Sifarişçi: "BƏRDƏ RAYON MƏRKƏZİ XƏSTƏXANASI" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçi işi bölüşdürür: 23 satınalmanı 18 müxtəlif təchizatçı udub.
23 satınalma, 18 müxtəlif qalib
Ən çox udan: "MİNGƏÇEVİR POLİQRAFİYA MÜƏSSİSƏSİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2, 8.7%)
Əsas: bu sifarişçi, bütün kateqoriyalar
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 93.1% arasında aşağı düşüblər, medianı 9.49%.
Bu tender üçün bu 1.444.382 ₼ ilə 1.346.771 ₼ arasıdır.
102.671 ₼ məbləğindən aşağı heç kim udmayıb.
625 ₼
Sənədlər 25 ₼ + iştirak 600 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | KT cihazı 1. Ümumi tələblər 1.1. Sistem tam rəqəmsal çoxkəsikli kompüter tomoqrafiya sistemi olmalıdır. 1.2. Sistem böyüklər və pediatrik xəstələrdə baş, boyun, döş qəfəsi, qarın, çanaq, onurğa, sümük-oynaq sistemi, ağciyər və ürək-damar müayinələrinin aparılmasını təmin etməlidir. 1.3. Aksial və spiral (helical) skan rejimləri olmalıdır. 1.4. Kontrastlı və kontrastsız müayinələrin aparılması mümkün olmalıdır. 1.5. Sistem ən azı 64 kəsikli və ya ekvivalent görüntü rekonstruksiyası imkanına malik olmalıdır. 2. Detektor sistemi 2.1. Çoxsıralı rəqəmsal detektor sistemi olmalıdır. 2.2. Minimal detector elementinin eni 0,7 mm-dən çox olmamalıdır. 2.3. Eyni xam məlumatlardan müxtəlif kəsik qalınlıqlarında rekonstruksiya mümkün olmalıdır. 2.4. Rekonstruksiya matrisi ən azı 512 × 512 olmalıdır. 2.5 Detektorun eni 20 mm-dən az olmamalıdır. 3. Rentgen borusu və generator 3.1. Generatorun nominal gücü ən azı 60 kW olmalıdır. 3.2. Rentgen borusunun anod istilik tutumu ən azı 7 MHU olmalıdır. 3.3. Maksimal boru cərəyanı ən azı 400 mA olmalıdır. 3.4. Boru gərginliyi diapazonu ən azı 80–140 kV diapazonunu əhatə etməlidir. 3.5. Sistem xəstənin anatomiyasına uyğun boru cərəyanının avtomatik modulyasiyasını təmin etməlidir. 3.6. Boru gərginliyinin xəstə və klinik protokola uyğun optimallaşdırılması mümkün olmalıdır. 4. Gantry 4.1. Gantry diafraqmasının diametri ən azı 70 sm olmalıdır. 4.2. Ən qısa tam fırlanma müddəti 0,4 saniyədən çox olmamalıdır. 4.3. Sistem yüksək sürətli spiral skanları dəstəkləməlidir. 4.4. Xəstənin mövqeləndirilməsi üçün lazer və/və ya klinik cəhətdən ekvivalent istiqamətləndirmə sistemi olmalıdır. 5. Xəstə masası 5.1. Masanın maksimal yükdaşıma qabiliyyəti ən azı 200 kq olmalıdır. 5.2. Masa elektromexaniki üfüqi və şaquli hərəkətə malik olmalıdır. 5.3. Masanın hərəkət sürəti sürətli spiral və kardiak müayinələrin aparılması üçün uyğun olmalıdır. 5.4. Masa xəstənin dəqiq və təkrarlana bilən mövqeləndirilməsini təmin etməlidir. 6. Dozanın optimallaşdırılması və rekonstruksiya 6.1. Sistem iterativ, model əsaslı və/və ya klinik cəhətdən ekvivalent qabaqcıl rekonstruksiya texnologiyasına malik olmalıdır. 6.2. Texnologiya görüntü səs-küyünün azaldılmasını və aşağı dozada diaqnostik görüntü keyfiyyətinin saxlanmasını təmin etməlidir. 