Buyer: "NAXÇIVAN MUXTAR RESPUBLİKASI TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ"QAPALI SƏHMDAR CƏMİYYƏTİ
3 of this buyer's procurements in this category collapsed because too few suppliers bid. Competition here is weak.
5 procurements, 5 different winners
Wins most often: SAHİB ETİBAR OĞLU QAFAROV (1, 20%)
Based on: this buyer, this category
Winners went 0.02% to 94.03% below the estimate, median 22.81%.
For this tender that is AZN 133,356 down to AZN 109,113.
Nobody has ever won below AZN 8,439.
AZN 275
Documents AZN 25 + participation AZN 250
The bid bond and your own time come on top of this.
The documentation is paywalled, but the lot items are public. The analysis is built on these.
| # | Lot items | Quantity | Unit |
|---|---|---|---|
| 1 | Peşəkar rəqəmsal simsiz yaxa mikrofonu sistemi Sistem peşəkar televiziya yayımı, canlı səhnə performansları və səs yazıları üçün nəzərdə tutulmuş rəqəmsal UHF ötürmə texnologiyasına və siqnal itkisinin (drop-out) tam qarşısını alan aparat səviyyəli "True Diversity" switching arxitekturasına əsaslanmalıdır. Qurğu 470–694 MHz tezlik spektri daxilində fəaliyyət göstərməli, minimum 40–45 MHz işçi genişlikdə qarşılıqlı modulyasiya (intermodulation) maneələri yaratmadan bərabər məsafəli (equidistant grid) şəkildə eyni vaxtda 30–45 arası sinxron kanalı tam stabil dəstəkləməlidir. Səsin sıxılmadan təbii ötürülməsi üçün daxili dinamik diapazon minimum 115–120 dB, siqnalın ümumi rəqəmsal gecikmə müddəti (latency) maksimum 3.2–3.5 ms, səs tezlik reaksiyası isə minimum 20 Hz ilə 20.000 Hz arasında olmalıdır. Yarım-rak (9.5") ölçülü bütöv metal qəbuledici həm masaüstü, həm də raka montaja (1U) uyğun olmalı, önündə audio/RF siqnal və batareya səviyyəsini göstərən rəqəmsal displey, arxasında isə minimum 2 ədəd çıxarıla bilən BNC anten konnektoru, balanslı XLR və balanssız 6.3 mm Jack səs çıxışları yer almalıdır. Cihaz Bluetooth (BLE) və ya ekvivalent simsiz protokol vasitəsilə smartfon/planşet üzərindən uzaqdan məsafədən tam nəzarət, tezlik skan edilməsi və sinxronizasiya funksiyasını tam dəstəkləməlidir. Yüngül sənaye tipli ötürücü (bodypack) 3.5 mm-lik yivli kilidli (screw-lock) səs girişi ilə təchiz edilməli və 2 ədəd AA batareya ilə minimum 6–8 saat fasiləsiz işləməlidir. Dəstə daxil olan omnipolyar kondensator tipli peşəkar yaxa mikrofonu yüksək tonlarda səsin təhrif olunmaması üçün ən azı 130 dB səs təzyiqi səviyyəsinə (Max SPL) tab gətirməli və konnektoru screw-lock mexanizmli olmalıdır. Avadanlığa minimum 12 ay rəsmi zəmanət verilməlidir; qeyd olunan parametrlər minimum tələblər olub, ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 4 | ədəd |
| 2 | Peşəkar simsiz qulaqdaxili monitorinq sistemi (IEM) Sistem UHF (Ultra High Frequency) tezlik zolağında, minimum 470 MHz ilə 558 MHz diapazonları daxilində fəaliyyət göstərən professional analoq və ya hibrid monitorinq texnologiyalarına malik olmalıdır. Səsin yüksək dinamikliyini, təbii ötürülməsini və kəsintisiz işləməsini təmin etmək üçün monitorinq sisteminin siqnal-küy nisbəti (S/N ratio) minimum 90 dBA aralığında, ümumi harmonik təhrif (THD) əmsalı isə maksimum 0.9% və ya daha aşağı olmalıdır. Qurğuların işçi tezlik genişliyi (tuning bandwidth) hər bir alt sistem üçün minimum 36-42 MHz təşkil etməli, çoxkanallı mühitlərdə eyni vaxtda qarşılıqlı modulyasiya yaratmayan ən azı 16-20 arası sinxron işləyən kanalı (və ya tezliyi) dəstəkləməli və səs tezlik reaksiyası monitorinq üçün minimum 35 Hz ilə 15.000 Hz arasındakı diapazonunu tam əhatə etməlidir. Masaüstü istifadəyə və raka montaj edilməyə (rackmount) uyğun olan möhkəm metal korpuslu ötürücü aqreqat, standart şəbəkə protokolları (Ethernet/RJ45 və ya istehsalçının xüsusi uzaqdan idarəetmə interfeysi) vasitəsilə kompüter proqram təminatı üzərindən uzaqdan tam nəzarət və idarəetmə imkanını, ön tərəfdə