarə olunmasını təmin etməli; müxtəlif ölçülü ehtiyat nozzle dəsti; filament qurutma cihazı; əsas alətlər dəsti; sərtləşdirilmiş polad nozzle; nozzle təmizləmə dəsti; elektrik kabeli, istifadəçi təlimatı və istehsalçının standart aksesuarları. | 1 | dəst |
| 17 | 3D Printer Çap texnologiyası: FDM və ya ekvivalent; Çap sahəsi: ən azı 250 × 210 × 220 mm; Filament diametri: 1,75 mm; Nozzle diametri: standart 0,4 mm, ən azı 0,2 mm, 0,4 mm və 0,6 mm nozzle-larla işləmə imkanına malik; Nozzle temperaturu: ən azı 290 °C; Qızdırılan platformanın temperaturu: ən azı 120 °C; Lay qalınlığı: 0,05–0,30 mm və ya daha geniş diapazon; Platformanın avtomatik səviyyələndirilməsi: olmalıdır; Ekstruder: Direct Drive və ya ekvivalent; Dəstəklənən filamentlər: PLA, PETG, ABS, ASA, TPU, PA (Nylon), PC və digər uyğun materiallar; Bağlantı: USB, Wi-Fi və Ethernet; Elektrik qidalanması: 220–240 V, 50/60 Hz. Komplektasiya: PLA filament, 1,75 mm, hər biri ən azı 1 kq olmaqla 3 bobin; PETG filament, 1,75 mm, hər biri ən azı 1 kq olmaqla 3 bobin; Çoxmateriallı çapı təmin edən avtomatik filament idarəetmə sistemi və ya ekvivalent – 1 ədəd; PEI və ya ekvivalent səthli hamar çap vərəqi – 1 ədəd; PEI və ya ekvivalent teksturalı çap vərəqi – 1 ədəd; 0,2 mm, 0,4 mm və 0,6 mm ehtiyat nozzle-lar; ən azı 1 ədəd sərtləşdirilmiş polad nozzle; printerlə tam uyğun qoruyucu korpus – 1 ədəd; ən azı 1 bobin tutumlu filament qurutma cihazı – 1 ədəd; əsas alətlər dəsti; nozzle təmizləmə dəsti; elektrik kabeli; istifadəçi təlimatı; printerin quraşdırılması və istismarı üçün zəruri standart aksesuarlar. | 3 | dəst |
| 18 | CO₂ lazer kəsmə və qravür dəzgahı komplekti CO₂ lazer texnologiyalı, lazer gücü ən azı 150 W, iş sahəsi ən azı 1800 × 1200 mm, X, Y və Z oxları üzrə avtomatik idarəetmə sisteminə malik, kəsmə və qravür funksiyalarını yerinə yetirən, lazer başlığının avtomatik və ya yarımavtomatik fokuslama funksiyalı, elektrik mühərriki ilə hündürlüyü tənzimlənən iş masasına malik, Honeycomb və/və ya Knife tipli iş masası ilə təchiz olunmuş, maksimum hərəkət sürəti ən azı 500 mm/s, qravür sürəti ən azı 1000 mm/s, təkrarlanma dəqiqliyi ±0,05 mm və ya daha yaxşı olan, USB və Ethernet bağlantısını dəstəkləyən, geniş yayılmış vektor və raster qrafik formatları ilə işləyə bilən, Windows əməliyyat sistemi ilə uyğun, su soyutma qurğusu (Chiller), hava kompressoru və tüstü-qaz sorucu sistemi ilə komplektləşdirilən, lazer şüasından mühafizə edən qoruyucu örtüyə və fövqəladə dayandırma düyməsinə malik, 220 V, 50 Hz elektrik şəbəkəsində işləyən və ya ekvivalent. Komplektasiya: CO₂ lazer dəzgahı, Chiller, hava kompressoru, tüstü sorucu sistemi, fokus linzası və güzgülər, alətlər və servis dəsti, idarəetmə proqram təminatı, qoşulma kabelləri və avadanlığın istismara hazır vəziyyətə gətirilməsi üçün zəruri aksesuarlar. Quraşdırma, sazlama, sınaq və istifadəçilərə təlim xidməti də təmin edilməlidir. Zəmanət müddəti ən azı 12 ay olmalıdır. | 1 | dəst |
Что заказчик опубликовал по этой закупке после объявления. Подпись это наше прочтение, текст под ней заказчика, без правок.