6.3. Boru cərəyanının avtomatik modulyasiyası olmalıdır. 6.4. Pediatrik aşağı dozalı protokollar olmalıdır. 6.5. CTDIvol və DLP göstəriciləri göstərilməlidir. 6.6. MPR, MIP və 3D rekonstruksiya funksiyaları olmalıdır. 7. Kardiak KT 7.1. Sistem EKQ ilə sinxronlaşdırılmış kardiak KT müayinələrini dəstəkləməlidir. 7.2. Koronar KT angioqrafiyanın aparılması mümkün olmalıdır. 7.3. Sistem EKQ ilə sinxronlaşdırılmış kardiak görüntü əldəetmə texnologiyasını dəstəkləməlidir. 7.4. Ürəyin müxtəlif fazalarında görüntülərin rekonstruksiyası mümkün olmalıdır. 7.5. Temporal rezolyusiya maksimal 200 ms olmalıdır. 7.6. Koronar arteriyalarda kalsium yükünün avtomatik və/və ya yarımavtomatik hesablanması və qiymətləndirilməsi mümkün olmalıdır. 8. Dual Energy / çoxenerjili görüntüləmə 8.1. Sistem Dual Energy, Multi-Energy, spektral və/və ya klinik cəhətdən ekvivalent çoxenerjili məlumatların əldə edilməsini dəstəkləməlidir. 8.2. Dual/Multi-Energy məlumatlarının əldə edilməsi üçün tələb olunan proqram və əldəetmə funksiyaları təklif olunan sistemin tərkibində təqdim edilməlidir. 8.3. Texnologiya rutin klinik iş axınına inteqrasiya edilə bilməlidir. 9. KT angioqrafiya 9.1. Baş-boyun, torakal, abdominal və periferik damarların KT angioqrafiyası mümkün olmalıdır. 9.2. MPR, MIP və 3D rekonstruksiya ilə damarların qiymətləndirilməsi mümkün olmalıdır. 9.3. Damar görüntülərinin baxışı və qiymətləndirilməsi üçün standart post-processing imkanları olmalıdır. 10. Mobil və çevik iş axını 10.1. Sistem müayinə otağında xəstənin yanında işləməyə imkan verən mobil sensor ekranlı idarəetmə cihazı (planşet) ilə təchiz olunmalıdır. 10.2. Mobil idarəetmə cihazı sistemin iş axınına inteqrasiya olunmalı və simsiz işləmə imkanını dəstəkləməlidir. 11. Avtomatlaşdırılmış iş axını 11.1. Standart müayinə protokollarının yaradılması, saxlanması və seçilməsi mümkün olmalıdır. 11.2. Müayinə protokolunun xəstənin anatomiyasına və klinik tapşırığa uyğunlaşdırılmasına kömək edən avtomatlaşdırılmış və/və ya yarımavtomatik funksiyalar olmalıdır. 11.3. Operator iş axınının standartlaşdırılması və protokol seçiminin asanlaşdırılması üçün proqram təminatı olmalıdır. 12. Əlavə iş yeri 12.1. Əsas KT idarəetmə konsolundan əlavə görüntülərin baxışı və emalı üçün ayrıca iş yeri təqdim edilməlidir. 12.2. İş yerində MPR, MIP, 3D və damar görüntülərinin baxışı və emalı mümkün olmalıdır. 12.3. Kardiak görüntülərin baxışı və qiymətləndirilməsi mümkün olmalıdır. 12.4. Koronar kalsiumun hesablanması və qiymətləndirilməsi mümkün olmalıdır. 13. Kontrast maddə injektoru 13.1. Sistem avtomatik KT kontrast maddə injektoru ilə komplektləşdirilməlidir. 13.2. İnjektor kontrast maddənin proqramlaşdırılmış şəkildə yeridilməsini təmin etməlidir. 13.3. İnjektor ilə KT sistemi arasında sinxronizasiya və/və ya kommunikasiya interfeysi olmalıdır. 14. DICOM və inteqrasiya 14.1. DICOM standartı dəstəklənməlidir. 14.2. Ən azı DICOM Storage, Query/Retrieve, Worklist və MPPS dəstəklənməlidir. 