rəqəmsal displey panellərini, həmçinin arxa paneldə minimum 2 ədəd birləşdirilmiş (combo XLR-1/4") səs giriş konnektorunu və çıxarıla bilən xarici anten girişini dəstəkləməlidir. Komplektə minimum 2 ədəd portativ kəmər tipli (bodypack) qəbuledici daxil edilməlidir. Bu portativ qurğular standart qələm batareyalarla (AA və ya istehsalçının xüsusi təkrar doldurulan batareyaları) minimum 4–6 saat fasiləsiz işləmə müddəti təmin etməli, üzərlərində tezlik sinxronizasiyası üçün infraqırmızı (IR) port və ya avtomatik tezlik skan edilməsi sistemi, daxili səs məhdudlaşdırıcı (Limiter) və səs tezliyini tənzimləmə funksiyalarına malik olmalıdır. Dəstə komplektə daxil olan qəbuledicilərə tam uyğun gələn, daxili müqaviməti minimum 16 Om olan 2 cüt peşəkar qulaqdaxili monitor qulaqlığı daxil edilməlidir. Məhsula minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 1 | ədəd |
| 3 | Peşəkar omnipolyar kondensator tipli kilidli yaxa mikrofonu Qurğu danışıq və vokal səslərinin yüksək keyfiyyətlə qəbul edilməsi üçün nəzərdə tutulmuş kondensator tipli, kiçik ölçülü miniatür yaxa mikrofonu olmalıdır. Səsin təbii və nitq hərəkətlərindən asılı olmayaraq sabit ötürülməsini təmin etmək üçün mikrofon kapsulu omnipolyar (hərtərəfli - omnidirectional) istiqamətlilik diaqramına malik olmalıdır. Qurğunun səs tezlik reaksiyası (frequency response) minimum 20–50 Hz ilə 18.000–20.000 Hz arasındakı səs spektri diapazonunu tam əhatə etməlidir. Yüksək səsli mühitlərdə və kəskin nitq tonlarında səsin təhrif olunmasının qarşısını almaq üçün mikrofonun maksimum səs təzyiqi səviyyəsi (Max SPL) ən azı 130 dB və ya daha yüksək hədlərə tab gətirmə qabiliyyətinə malik olmalıdır. Qurğunun nominal səs həssaslığı təxminən 15–20 mV/Pa aralığında təyin olunmalıdır. Səhnədə və ya çəkiliş zamanı sərbəst hərəkəti təmin etmək üçün mikrofonun daxili çıxış kabelinin ümumi uzunluğu minimum 1.2–1.6 metr aralığında olmalıdır. Simsiz kəmər tipli (bodypack) ötürücülərə etibarlı, kəsintisiz və fiziki hərəkətlər zamanı yerindən çıxmayan qoşulmanı təmin etmək üçün mikrofonun çıxış kabeli xarici vidalı kilid mexanizminə (locking type) malik olan standart 3.5 mm TRS mini-jak konnektoru ilə təchiz edilməlidir. Komplektə mikrofonun geyimə rahat, sürüşməyəcək şəkildə bərkidilməsi üçün tənzimlənən xüsusi sıxac (metal və ya möhkəm plastik klips) daxil edilməlidir. Küçə çəkilişlərində və açıq hava şəraitində əsmə küyünü, həmçinin qapalı məkanlarda ani nəfəs partlayışlarını minimuma endirmək üçün dəstə ən azı 1 ədəd çıxarıla bilən peşəkar akustik süngərdən ibarət külək qoruyucu başlığı (windshield) daxil olmalıdır. Dəstə əlavə olaraq səs siqnallarının yüksək keyfiyyətli və itkisiz ötürülməsini təmin edən, elastik (yumşaq) strukturlu, qara rəngli, yüksək dözümlülük və ekranlaşdırma xüsusiyyətlərinə malik minimum 25 metr uzunluğunda peşəkar səs (audio) mikrofon kabeli, həmçinin audio bağlantıların qurulması üçün kabel tipli quraşdırmaya tam uyğun gələn, minimum 3.5–6.5 mm diapazonunda kabel diametrini dəstəkləyən, kontakt səthləri qızıl örtüklü (gold-plated) olan, qara korpuslu minimum 15 ədəd peşəkar 3.5 mm mini JACK stereo kabel konnektoru (başlığı) daxil edilməlidir .Məhsula minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 8 | ədəd |
| 4 | Peşəkar Şəbəkə Təhlükəsizlik Avadanlığı Müəssisənin şəbəkə təhlükəsizliyini və internet idarəetməsini təmin etmək üçün təklif olunacaq yeni nəsil təhlükəsizlik şlüzü (Firewall/UTM) avadanlığı fiziki platformada (Hardware) olmalı, üzərində 6–24 ədəd aralığında 10/100/1000 Mbps Ethernet portu, 1–3 ədəd aralığında USB portu və log qeydlərinin aparılması üçün 25 GB – 120 GB aralığında SSD daxili yaddaş sahəsi yer almalı, standart 19 düymlük kabinetə (1U Rack-mount) quraşdırıla bilməli, beynəlxalq CE və FCC sertifikasiyalarına malik olmalı və daxili güc qaynağı ilə təch