Təchizatçının müraciəti---Hörmətli Satınalma Komissiyası, Satınalma üzrə texniki şərtləri nəzərdən keçirdik. Məqsədimiz yüksək səviyyəli avadanlığın alınmasına etiraz etmək deyil. Problem bəzi mövqelərin konkret məhsul və istehsalçı ekosisteminə həddindən artıq yaxın təsvir olunması, digər mövqelərdə isə əsas texniki göstəricilərin kifayət qədər müəyyən edilməməsidir. “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əsasən satınalma predmeti obyektiv, funksional və ümumi şəkildə təsvir edilməli, iştirakçıların dairəsini əsassız məhdudlaşdıran tələblər müəyyən edilməməli və ekvivalent məhsulların qiymətləndirilməsi əvvəlcədən aydın olmalıdır. Xüsusilə aşağıdakı məsələlərə diqqət yetirilməsini xahiş edirik: NVR üzrə tələb – 16 kanal, 16 PoE port, 4 SATA, 12 MP dəstəyi, H.265+/H.264+ və 4K çıxışın birlikdə verilməsi konkret Hikvision NVR profilinə çox yaxındır. Əgər məqsəd 16 kanallı professional NVR almaqdırsa, tələb funksional göstəricilərlə neytral şəkildə yazıla bilər. Access Point-lər üzrə UniFi uyğunluğu – 13 və 14-cü mövqelərdə mövcud UniFi kontrolleri ilə “tam uyğun və inteqrasiya” tələb olunur. Əgər üçüncü istehsalçı məhsulları da qəbul ediləcəksə, onların hansı səviyyədə və hansı funksiyalar üzrə UniFi sisteminə inteqrasiya olunacağı açıq göstərilməlidir. Əks halda “və ya ekvivalent” ifadəsi praktik olaraq işləməyə bilər. Outdoor Access Point – Wi-Fi 7, 4 spatial stream, 4 Gbit/s-dən yüksək sürət, 200+ klient, IPX6, PoE+ və 2.5 GbE kombinasiyası Ubiquiti U7 Outdoor profilinə çox yaxındır. Bu parametrlərin hansı hissəsinin real funksional ehtiyac, hansının isə konkret model xüsusiyyəti olduğu yenidən qiymətləndirilməlidir. Switch üzrə tələb – 48 PoE+ port, 4 uplink, stacking, ehtiyat enerji təchizatı, Cisco infrastrukturu ilə tam inteqrasiya və əlavə olaraq MAF tələb olunur. Mövcud Cisco infrastrukturu ilə uyğunluq real ehtiyac ola bilər, lakin bunun üçün konkret hansı protokol, idarəetmə sistemi, stacking və interoperabilik tələblərinin vacib olduğu göstərilməlidir. Əks halda “Cisco ilə uyğunluq + modelə yaxın texniki göstəricilər + MAF” birlikdə alternativ istehsalçıların iştirakını ciddi şəkildə məhdudlaşdıra bilər. 3D printerlər üzrə tələblər – xüsusilə 17-ci mövqedə çap sahəsi, temperatur göstəriciləri, Direct Drive, nozzle ölçüləri, multi-material sistemi, PEI səthlər və enclosure kombinasiyası konkret Prusa MK4S/MMU3/Enclosure komplektinə çox yaxındır. 16-cı mövqedə də qapalı korpus, kamera, LAN/Wi-Fi, yüksək temperaturlu nozzle və avtomatik çoxfilamentli sistem konkret istehsalçı ekosisteminə yönəlmiş təsir yaradır. Burada əsas tələb konkret aksesuar paketinə deyil, tələb olunan funksional nəticəyə bağlanmalıdır. SmartBoard və Switch üzrə MAF – istehsalçı icazəsi özlüyündə qanunsuz tələb deyil, lakin texniki şərt artıq konkret məhsul və ya ekosistemə yaxınlaşdırılıbsa, MAF əlavə giriş baryeri yaradır. Məhsulun orijinallığı, seriya nömrəsi, zəmanəti və mənşəyi digər rəsmi sənədlərlə təsdiq edilə bildiyi halda MAF-ın hansı əlavə zərurətdən irəli gəldiyi əsaslandırılmalıdır. CAT6 kabel üzrə tələb isə əksinə çox ümumidir – sadəcə “Cat6 UTP 500 m” yazılıb. Kabelin mis və ya CCA olması, damar ölçüsü, tezlik diapazonu, örtük materialı və standartı göstərilməyib. Bu halda keyfiyyət və qiymət baxımından tam fərqli məhsullar eyni tələbə formal olaraq uyğun gələ bilər. Bu nümunələr göstərir ki, bəzi mövqelərdə texniki şərt