Sifarişçi: NAXÇIVAN MR DAXİLİ İŞLƏR NAZİRLİYİ
Bu sifarişçidə eyni kateqoriyada 6 satınalmanı 6 müxtəlif təchizatçı udub. Sahə açıqdır.
6 satınalma, 6 müxtəlif qalib
Ən çox udan: "AVICOM" Məhdud Məsuliyyətli Cəmiyyəti (1, 16.7%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 70% arasında aşağı düşüblər, medianı 18.55%.
Bu tender üçün bu 501.277 ₼ ilə 427.305 ₼ arasıdır.
157.387 ₼ məbləğindən aşağı heç kim udmayıb.
475 ₼
Sənədlər 25 ₼ + iştirak 450 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | EXO Ultrasəs cihazı 1. Cihaz minimum 15,6 düym diaqonallı, yüksək rezolyusiyalı LCD tipli və ya daha üstün görüntü təmin edən monitora malik olmalı, ekran rezolyusiyası minimum 1920 × 1080 piksel təşkil etməli və ekranın mövqeyi minimum 150° diapazonda tənzimlənə bilməlidir. Cihaz minimum 8 düymlük kapasitiv sensor idarəetmə panelinə, əsas ultrasəs əməliyyatları üçün fiziki idarəetmə düymələrinə və minimum 6 ədəd TGC tənzimləyicisinə malik olmalıdır. 2. Sistem çoxmərhələli impuls emissiyası və çoxsaylı qəbuledici xətlərin formalaşdırılması prinsipi ilə işləyən görüntü formalaşdırma texnologiyasına malik olmalı; faza korreksiyası, artefaktların azaldılması, görüntü kontrastının və siqnal-küy nisbətinin yaxşılaşdırılmasını təmin etməlidir. Sistem minimum 25 MHz-dək görüntüləmə performansını dəstəkləməlidir. 3. Sistem minimum 2D, M-Mode, Color Doppler, Power Doppler, PW Doppler və CW Doppler görüntüləmə rejimlərini, həmçinin Duplex 2D/PW və Triplex 2D/Color/PW rejimlərini dəstəkləməlidir. Kardioloji müayinələr üçün toxuma Doppler görüntüləmə funksiyası mövcud olmalıdır. 4. Sistem toxuma elastikliyinin qiymətləndirilməsi üçün Shear Wave Elastography funksiyasına malik olmalı, toxuma sərtliyini shear-wave yayılma sürəti və elastiklik modulu əsasında qiymətləndirə bilməli, 2D və Shear Wave elastoqrafik görüntülərin eyni vaxtda göstərilməsini təmin etməlidir. Sistem iynə ilə aparılan müdaxilə prosedurları zamanı iynənin görünürlüğünü avtomatik artıran iynə vizualizasiya/gücləndirmə funksiyasına malik olmalıdır. 5. Sistem 3D və 4D görüntüləmə rejimlərini dəstəkləməli, həcm məlumatlarının müxtəlif müstəvilərdə göstərilməsi və işlənməsini təmin etməli, Single, Double, MPR və Quad görüntüləmə formatlarına malik olmalıdır. Tomoqrafik həcm görüntüləməsində minimum 25 kəsiyədək görüntünün göstərilməsi mümkün olmalıdır. 6. Sistem qalxanabənzər vəzi və qaraciyər lezyonlarının avtomatik aşkarlanması və analizinə imkan verən süni intellekt əsaslı və ya ekvivalent avtomatlaşdırılmış funksiyalara malik olmalı, real vaxt və saxlanılmış statik/Cine görüntülərdə lezyonların aşkarlanmasını, lokalizasiyasını və ölçülməsini təmin etməlidir. Damar müayinələri üçün karotid arteriyanın intima-media qalınlığının (IMT) avtomatik və ya yarımavtomatik ölçülməsi funksiyası olmalı və nəticələr kəmiyyət göstəriciləri şəklində təqdim edilməlidir. 