edilməlidir. Avadanlığın şəbəkə buraxılış qabiliyyəti (Firewall Throughput) 5.5 Gbps – 6.5 Gbps aralığında, veb süzgəc buraxılış qabiliyyəti (URL Throughput) 2200 Mbps – 2500 Mbps aralığında, daxili antivirus süzgəc buraxılış qabiliyyəti (Antivirus Throughput) 1700 Mbps – 2000 Mbps aralığında, IPsec VPN buraxılış qabiliyyəti 400 Mbps – 600 Mbps aralığında olmalı, eyni zamanlı aktiv sessiya tutumu (Concurrent Sessions) 2.300.000 – 3.000.000 aralığında təmin edilmeli, sistem vəziyyət əsaslı paket yoxlamasını (SPI), şəbəkə genişliyinin məhdudlaşdırılmasını (Bandwidth Limiting), port yönləndirmələrini, siyasət əsaslı marşrutlaşdırmanı (PBR), NAT/SIP NAT dəstəyini, VLAN strukturunu, avtomatik WAN ehtiyatlandırılması və yüklərin paylanmasını (WAN load sharing/balancing) tam təmin etməlidir. Cihaz inteqrasiya olunmuş SMS və qeydiyyat sistemləri ilə işləyən daxili hot-spot həllinə, rəsmi mobil idarəetmə/hesabatlıq tətbiqi dəstəyinə, loqların hüquqi tələblərə və zaman damğası standartlarına uyğun şifrələnərək saxlanılması imkanına, lokasiyalararası (Site-to-Site IPsec VPN) və uzaqdan qoşulma (Client-to-Site SSL VPN) xidmətlərinə, habelə AES, 3DES, SHA-256/512 şifrələmə alqoritmlərinə malik olmalı, şəbəkə idarəetməsi funksiyalarında daxili DHCP və DNS proksi server, avtomatik yenilənən IPS/IDS (Sızmanın qarşısının alınması) sistemi, URL, HTTPS, kateqoriya və fayl tipi əsaslı fərdiləşdirilə bilən veb filtrləmə ilə Layer 7 səviyyəsində tətbiq əsaslı (Application Control) qayda təyin etmə imkanları yer almalı və təklif olunan bütün bu funksiyalar, təhlükəsizlik verilənlər bazası yeniləmələri və istehsalçı dəstəyi minimum 3 (üç) illik (36 ay) tam hüquqlu UTM lisenziya paketi ilə birlikdə bütöv halda təqdim edilməlidir. Təklif olunan qiymətə avadanlığın tam quraşdırılması, sazlanması və istehsalçı tərəfindən onlayn (online) təlimin keçirilməsi daxil edilməlidir. Məhsula minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 1 | ədəd |
| 5 | All-in-One (monoblok) masaüstü kompüter Cihaz monitor korpusuna inteqrasiya olunmuş tam vahid masaüstü hesablama sistemi strukturunda olmalıdır. Sistemdə tapşırıqların paralel işlənməsi üçün minimum 12–14 hesablama nüvəsinə, ən azı 12–18 MB keş yaddaşa və yüklənmə zamanı (Turbo rejimində) minimum 4.8–5.0 GHz və ya daha yüksək tezliyə malik olan yeni nəsil mərkəzi prosessor arxitekturası quraşdırılmalıdır. Çoxsahəli tapşırıqların sürətli icrası üçün operativ yaddaş (RAM) həcmi minimum 16–32 GB aralığında, yeni nəsil DDR5 standartında və ən azı 4800–5600 MHz sürət tezliyində olmalıdır. Məlumatların yüksək sürətlə oxunub-yazılmasını təmin etmək üçün daxili yaddaş qurğusu minimum 512 GB – 1 TB tutumlu, yüksək sürətli PCIe NVMe M.2 SSD interfeysli bərk cisimli diskdən ibarət olmalıdır. Cihazın inteqrasiya edilmiş displeyi minimum 27 düym diaqonal ölçüyə, ən azı 178 dərəcəlik geniş baxış bucağı təmin edən IPS (və ya funksional olaraq tam ekvivalent) matris texnologiyasına və minimum 1920 × 1080 (Full HD) və ya daha yüksək ekran təsvir ölçüsünə malik olmalıdır. Qrafik tapşırıqların yerinə yetirilməsi üçün sistem prosessor daxilinə inteqrasiya olunmuş, müasir memarlığa malik qrafik adapter protokolu ilə təchiz edilməlidir. Simsiz və naqilli rabitə interfeysləri olaraq qurğunun korpusunda fiziki RJ-45 Gigabit Ethernet portu, ən azı simsiz Wi-Fi 6 (və ya 6E/7) standartı və minimum Bluetooth 5.0–5.3 versiyası dəstəklənməlidir. Periferik cihazların qoşulması üçün sistemin interfeys panelində minimum 1 × USB Type-C portu və ən azı 3–4 × USB Type-A portları mövcud olmalı, həmçinin audio çıxış üçün standart kombinə edilmiş 3.5 mm qulaqlıq/mikrofon konnektoru yer almalıdır. Videozənglər üçün korpus daxilinə minimum HD (720p/1080p) keyfiyyətli kamera daxil edilməlidir. Avadanlıq FreeDOS və ya əməliyyat sistemsiz variantda təqdim edilmeli, zavod qutusu daxilində tam işlək klaviatura və siçan dəsti ilə komplektləşdirilməlidir. Məhsula minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 9 | ədəd |