konkret məhsula qədər dəqiqləşdirilib, bəzi mövqelərdə isə məhsulun əsas keyfiyyət səviyyəsi belə tam müəyyən edilməyib. Bununla əlaqədar xahiş edirik ki, model və istehsalçıya xas parametrlər funksional minimumlarla əvəz edilsin, UniFi və Cisco sistemlərinə uyğunluğun konkret texniki meyarları açıqlansın, MAF tələbinin zərurəti hər mövqe üzrə ayrıca əsaslandırılsın, 3D printerlərdə konkret istehsalçı aksesuarlarına bağlı tələblər neytrallaşdırılsın və CAT6 kabel üzrə əsas keyfiyyət göstəriciləri dəqiqləşdirilsin. Eyni zamanda ehtimal olunan qiymətin hansı konkret məhsullar və konfiqurasiyalar əsasında hesablandığının da yoxlanılmasını məqsədəuyğun hesab edirik. Bir daha qeyd edirik ki, məsələ Cisco, Ubiquiti, Hikvision, Prusa və ya digər istehsalçıların məhsullarının keyfiyyəti deyil. Məsələ odur ki, konkret məhsulun texniki profili minimum tələbə çevrilirsə və bunun üzərinə həmin ekosistemə inteqrasiya və ya MAF tələbi də əlavə olunursa, “və ya ekvivalent” ifadəsi təkbaşına real rəqabət yaratmır. Texniki şərtin real ehtiyacı ifadə etməsi, ekvivalentliyin əvvəlcədən aydın olması və bütün potensial təchizatçılar üçün bərabər iştirak imkanının yaradılması üçün qeyd olunan tələblərin yenidən nəzərdən keçirilməsini xahiş edirik. Cavab---- Hörmətli təchizatçı Tərəfinizdən 06 oktyabr 2026-cı il tarixində təqdim edilmiş, satınalma predmetinin texniki şərtlərində müəyyən edilmiş tələblərin ayrı-ayrı istehsalçı və ya konkret məhsul modellərinə uyğunlaşdırıldığı, bununla da potensial təchizatçıların iştirak imkanlarının məhdudlaşdırıldığı barədə müraciətinizə Satınalma Komissiyası tərəfindən baxılmışdır. Müraciətinizdə qeyd olunan iradların obyektiv qiymətləndirilməsi məqsədilə müvafiq texniki tələblər, bazarda mövcud məhsullar və müxtəlif istehsalçıların texniki göstəriciləri araşdırılmışdır. Aparılmış araşdırmanın nəticələrinə əsasən aşağıdakıları bildiririk. 1. NVR avadanlığı ilə bağlı iradınıza dair Müraciətinizdə 16 kanallı IP NVR, 16 PoE portu və ən azı 4 SATA interfeysi kimi texniki tələblərin konkret istehsalçı və ya modelə uyğun olduğu qeyd edilmişdir. Tərəfinizdən irəli sürülən bu iddia Komissiya tərəfindən ayrıca araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan texniki göstəricilər yalnız bir istehsalçıya və ya konkret modelə məxsus deyildir. Belə ki: • Hikvision DS-7716NI-K4/16P modelində 16 IP kamera kanalı, 16 müstəqil PoE interfeysi və 4 SATA interfeysi mövcuddur. İstehsalçının rəsmi texniki sənədində bu göstəricilər açıq şəkildə qeyd edilmişdir. • Uniview NVR504-16B-P16 modelində 16 kanal, 16 müstəqil PoE interfeysi və 4 SATA interfeysi mövcuddur. İstehsalçının rəsmi məhsul səhifəsində cihaz “4 HDDs, 16-ch, 16 PoE” NVR kimi təqdim edilir. • Dahua NVR5416-16HP-EI2 modelində 16 kanal, 16 PoE və 4 HDD yuvası mövcuddur. Dahua-nın rəsmi məhsul səhifəsində model birbaşa “16CH 1.5U 16PoE 4HDDs” kimi göstərilir. Bundan əlavə, qeyd olunan istehsalçıların hər üçü müxtəlif texniki səviyyələrdə və funksional imkanlarda NVR məhsul ailələrinə malikdir. Müvafiq olaraq, Komissiyanın apardığı araşdırma nəticəsində Hikvision, Uniview və Dahua olmaqla ən azı üç müxtəlif istehsalçının 16 kanallı, 16 PoE interfeysli və 4 HDD/SATA interfeysli NVR məhsullarının mövcudluğu rəsmi istehsalçı mənbələri əsasında təsdiq edilmişdir. Bu səbəbdən 16 kanal, 16 PoE və 4 SATA/HDD kimi texniki göstəricilərin yalnız bir istehsalçıya və ya konkret modelə uyğunlaşdırıldığı barədə müraciətinizdə qeyd olunan irad əsaslı hesab edilmir. 