7. Cihazın daxili yaddaşı minimum 512 GB SSD olmalı və Cine yaddaşında minimum 1500 saniyəlik 2D, Color və PW/CW görüntülərinin saxlanılması və sonradan təkrar izlənilməsi mümkün olmalıdır. Məlumatların DICOM və standart şəkil/video formatlarında saxlanılması və ixracı mümkün olmalıdır. 8. Sistem DICOM şəbəkə inteqrasiyasını dəstəkləməli, DICOM Storage/Export, Print və Worklist funksiyalarına malik olmalıdır. Məlumatların şəbəkə və USB yaddaş vasitəsilə ötürülməsi mümkün olmalı, cihaz minimum 2 ədəd USB, 1 ədəd DisplayPort və 1 ədəd USB Type-C interfeysinə malik olmalıdır. 9. Sistem ECG modulunun qoşulmasını dəstəkləməli, kardioloji müayinələr üçün CW Doppler, Tissue Doppler, Stress Echo və miokardın deformasiya/Strain analiz funksiyalarına malik olmalıdır. Strain analizində ürək siklinin ECG siqnalı əsasında seçilməsi mümkün olmalıdır. Cihaz portativ konstruksiyada olmalı, əsas qurğunun aksesuarlar olmadan çəkisi maksimum 4,0 kq ±5% təşkil etməli və daşınması üçün inteqrasiya olunmuş tutacağa malik olmalıdır. 10. Cihazla birlikdə konveks prob, böyüklər üçün kardioloji (Exo) prob və ağ-qara printer təqdim edilməlidir. Həmçinin cihazla birlikdə eyni istehsalçı tərəfindən sistem üçün nəzərdə tutulmuş mobil trolley təqdim edilməli, trolley daxili batareya sistemi və minimum 3 transduser portu ilə təchiz olunmalıdır. | 1 | ədəd |
| 2 | Stress test cihazı (treadmill, holter və proqram təminatı ilə) STRESS TEST CİHAZI 1. Sistem kompüter əsaslı olmalı, ən azı 12 çıxışlı EKQ əsasında gərginlik testlərinin aparılması, analizi və hesabatlandırılmasını təmin etməlidir. 2. Komplektə kompüter, rəngli LCD monitor, printer, tibbi qaçış lenti və vakuum elektrod sistemi daxil olmalıdır. 3. Gərginlik testi zamanı 12 çıxışlı EKQ və ST analizi real vaxt rejimində göstərilməli, nəticələrin saxlanılması və sonradan yenidən baxılması mümkün olmalıdır. 4. EKQ siqnalının nümunə götürmə tezliyi ən azı 8000 Hz olmalıdır. 5. Sistem istirahət EKQ-si, ST analizi, QT analizi, EKQ ölçmələri və testin sonradan yenidən təhlilini təmin etməlidir. 6. Sistem standart gərginlik testi protokollarını və istifadəçi tərəfindən yeni protokol yaradılmasını dəstəkləməlidir. 7. Test zamanı nəbz, hədəf nəbz, METS, test müddəti, mərhələ, qaçış lentinin sürəti, meyli və qan təzyiqinin izlənilməsi mümkün olmalıdır. 8. Müayinə nəticələrinin PDF formatında saxlanılması və arxivləşdirilməsi mümkün olmalıdır. 9. Sistem DICOM və ya ekvivalent tibbi informasiya sistemi inteqrasiyasını dəstəkləməlidir. 10. Qaçış lentinin maksimal sürəti ən azı 20 km/saat, maksimal meyli ən azı 20%, daşıma qabiliyyəti ən azı 150 kq olmalıdır. 11. Qaçış səthinin ölçüsü ən azı 140 × 40 sm olmalı, təcili dayandırma funksiyası və xəstə tutacaqları ilə təchiz edilməlidir. Holter 1. Sistem kompüter əsaslı uzunmüddətli EKQ qeyd və analiz sistemi olmalıdır. 2. Holter cihazı ən azı 3 kanallı fasiləsiz EKQ qeydini təmin etməlidir. 3. EKQ siqnalının maksimal nümunə götürmə tezliyi ən azı 32 000 Hz olmalıdır. 4. Cihaz ən azı 72 saat fasiləsiz qeyd aparmalı və uzunmüddətli rejimdə 14 günədək monitorinq imkanına malik olmalıdır. 