| 6 | Peşəkar qrafik iş stansiyası Sistem hesablama və ağır qrafik tapşırıqların icrası üçün nəzərdə tutulmuş xüsusi peşəkar iş stansiyası memarlığına malik olmalıdır. Qurğunun ana platası üzərində minimum 28–32 fiziki hesablama nüvəsinə, ən azı 75–78 MB keş yaddaşa və yüklənmə rejimində minimum 4.8–5.0 GHz və ya daha yüksək tezliyə malik peşəkar server/iş stansiyası sinifli mərkəzi prosessor quraşdırılmalıdır. Sistemdə məlumatların xətalara qarşı qorunmasını təmin edən, aparat səviyyəsində xəta düzəlişli minimum 128 GB tutumlu ECC REG DDR5 standartlı operativ yaddaş (RAM) modulları (ən azı 4x32GB konfiqurasiyasında və 4800 MHz və ya daha yüksək sürətdə) yer almalıdır. Məlumatların yüksək sürətlə oxunub-yazılması üçün daxili yaddaş sistemi minimum 2 TB tutumlu, PCIe NVMe Gen4x4 interfeysli peşəkar sinif yüksək dözümlü M.2 SSD diski ilə təmin edilməlidir. Sistem 3D modelləşdirmə, süni intellekt və vizuallaşdırma tapşırıqları üçün ən azı 20 GB GDDR6 yaddaşa və minimum 4 ədəd peşəkar rəqəmsal video çıxış portuna (DisplayPort) malik olan peşəkar arxitekturalı diskret qrafik adapter (video kart) ilə təchiz olunmalıdır. Kompüterin korpusu daxilində komponentlərin stabil və fasiləsiz qidalanmasını təmin etmək üçün gücü minimum 1000–1200 Vt olan, yüksək səmərəlilik sertifikatına malik daxili qida bloku yer almalıdır. Cihaz lisenziyalı 64-bitlik iş stansiyaları üçün nəzərdə tutulmuş peşəkar əməliyyat sistemi ilə quraşdırılmış vəziyyətdə təqdim edilməlidir. Komplektasiyaya naqilli klaviatura və siçan dəsti daxil olmalı, həmçinin avadanlığa istehsalçı tərəfindən minimum 36 ay (3 il) müddətində rəsmi zəmanət təminatı verilməlidir. Təklif olunan iş stansiyası mütləq şəkildə qlobal səviyyədə tanınmış rəsmi istehsalçının zavod buraxılışı (orijinal zavod montajı) olmalı, sonradan fərdi komponentlərlə əllə yığılma (custom-build / assembled) olmamalıdır. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 2 | ədəd |
| 7 | Peşəkar xarici multi-kart oxuyucu Qurğu foto, video və digər rəqəmsal media fayllarının yüksək sürətlə kompüterə ötürülməsi üçün nəzərdə tutulmuş, masaüstü və ya portativ istifadəyə tam uyğun xarici kart oxuyucu strukturunda olmalıdır. Cihazın korpusu üzərində minimum 3 ədəd müstəqil kart yuvası yer almalı və bu yuvalar vasitəsilə peşəkar CompactFlash (CF), standart SD (SD/SDHC/SDXC daxil olmaqla həm UHS-I, həm də UHS-II) və miniatür microSD (microSD/microSDHC/microSDXC) yaddaş kartı formatlarının hamısını eyni vaxtda aktiv istifadə rejimində tam dəstəkləməlidir. Məlumat mübadiləsinin sənaye standartlarına uyğun yüksək sürətlə reallaşdırılması üçün qurğunun əsas səs/data qoşulma interfeysi minimum USB 3.1 Gen 1 (və ya funksional baxımdan tam ekvivalent olan USB 3.0 / USB 3.2 Gen 1) standartında olmalı, eyni zamanda köhnə nəsil aparatlarla işləmək üçün USB 2.0 protokolu ilə geriyə tam uyğunluq təmin etməlidir. Cihaz əlavə hər hansı bir drayver və ya xüsusi sürücü proqramı tələb etmədən birbaşa qoşulub işləmə (Plug & Play) xüsusiyyətinə malik olmalı, həm Windows, həm də macOS əməliyyat sistemləri altında tam stabil fəaliyyət göstərməlidir. İş prosesində kənar cərəyan adapterinə və ya batareyaya ehtiyac duymadan birbaşa qoşulduğu ana USB portu üzərindən avtonom enerji (bus-powered) almalıdır. Korpus dizaynı daşınması rahat, yığcam ölçülərdə olmalı və komplektasiyaya kart oxuyucunun özü ilə yanaşı, məlumat ötürülməsi üçün zavod tərkibli müvafiq USB bağlantı kabeli daxil edilməlidir. Avadanlığa rəsmi distribütor və ya istehsalçı tərəfindən minimum 12–24 ay (1–2 il) müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 2 | ədəd |