2. 48 portlu PoE+ Switch ilə bağlı iradınıza dair Müraciətinizdə 48 portlu PoE+ Switch üzrə müəyyən edilmiş texniki tələblərin konkret istehsalçıya, xüsusilə Cisco markasına uyğunlaşdırıldığı və bununla da digər potensial təchizatçıların iştirak imkanlarının məhdudlaşdırıldığı qeyd edilmişdir. Bununla bağlı bildiririk ki, texniki şərtdə müəyyən edilmiş ən azı 48 ədəd 10/100/1000 Mbps PoE+ Ethernet portu, ən azı 4 ədəd uplink portu, idarəolunan (Managed) işləmə, stacking funksiyası, mərkəzləşdirilmiş idarəetmə və monitorinq, habelə ehtiyat enerji təchizatı imkanları yalnız Cisco markasına xas texniki göstəricilər deyildir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan əsas texniki göstəriciləri qarşılayan məhsullar müxtəlif istehsalçılar tərəfindən təqdim olunur. Belə ki, HPE Aruba 2930F 48G PoE+, NETGEAR M4300-52G-PoE+ və D-Link DGS-3630-52PC kimi müxtəlif istehsalçıların məhsullarında 48 portlu PoE/PoE+, idarəolunan işləmə və stacking kimi funksiyalar mövcuddur. Sözügedən xüsusiyyətlər müvafiq istehsalçıların rəsmi texniki məlumatları ilə təsdiq olunur. Bununla yanaşı, texniki şərtdə mövcud Cisco şəbəkə infrastrukturunun genişləndirilməsi və mövcud avadanlıqlarla uyğunluq tələbinin müəyyən edilməsi ayrıca texniki və istismar zərurətindən irəli gəlir. Belə tələb mövcud şəbəkə infrastrukturuna yeni avadanlığın inteqrasiyası, qarşılıqlı işləməsi, idarə edilməsi və monitorinqinin təmin edilməsi məqsədilə müəyyən edilmişdir. Qeyd olunan tələb “yalnız Cisco markalı məhsul təqdim edilməlidir” formasında müəyyən edilməmişdir. Təklif edilən digər istehsalçıların məhsullarının mövcud Cisco infrastrukturu ilə tələb olunan texniki və funksional uyğunluğu təmin etməsi və bu uyğunluğun istehsalçı tərəfindən təqdim edilmiş texniki sənədlərlə təsdiq edilməsi şərtilə, həmin məhsulların ekvivalentlik baxımından qiymətləndirilməsi mümkündür. Beləliklə, 48 portlu PoE+ Switch üzrə müəyyən edilmiş əsas texniki göstəricilərin müxtəlif istehsalçılar tərəfindən təqdim olunan məhsullarda mövcud olması həmin tələblərin özlüyündə konkret Cisco modelinə xas olmadığını göstərir. Mövcud Cisco şəbəkə infrastrukturu ilə uyğunluq tələbi isə konkret marka və ya modelin məhdudlaşdırılması məqsədi daşımayıb, satın alınacaq avadanlığın mövcud şəbəkə infrastrukturu ilə texniki və funksional inteqrasiyasının təmin edilməsinə yönəlmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Satınalma Komissiyası hesab edir ki, 48 portlu PoE+ Switch üzrə müəyyən edilmiş texniki tələblər əsas funksional göstəricilər baxımından bazarda müxtəlif istehsalçılar tərəfindən qarşılanır və yalnız bir istehsalçıya və ya konkret məhsul modelinə yönəlmiş hesab edilə bilməz. 3. Access Point ilə bağlı iradınıza dair Müraciətinizdə Access Point üçün mövcud UniFi mərkəzi idarəetmə sistemi ilə tam uyğunluq və inteqrasiya tələbinin digər istehsalçıların iştirakını məhdudlaşdırdığı qeyd edilmişdir. Komissiya tərəfindən bu irad ayrıca qiymətləndirilmişdir. Qeyd edilməlidir ki, satınalma predmetinin mövcud UniFi infrastrukturu ilə vahid idarəetmə, monitorinq və konfiqurasiya altında işləməsi zəruridirsə, həmin uyğu
По 52 опубликованным результатам его закупок.
последняя победа 29 июл. 2026 г.
последняя победа 08 мая 2026 г.
последняя победа 24 июл. 2026 г.
последняя победа 24 июл. 2026 г.
последняя победа 29 июн. 2026 г.