5. Cihaz standart AAA tipli batareya və daxili enerji mənbəyi vasitəsilə uzunmüddətli işləmə imkanına malik olmalıdır. 6. Sistem yüksək keyfiyyətli EKQ siqnalının əldə edilməsini, hərəkət və digər artefaktların aşkarlanması və azaldılmasını təmin etməlidir. 7. Analiz proqramı ürək vurğularının və ritmlərin avtomatik aşkarlanması, təsnifatı və redaktəsini təmin etməlidir. 8. Sistem ST və QT analizi, kardiostimulyator analizi və HRV analizini dəstəkləməlidir. 9. Qeyd edilmiş EKQ məlumatlarının kompüterdə saxlanılması, nəzərdən keçirilməsi və yenidən analiz edilməsi mümkün olmalıdır. 10. Analiz proqramı şablon və ritm redaktəsi imkanına malik olmalıdır. 11. Sistem aritmiya hadisələrinin avtomatik aşkarlanması və təsnifatını təmin etməlidir. 12. Hesabatların PDF formatında hazırlanması və arxivləşdirilməsi mümkün olmalıdır. 13. Komplektə Holter qeyd cihazı, uyğun analiz proqramı, xəstə üçün zəruri bağlantı və daşıma aksessuarları, həmçinin sistemlə uyğun kompüter daxil olmalıdır. | 1 | ədəd |
| 3 | Tibbi çarpayı Xəstə çarpayısı aşağıdakı minimum texniki xüsusiyyətlərə malik olmalıdır: 1. Çarpayının ümumi ölçüləri minimum 214 × 103 sm olmalıdır. 2. Arxa hissənin (backrest) bucaq tənzimlənməsi minimum 70° olmalıdır. 3. Ayaq hissəsinin (footrest) bucaq tənzimlənməsi minimum 40° olmalıdır. 4. Çarpayının hündürlüyü sabit konstruksiyalı olmalı və minimum 45 sm hündürlüyə malik olmalıdır. 5. Yataq platformasının ölçüsü minimum 85 × 195 sm olmalıdır. 6. Yan qoruyucu barmaqlıqlar minimum 38 sm hündürlükdə olmalıdır. 7. Çarpayı minimum 4 ədəd təkər ilə təchiz olunmalı və hər biri fərdi kilidləmə mexanizminə malik olmalıdır. 8. Təkərlərin diametri minimum 12.5 sm olmalıdır. 9. Cihaz həm tibb personalı, həm də pasiyent üçün idarəetmə paneli ilə təchiz olunmalıdır. 10. Çarpayının təhlükəsiz iş yükü minimum 270 kq olmalıdır. 11. Elektriklə işləyən komponentlər üçün enerji təchizatı 230V, 50 Hz olmalıdır. | 4 | ədəd |
| 4 | Komputer dəsti Minimum Intel Core i5-13420H prosessor, 8 GB DDR5 RAM, 512 GB SSD yaddaş. 23.8" FHD (1920×1080) ekran. Əməliyyat sistemi: Windows 11 Pro (lisenziyalı). Proqram təminatı: Microsoft Office 365 Business lisenziyası ilə təchiz olunmalıdır | 6 | ədəd |
| 5 | Tibbi monitor 1. Böyüklər, pediatrik və neonatal xəstələr üçün istifadə edilən kompakt xəstə monitoru olmalıdır. 2. 12 düym və daha yüksək ayırdetməli sensorlu LED ekran, rəng görüntü keyfiyyəti 1280×800, 10 dalğa formasına qədər ekrana sahib olmalıdır. 3. 4 kq-dan az çəkili və minimum 4,5 saat işləyə bilən batareya ilə təmin olunmalıdır. 4. Standart olaraq EKQ, IBP, Resp, NIBP, SpO₂, PR, CO₂ və Temp monitorinqi və aksesuarları olmalıdır. 5. ARR analizini dəstəkləyə bilməli və 24 aritmiya prosesini aşkarlayaraq göstərə bilməlidir. 6. ST və QT/QTc interval monitorinqini dəstəkləyə bilməlidir. 7. Cihaz trolleylə birgə təqdim olunmalıdır. | 1 | ədəd |