| 8 | Peşəkar Kamera üçün LED işıqlandırma cihazı Qurğu foto-video çəkilişləri və müsahibələr zamanı geniş şüa bucağı (beam angle) altında yumşaq və vahid sahə aydınladılması təmin etmək üçün nəzərdə tutulmuş, kamera üzərinə və ya ştativə (tripod) bərkidilə bilən yüngül korpuslu peşəkar LED işıq paneli formatında olmalıdır. Çəkiliş zamanı işığın bərabər yayılması, göz qamaşdırmasının və sərt kölgələrin qarşısının alınması üçün panelin ön hissəsinə maqnitli və ya xüsusi keçid mexanizmli çıxarıla bilən difüzör (işıqyayıcı) başlıq daxil olmalıdır. İşıq paneli üzərində minimum 150 ədəd və ya daha çox sayda yüksək parlaqlığa malik yeni nəsil SMD (Surface Mounted LED) işıq elementləri quraşdırılmalıdır. Müxtəlif çəkiliş mühitlərinə uyğunlaşma üçün rəng temperaturu (color temperature) minimum 3200K (isti işıq) ilə 5600K (soyuq işıq) aralığında mexaniki tənzimləyici düymə vasitəsilə kəsintisiz və rəvan şəkildə dəyişdirilə bilməlidir. Panelin ümumi gücü minimum 15–20 Vt həcmində təyin olunmalı, 1 metr mərkəz məsafədən maksimal parlaqlıq aydınlığı ən azı 600–640 lüks səviyyəsində olmalıdır. Kamera sensorunun rəngləri təbii ötürməsini təmin etmək üçün cihazın rəng bərpa indeksi (CRI) minimum Ra≥92, televiziya standartı üzrə işıqlandırma ardıcıllığı indeksi (TLCI) isə minimum ≥97 səviyyəsində olmalıdır. İşıq intensivliyi daxili ddimer (dimming) tənzimləyicisi vasitəsilə titrəməsiz (flicker-free) rejimdə minimum 10%-dən 100%-ə qədər idarə olunmalıdır. Enerji təminatı üçün cihaz minimum DC 6–17V geniş gərginlik girişini dəstəkləməli, D-tap kabeli vasitəsilə xarici batareyalardan və ya dəyişdirilə bilən DV batareya lövhələri (battery plates) vasitəsilə standart portativ batareyalardan qidalanma imkanına malik olmalıdır. Qurğunun korpusu üzərində sənaye standartlı minimum 1/4"-20 ölçülü şurup (yiv) bağlantısı yer almalıdır. Komplektasiyaya işıq panelinin özü, çıxarıla bilən difüzör, kameranın ayağına (cold-shoe) və ştativə çevik qoşulmanı təmin edən oynuqlu top başlığı (ball head), D-tap güc kabeli və daşıma çantası daxil edilməlidir. Avadanlığa minimum 12 ay müddətində rəsmi zəmanət verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 3 | ədəd |
| 9 | Peşəkar video kamera üçün litium-ion batareya Qurğu peşəkar çəkiliş kameralarını, monitorları və digər yardımçı video avadanlıqlarını uzunmüddətli enerji ilə təmin etmək üçün nəzərdə tutulmuş, sənaye standartlı xüsusi montaj interfeysinə (məsələn, sənaye tipli peşəkar DV batareya yuvasına) tam uyğun gələn litium-ion tipli portativ akkumulyator blokundan ibarət olmalıdır. Davamlı iş rejimini təmin etmək məqsədilə batareyanın daxili tutumu minimum 90–100 Vt·st (Wh) aralığında (və ya təxminən minimum 6200–6800 mAh həcmində) olmalı, nominal çıxış gərginliyi isə 14.4 V standartını dəstəkləməlidir. Avadanlıq ağır yüklənmələrə tab gətirməli, sabit kəsilməz güc yükü (constant power load) minimum 70 Vt / 6 A və ya daha yüksək parametrlərə malik olmalıdır. Kamera ilə eyni vaxtda əlavə aksesuarları (monitor, simsiz ötürücü və s.) qidalandırmaq, həmçinin batareyanı sürətli doldurmaq üçün korpus üzərində minimum 11–16.8 V gərginlik aralığında işləyən daxili 1 ədəd D-tap (P-tap) səs/enerji çıxış yuvası yer almalıdır. Müasir rəqəmsal qurğularla tam inteqrasiyanı təmin etmək üçün batareyanın gövdəsində həm 40-50 Vt-lıq (və ya daha yüksək) sürətli doldurma (input), həm də noutbuk, planşet və smartfonları birbaşa qidalandırmaq üçün güclü enerji ötürmə qabiliyyətinə (output) malik minimum 1 ədəd USB Type-C interfeysi quraşdırılmalıdır. Bu USB Type-C portu sənaye standartlı BC1.2, QC2.0/3.0 və Power Delivery (PD 2.0/3.0) sürətli enerji protokollarının hamısını tam dəstəkləməlidir. Batareya üzərində real zamanda qalıq enerjinin faiz dərəcəsini izləmək üçün minimum 4 səviyyəli işıqlı displey paneli və ya LED indikator sistemi mövcud olmalıdır. Qurğu uzunmüddətli saxlama zamanı daxili elementlərin tam boşalaraq sıradan çıxmasının qarşısını alan ultra-aşağı gözləmə rejimi (standby power) texnologiyasına, həmçinin gərginlik, qısaqapanma və temperatur dəyişmələrinə qarşı daxili çoxpilləli dövrə mühafizə sistemlərinə malik olmalıdır. Cihaz minimum -20°C ilə +50°C diapazonundakı çətin hava və çəkiliş şəraitlərində işləmə dözümlülüyü nümayiş etdirməlidir. Məhsula minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 4 | ədəd |