14.3. PACS və RIS/HIS ilə inteqrasiya mümkün olmalıdır. 14.4. Görüntülərin şəbəkə vasitəsilə ötürülməsi və arxivləşdirilməsi mümkün olmalıdır. 15. Komplektasiya, quraşdırma və təlim 15.1. Sistem işləməsi üçün tələb olunan bütün əsas avadanlıq, kompüter sistemi, proqram təminatı, kabellər və standart aksesuarlarla komplekt təqdim edilməlidir. 15.2. Təklif edilən konfiqurasiyada iterativ/qabaqcıl rekonstruksiya, kardiak müayinə, koronar kalsiumun qiymətləndirilməsi, Dual/Multi-Energy görüntü əldəetmə və mobil/çevik iş axını funksiyaları aktiv olmalıdır. 15.3. Ayrı görüntü baxış/post-processing iş yeri təqdim edilməlidir. 15.4. Sistemin quraşdırılması, ilkin sazlanması və işə salınması təchizatçı tərəfindən həyata keçirilməlidir. 15.5. Sistem quraşdırıldıqdan sonra istifadəçilər üçün tətbiqi təlim keçirilməlidir. 13. İstehsalçı və Təchizatçıya dair tələblər 13.1. İstehsalçı KT sistemlərinin istehsalı sahəsində minimum 10 il təcrübəyə malik olmalıdır. 13.2. İstehsalçı təklif olunan KT sisteminə satışdan sonra minimum 10 il müddətində texniki servis dəstəyi və ehtiyat hissələrinin təmin edilməsini həyata keçirə bilməlidir. 13.3. İstehsalçının təklif etdiyi KT sistemi beynəlxalq tibbi cihaz bazarında kommersiya istifadəsində olmalıdır. 13.4. Təklif olunan avadanlıq üçün Avropa İttifaqı tibbi cihaz qanunvericiliyinə uyğun CE uyğunluq sənədi və ya ekvivalent beynəlxalq uyğunluq sənədi təqdim edilməlidir. 13.5. İstehsalçı tibbi cihazların istehsalı üzrə ISO 13485:2016 keyfiyyət idarəetmə sistemi sertifikatına malik olmalıdır. 13.7. İstehsalçı tərəfindən təklif olunan model üçün beynəlxalq klinik istifadə və satış təcrübəsi olmalıdır. 13.8. KT sisteminin quraşdırılması üçün tələb olunan layihələndirmə sənədləri, avadanlığın yerləşdirilməsi və quraşdırılmasına dair müvafiq çertyojlar Təchizatçı tərəfindən təqdim edilməlidir. 13.9. KT cihazı quraşdırılaraq tam işlək vəziyyətdə təhvil verilməlidir. 13.10. Təchizatçı tərəfindən KT cihazının iştismarına dair istifadəçi təlimləri keçirilməlidir 13.11. Cihaza ehtiyat hissələri və servis xidmətləri daxil olmaqla 12 ay zəmanət verilməlidir. 13.12. Tender iştirakçısı təklif etdiyi KT sisteminin istehsalçısı tərəfindən Azərbaycan Respublikasının ərazisində satış, quraşdırma, zəmanət və texniki servis xidmətlərini həyata keçirmək üçün rəsmi qaydada avtorizə edilmiş olmalıdır. 13.13. Təchizatçı Azərbaycanda təklif olunan KT sistemi üzrə istehsalçı tərəfindən təlim keçmiş və müvafiq sertifikata malik servis mühəndislərinin mövcudluğunu təsdiq edən sənədləri təqdim etməlidir 13.14. İstehsalçı tərəfindən təklif olunan KT sisteminin FDA tərəfindən tibbi cihaz kimi təsdiqini (FDA clearance/approval) təsdiq edən müvafiq sənəd, tələb olunduğu halda, təqdim edilməlidir. | 1 | ədəd |
Satınalmalarının 23 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 19 iyn 2026
son qələbə 18 iyn 2026
son qələbə 10 iyn 2026
son qələbə 12 fev 2026
son qələbə 30 yan 2026