| 6 | Keçid tipli metal detektor Keçid tipli metal detektor minimum 18 aşkarlama zonasına, 500 həssaslıq səviyyəsinə və 7 düymlük LCD ekrana malik olmalıdır. Səsli və LED siqnalizasiya, giriş-çıxış sayğacı, TCP/IP və mobil tətbiq dəstəyi olmalıdır. İş temperaturu ən azı –20…+55°C. | 1 | ədəd |
| 7 | Qan alma kreslosu Cihazın arxalıq və ayaq hissələri manual tənzimlənməlidir. Döşək platforması vinleks süni dəri ilə üzlənməli, cihaz qol dayağı mötərizələri və elektrostatik toz boya ilə örtülmüş ayaqlarla təchiz edilməlidir. Xarici ölçüləri minimum 660 × 1600 mm, döşək platforması minimum 570 × 1640 mm, hündürlüyü minimum 500 mm olmalıdır. Təhlükəsiz iş yükü minimum 110 kq, maksimum yüklənmə qabiliyyəti isə minimum 230 kq olmalıdır. | 1 | ədəd |
| 8 | Tibbi tərəzi Tərəzi boyölçənlə.Maksimum yük götürməqabiliyyəti ≤200KQ (200kqdaxil olmaqla) olmalıdır.Tərəzinin ölçmə dəqiqliyi 50qr dan çox olmalıd eyil.Tərəzinin önhissəsində LCD işıqlı ekran olmalıdır.Tərəzi minimum 220 sm qədər böyölçmə qabiliyyətinə malik olmalıdır.Cihaz həm daxili yenidəndoldurulabilən batereya və elektrik şəbəkəsi ilə işləyən olmalıdır | 1 | ədəd |
| 9 | Tibbi tərəzi Tərəzi insan bədən çəkisinin və boyunun ölçülməsi üçün nəzərdə tutulmalı, mexaniki işləmə prinsipinə və inteqrasiya olunmuş boyölçənə malik olmalıdır. Maksimum çəki tutumu 120 kq, bölgü qiyməti isə 500 q olmalıdır. Qurğu dayanıqlı platformalı konstruksiyada hazırlanmalı və istifadəyə hazır komplektdə təqdim edilməlidir. | 1 | ədəd |
| 10 | Stul Qara çərçivəli,təkərli,erqonomik dizaynlı. Material:setka/parça. Hava keçirən bel/başlıq. İkili mexanizmli.Plastik qollar.Təmzimlənən hündürlük,təmzimlənən başlıq.Kreslonun ölçüləri:Otracaq eni 48 sm,dərinlik 45 sm,bel hündürlüyü 50 - en 45 sm. | 2 | ədəd |
| 11 | Dolab hündürlüyü 1,85 sm, eni 80 sm,dər 40 sm,Şkaf tipli,təmas hissələri 1*22 mm kənar bantla üzlənmiş olmalıdır, qapısız,ayaqlı,məhsulun materialı lam löhvədən hazırlanmış olmalıdır,Arxalıq 4mm bərk materiallı lövhədən hazırlanmış olmalı və şkaf gövdəsinin yivlərinə quraşdırılmış,petlələr vakuumlu olmalıdır, Şkaf montaj üçün çoxlu fitinqlərdən istifadə etməklə yığılır. | 7 | ədəd |
| 12 | Kondisioner Gücü BTU 9000 BTU Növ Split sistemi,Daxili blokun yerləşmə növü divara montaj,Enerji sərfiyyatı sinifi A Əsas funksiyalar soyutma / isitmə,Hava təmizləmə filtrləri var,İsitmə rejiminin gücü 9500 btu Vt,Soyutma rejiminin gücü 9000 btu Vt Ventilyasiya rejimi Var,Gərginlik, V 220~240,Freon növü R 410A,Hava axınının istiqamətinin tənzimləməsi V | 15 | ədəd |
| 13 | Kondisioner Kondisioner divar tipli split sistemli və inverter texnologiyalı olmalıdır. Soyutma gücü minimum 24 000 BTU, xidmət sahəsi minimum 70 m² olmalıdır. Soyutma məhsuldarlığı minimum 5.5 kVt, isitmə məhsuldarlığı minimum 6 kVt olmalıdır. Soyutma rejimində enerji səmərəliliyi minimum A+, isitmə rejimində isə minimum A+ sinfinə uyğun olmalıdır. Mövsümi enerji səmərəliliyi əmsalı minimum 7 , mövsümi istilik əmsalı minimum 4 olmalıdır. Ekoloji R32 soyuducu qazdan istifadə etməlidir. Enerji təchizatı 230 V, 1 faza, 50 Hz olmalıdır. Daxili blokun minimal səs səviyyəsi maksimum 35 dB(A) olmalıdır. | 2 | ədəd |