| 10 | Peşəkar kamera batareyaları üçün 2 kanallı şarj cihazı və adapter Qurğu peşəkar çəkiliş kameralarında, monitorlarda və digər köməkçi video avadanlıqlarda istifadə olunan sənaye standartlı peşəkar DV batareyalarını doldurmaq üçün nəzərdə tutulmuş portativ şarj cihazı strukturunda olmalıdır. İş səmərəliliyini artırmaq məqsədilə cihazın korpusu üzərində eyni vaxtda və bir-birindən asılı olmayaraq müstəqil işləyə bilən minimum 2 ədəd batareya doldurma kanalı (slotu) yer almalıdır. Avadanlıq nominal gərginliyi minimum 14.4 V – 16.8 V aralığında olan litium-ion (Li-ion) tipli peşəkar batareyaları tam dəstəkləməlidir. Batareyaların sürətli və təhlükəsiz doldurulmasını təmin etmək üçün hər bir kanal üçün çıxış doldurma cərəyanı (charging current) minimum 1.8–2.0 A aralığında təyin edilməlidir. Cihaz eyni zamanda kameranı və ya digər studiya avadanlıqlarını birbaşa şəbəkədən qidalandırmaq üçün ən azı 1 ədəd daxili sabit cərəyan (DC adapter/adaptor) çıxış portuna malik olmalı, bu port vasitəsilə minimum DC 12V / 1.9–2.0 A gücündə sabit enerji ötürmə qabiliyyəti (adaptor funksiyası) təmin etməlidir. Batareyaların doldurulma vəziyyətinə (boş, dolur, tam dolub) vizual nəzarət etmək üçün korpus üzərində hər bir kanal üçün müstəqil işləyən minimum 4 səviyyəli (25%, 50%, 75%, 100%) dinamik LED indikator xətti və ya displey paneli mövcud olmalıdır. Təhlükəsizliyin təmin edilməsi üçün cihaz daxili həddindən artıq yüklənmə, qısaqapanma, yüksək gərginlik və temperatur dəyişmələrinə qarşı tam avtomatlaşdırılmış dövrə mühafizə sistemləri ilə təchiz olunmalıdır. Komplektasiyaya şarj cihazının özü, şəbəkə qidalanma kabeli və müvafiq DC çıxış kabeli daxil edilməlidir. Avadanlığa rəsmi distribütor və ya istehsalçı tərəfindən minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 1 | ədəd |
| 11 | Peşəkar fokuslana bilən iki rəngli COB LED studiya işığı Qurğu studiya və açıq hava videoçəkilişləri üçün nəzərdə tutulmuş, işıq şüasının yayılma bucağını tənzimləməyə imkan verən fokuslana bilən peşəkar LED işıq mənbəyi strukturunda olmalıdır. Müxtəlif çəkiliş ssenarilərinə uyğunlaşma üçün cihaz daxili mexaniki və ya optik keçid sistemi vasitəsilə minimum 15°–20° (dar istiqamətli spot işıq) ilə 55°–60° (geniş yayılan flood işıq) aralığında şüa bucağı tənzimləməsini dəstəkləməlidir. İşıqlandırma performansı yüksək səmərəli COB (Chip-on-Board) LED texnologiyası üzərində qurulmalı və cihazın ümumi istehlak gücü minimum 60–65 Vt və ya daha yüksək həcmdə təyin edilməlidir. Müxtəlif mühit işıqları ilə sinxronizasiyanı təmin etmək üçün rəng temperaturu (color temperature) minimum 3200K (isti ton) ilə 5600K (soyuq ton) aralığında kəsintisiz və rəvan şəkildə dəyişdirilə bilməlidir. Kamera sensorlarının və çəkiliş matrislərinin rəngləri tam təbii, sapmasız ötürməsi üçün cihazın rəng bərpa indeksi (CRI) minimum Ra≥95–98 aralığında, televiziya standartı üzrə işıqlandırma ardıcıllığı indeksi isə (TLCI) minimum ≥97–99 səviyyəsində olmalıdır. İşıq intensivliyi daxili rəqəmsal idarəetmə düyməsi vasitəsilə titrəməsiz (flicker-free) rejimdə 0%-dən 100%-ə qədər kəsintisiz tənzimlənməlidir. Enerji təminatı üçün cihaz həm standart şəbəkə adapteri (AC) ilə qapalı məkanlarda, həm də sənaye tipli peşəkar batareyalar (V-mount və ya analoq xarici güc girişləri) vasitəsilə mobil çəkilişlərdə işləməyi dəstəkləməlidir. Korpus dizaynı istilik paylanmasını təmin etmək üçün qoruyucu metal soyutma sisteminə və ya ultra-sakit aktiv fan strukturuna malik olmalıdır. Komplektasiyaya işıq başlığı, işığı istiqamətləndirmək üçün tənzimlənən 4 tərəfli pərdələr (barn doors), cold-shoe və ya ştativə bağlantı üçün U-formalı qüvvətli montaj ləyəni (yoke), elektrik şəbəkə adapteri və daşıma çantası daxil edilməlidir. Avdanlığa minimum 12 ay rəsmi zəmanət verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 1 | ədəd |