| 14 | Rentgen cihazı 1) Cihaz tam rəqəmsal tipli olmalı, skopiya və qrafiya funksiyalarını dəstəkləməlidir. Sistem generator, rentgen tüpü, kollimator, dinamik yastı panel detektoru, hərəkətli qol sistemi, səpələnmə əleyhinə tor, xəstə masası, idarəetmə konsolu və iş stansiyasından ibarət olmalıdır. 2) Generatorun nominal gücü minimum 55 kW olmalı və 380 V AC, üçfazalı, 50/60 Hz elektrik şəbəkəsi ilə işləməlidir. 3) Rentgen borusunun gərginlik diapazonu 40–150 kV, flüoroskopiya rejimində isə 40–125 kV aralığında olmalıdır. 4) Cərəyan diapazonu qrafiya rejimində 10–800 mA, davamlı flüoroskopiya rejimində 0,5–20 mA, impuls rejimində isə 5–100 mA aralığında olmalıdır. 5) Ekspozisiya müddəti 10 000 ms a qədər, cərəyan-zaman diapazonu isə 800 mAs a qədər olmalıdır. Sistem avtomatik APR əlaqələndirmə və həddindən artıq yüklənmədən qorunma funksiyalarına malik olmalıdır. 6) Rentgen tüpü fırlanan anodlu olmalı, iki fokus nöqtəsinə malik olmalı, kiçik fokus maksimum 0,6 mm, böyük fokus isə maksimum 1,0 mm olmalıdır. Anodun istilik tutumu minimum 300 kHU olmalıdır. 7) Kollimator görüntü sahəsi indikatoruna malik, əl ilə idarə olunan çoxyarpaqlı tipdə olmalı və ən azı 420×420 mm görüntü sahəsini təmin etməlidir. 8) Dinamik yastı panel detektoru amorf silisium və sezium-yodid əsaslı olmalıdır. 9) Detektorun görüntü matrisi minimum 3000×3000 piksel, ayırdetmə qabiliyyəti minimum 3,5 lp/mm və analoq-rəqəmsal çevrilməsi minimum 15 bit olmalıdır. 10) Görüntünün əldə olunma müddəti maksimum 7 saniyə, görüntüyə baxış müddəti isə maksimum 5 saniyə olmalıdır. 11) Qol sistemində minimum 9 düymlük LCD sensor ekran olmalı, ekranda xəstənin əsas məlumatları, SID məsafəsi, hündürlük, fırlanma bucağı və nasazlıq bildirişləri göstərilməlidir. 12) Sistem xəstənin mövqeləndirilməsi üzrə vizual təlimatlar göstərməli və kV, mA, ms və mAs parametrlərinin tənzimlənməsinə imkan verməlidir. 13) Qol sistemi motorlaşdırılmış şaquli hərəkətə malik olmalı, detektor bölməsi və rentgen tüpü ±180°-dək, qol sistemi isə ən azı –35° ilə +120° aralığında fırlana bilməlidir. 14) Sistem uzaqdan idarəetmə vasitəsilə təxminən 1,0 m və 1,8 m SID mövqelərinə avtomatik keçid funksiyasına malik olmalıdır. 15) Səpələnmə əleyhinə torun nisbəti minimum 10:1, sıxlığı minimum 80 xətt/sm, ölçüsü isə təxminən 18×18 düym olmalıdır. 16) Xəstə masası hərəkətli və kilidlənə bilən təkərlərlə təchiz edilməli, uzunluğu minimum 1900 mm, eni minimum 600 mm və yükdaşıma qabiliyyəti minimum 200 kq olmalıdır. 17) İş stansiyası minimum i7 səviyyəli prosessor, 8 GB operativ yaddaş, 1 TB yaddaş və ən azı 21,5 düymlük monitorla təchiz edilməlidir. 18) Sistem tənzimlənən səs səviyyəsinə malik ikitərəfli rabitə sistemi, ekspozisiya üçün əl açarı və uzaqdan idarəetmə pultu ilə təchiz edilməlidir. 