| 12 | Peşəkar videokameralar üçün yüksək sürətli rəqəmsal yaddaş kartı Qurğu yüksək ayırdetməli foto və video fayllarının (məsələn, yüksək bitreytli 4K/8K video qeydlərinin) sürətli, kəsintisiz yazılması və oxunması üçün nəzərdə tutulmuş, monolit strukturlu peşəkar sinif daxili SDXC yaddaş kartı formatında olmalıdır. Məlumatların saxlanılması üçün qurğunun daxili yaddaş tutumu minimum 128 GB və ya daha yüksək olmalıdır. Böyük ölçülü faylların və yüksək kadr tezlikli çəkilişlərin (burst mode) effektiv idarə olunmasını təmin etmək üçün yaddaş kartının daxili məlumat oxuma sürəti (read speed) minimum 290–300 MB/s, yazılma sürəti (write speed) isə ən azı 290–300 MB/s diapazonlarını dəstəkləməlidir. Avadanlıq peşəkar videoçəkiliş standartlarına tam cavab verməli, sənaye üzrə minimum V90 (Video Speed Class 90) və UHS Speed Class 3 (U3) sürət siniflərinə malik olaraq kəsintisiz və stabil minimum 90 MB/s daimi yazma sürəti təmin etməlidir. Kartın fiziki arxitekturası xüsusi möhkəmləndirilmiş bütöv (ribless və write-protect switch-siz) monolit gövdə quruluşunda olmalı, əyilmələrə və qırılmalara qarşı standart kartlardan minimum 15–20 dəfə daha dözümlü konstruksiyaya sahib olmalıdır. Ətraf mühit təsirlərinə qarşı ən yüksək səviyyəli qorunmanın təmin edilməsi üçün yaddaş kartının korpusu IP68 (və ya funksional baxımdan tam ekvivalent) toz və su keçirməzlik sertifikatına malik olmalı, həmçinin rentgen şüalarına, maqnit sahələrinə, UV şüalanmaya, zərbələrə, düşmələrə və minimum -25°C ilə +85°C temperatur diapazonundakı iş şəraitinə qarşı davamlı struktura malik olmalıdır. Məhsulun uzunmüddətli və etibarlı istifadəsini təmin etmək məqsədilə istehsalçı və ya rəsmi distribütor tərəfindən minimum 12–36 ay (1–3 il) rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 2 | ədəd |
| 13 | Peşəkar videokameralar üçün rəqəmsal yaddaş kartı dəsti Cihaz, peşəkar televiziya yayımı, kino çəkilişləri və yüksək bitreytli sənaye video yazılarının (məsələn, 4K XAVC formatlı stabil çəkilişlərin) reallaşdırılması üçün nəzərdə tutulmuş, yüksek məlumat ötürmə imkanına malik ExpressCard standartlı peşəkar sənaye yaddaş kartı formatında olmalıdır. İş səmərəliliyini və fasiləsiz çəkiliş imkanını təmin etmək məqsədilə məhsul, zavod çıxışlı tək bir paket (kit) tərkibində eyni texniki xüsusiyyətlərə malik ən azı 2 ədəd yaddaş kartından (pack of 2) ibarət olmalıdır. Dəst daxilində yer alan hər bir kartın fərdi daxili yaddaş tutumu minimum 64 GB səviyyəsində olmalıdır. Böyük həcmli video məlumatlarının hər hansı bir kəsilmə və ya buferləşdirmə (buffering) problemi yaşanmadan real vaxt rejimində ötürülə bilməsi üçün kartın daxili məlumat oxuma sürəti (read speed) 440–450 MB/s aralığında, daxili maksimum yazma sürəti (write speed) ise ən azı 200-240 MB/s aralığında və ya daha yüksək sürətləri dəstəkləməlidir. Çəkiliş zamanı kameranın qəfil sönməsi və ya kartın yuvasından çıxarılması hallarında məlumat itkisinin qarşısını almaq məqsədilə media kartı; daxili ağıllı məlumat bərpa/idarəetmə xidmətinə, aparat səviyyəli xəta düzəliş sisteminə (ECC) və parazit əleyhinə qorunma texnologiyalarına sahib olmalıdır. Cihaz sənaye mühitlərinin çətin şərtlərinə dözümlü bir strukturda istehsal olunmalı; rentgen (X-ray) şüalarından qorunma xüsusiyyətini, güclü maqnit sahələrinə qarşı müqaviməti və minimum -25°C ilə +65°C temperatur aralığındakı iş şəraitini tam olaraq dəstəkləməlidir. Məhsula istehsalçı və ya rəsmi distribütor tərəfindən minimum 12–24 ay (1–2 il) müddətinə rəsmi zəmanət dəstəyi təmin edilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 4 | ədəd |
| 14 | Peşəkar videokameralar üçün rəqəmsal yaddaş kartı Qurğu yüksek ayırdetməli foto və video fayllarının (məsələn, yüksək bitreytli 4K/8K video qeydlərinin) sürətli, kəsintisiz yazılması və oxunması üçün nəzərdə tutulmuş peşəkar sinif daxili SDXC yaddaş kartı formatında olmalıdır. Məlumatların saxlanılması üçün qurğunun faktiki daxili yaddaş tutumu minimum 128 GB və ya daha yüksək həcmdə təyin edilməlidir. Böyük ölçülü faylların və yüksək kadr tezlikli çəkilişlərin (burst mode) effektiv idarə olunmasını təmin etmək üçün yaddaş kartının daxili məlumat oxuma sürəti (read speed) 300–312 MB/s aralığında, məlumatın daxili maksimal yazılma sürəti (write speed) isə ən azı rəqəmsal olaraq 260–299 MB/s aralığında (və ya daha yüksək) olmalıdır. Avadanlıq peşəkar videoçəkiliş standartlarına tam cavab verməli, sənaye üzrə minimum V90 (Video Speed Class 90) və UHS Speed Class 3 (U3) sürət siniflərinə malik olarak kəsintisiz və stabil minimum 90 MB/s daimi video yazma sürəti təmin etməlidir. Ətraf mühit təsirlərinə qarşı yüksək səviyyəli qorunmanın təmin edilməsi üçün yaddaş kartının korpusu suya, zərbələrə, rentgen şüalarına, maqnit sahələrinə və minimum -25°C ilə +85°C temperatur diapazonundakı iş şəraitinə qarşı davamlı struktura malik olmalıdır. Məhsulun uzunmüddətli və etibarlı istifadəsini təmin etmək məqsədilə istehsalçı və ya rəsmi distribütor tərəfindən minimum 12–36 ay (1–3 il) rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 10 | ədəd |
| 15 | Təkrar doldurula bilən NiMH avadanlıq batareyası dəsti Qurğu peşəkar səs avadanlıqlarını, simsiz mikrofon ötürücülərini, foto-video işıq aksesuarlarini və digər yüksək cərəyan tələb edən rəqəmsal cihazları uzunmüddətli və stabil enerji ilə təmin etmək üçün nəzərdə tutulmuş, AA (R6) ölçü standartına malik təkrar doldurula bilən akkumulyator elementlərindən ibarət olmalıdır. İş səmərəliliyini və cihazların tam dəst şəklində qidalanmasını təmin etmək məqsədilə məhsul zavod tərkibli vahid blister qablaşdırma daxilində minimum 4 ədəd batareyadan (pack of 4) ibarət olmalıdır. Batareyaların daxili kimyəvi arxitekturası ətraf mühitə zərərsiz və yaddaş effekti yaratmayan peşəkar NiMH (Nickel-Metal Hydride) texnologiyası üzərində qurulmalı, hər bir elementin nominal çıxış gərginliyi tam 1.2 V standartını dəstəkləməlidir. Davamlı və maksimum iş müddətini təmin etmək üçün hər bir fərdi batareyanın daxili tutum göstəricisi 2500–2600 mAh intervalında təyin edilməlidir. İntensiv istifadə mühitinə tam uyğunluq üçün batareyalar yüksək doldurulma dövriyyəsinə (cycle life) malik olmalı, daxili kimyəvi hüceyrələri minimum 400–500 dəfədən az olmayaraq təkrar tam doldurulub-boşaldılma imkanını dəstəkləməlidir. Batareyalar istehsalçı tərəfindən ilkin olaraq zavod şəraitində doldurulmuş və birbaşa qutudan çıxarılar-çıxarılmaz dərhal istifadəyə hazır (Ready to Use / Pre-Charged) texnologiyası ilə təqdim edilməlidir. Uzunmüddətli saxlama zamanı enerjinin havaya sızmasını maksimum dərəcədə önləmək üçün akkumulyatorlar ultra-aşağı öz-özünə boşalma (low self-discharge) dərəcəsinə malik olmalı, minimum 12 ay istifadəsiz qaldıqdan sonra belə daxili enerjisinin ən azı 75–85% aralığını daxildə tam qoruyub saxlaya bilməlidir. Avadanlığa minimum 12 ay müddətində rəsmi zəmanət təminatı verilməlidir. Texniki şərtlərdə qeyd olunan parametrlər, sürət göstəriciləri və formatlar minimum tələblər olub, onların ekvivalentləri və ya daha üstün göstəricilərə malik modellər də qəbul edilir. | 160 | ədəd |
From 10 published results of its procurements.
last won 09 Oct 2026
last won 06 Oct 2026
last won 23 Sept 2026
last won 08 Jun 2026
last won 04 Jun 2026