19) Proqram təminatı xəstə məlumatlarını HIS və ya RIS sistemindən, yaxud lokal məlumat bazasından əldə etməli və ekspozisiya parametrlərinin tənzimlənməsinə imkan verməlidir. 20) Proqram təminatı mətn və işarələrin əlavə edilməsi, məsafə və bucaq ölçmələri, görüntünün kəsilməsi, daşınması və arxivləşdirilməsi funksiyalarına malik olmalıdır. 21) Proqram təminatı DAP, AEC, uşaq görüntülərinin optimallaşdırılması, tam sümük görüntülərinin avtomatik birləşdirilməsi, toxuma bərabərləşdirmə, virtual tor, doza hesablamaları və bucaq ölçmə funksiyalarını dəstəkləməlidir. 22) Sistem generatorun, rentgen tüpünün, detektor bağlantısının və temperaturunun real vaxt rejimində izlənməsi, nasazlıq kodlarının göstərilməsi, uzaqdan texniki xidmət, proqram yeniləməsi və diaqnostika imkanlarına malik olmalıdır. 23) Qeyd olunan texniki parametrlərə uyğun və ya ekvivalent, daha üstün texniki göstəricilərə malik cihaz tələb olunur. | ||
| 15 | Defibrilyator 1. Cihaz defibrilyasiya, kardiostimulyasiya, kardioversiya funksiyalarını dəstəkləməlidir. 2. Manual və AED rejimlərini dəstəkləməlidir. Audio/vizual CPR-geridönüş və nəzarət proqram təminatı ilə təmin olunmalıdır. Cihaz aparılan ürək-ağciyər reanimasiyası tədbirlərinin gedişinə nəzarət edə bilməli və monitorda aparılan tədbirlərin effektivliyini əks etdirməlidir. Cihaz perfuziya effektivliyi indikatoru ilə təchiz edilməlidir. 3. Monitor rəngli LCD – minimal olaraq 7" ölçülü olmalıdır. Eyni zamanda monitorda minimal olaraq 3 əyri əks olunmalıdır. Daxili printeri olmalıdır. 4. Cihaz EKQ 3 yaxud 5 parametrli EKQ monitorinqi funksiyasını dəstəkləməlidir. Cihaz CPR aparılarkən EKQ artefaktlarının filtrasiyası üçün xüsusi alqoritmlə təchiz edilməlidir. Cihaz avtomatik olaraq hər 24 saatdan bir özünü test etməli və CPR üçün daim hazır vəziyyətdə olmalıdır. 5. Cihazın korpusu zərbəyə davamlı olmalı və EN/IEC 60529 standartına cavab verməlidir. 6. Toza və suya davamlı olmalıdır: İPX55. 7. Akkumulyator və kağızla birlikdə çəkisi – 6.5 kq-dan çox olmamalıdır. 8. Akkumulyator: Li-ion tipli “ağıllı” batareya, şarj səviyyəsini və batareyanın vəziyyətini əks etdirən LED indikatorlarla təchiz olunmalı və EN/IEC 60601-1 standartına cavab verməlidir. 4 saat fasiləsiz EKQ monitorinqini və 200 Coul səviyyəsində 20 dəfə şok verməni dəstəkləməlidir. 9. Cihaz verilən şoku pasiyentin EKQ-sində R dişciyi ilə sinxronizasiya etməli və bu haqda ekranda müvafiq işarə olmalıdır. 10. Cihazın komplektinə yetkin/pediatrik “ütü” tipli elektrodlar, litium-ionlu “ağıllı” akkumulyator, çoxfunksiyalı kabel, EKQ kabeli, gel, printer kağızı daxil olmalıdır. 11. Enerji seçimi ayarları: 1–360 Coul 12. Cihaz şok tövsiyəsi proqram təminatı ilə təchiz olunmalıdır – pasiyentin EKQ analizini edərək istifadəçiyə şokun tövsiyə olunub-olunmamasını bildirməlidir. 13. Eyni istehsalçıya məxsus mərkəzləşmiş monitor sisteminə qoşula bilməlidir. | 1 | ədəd |
| 16 | Dozator 0.5–10 µL 2–20 µL 20–200 µL 100–1000 µL | 1 | ədəd |
| 17 | EEQ cihazı tam dəst 1. Sistem rutin EEG, uzunmüddətli video EEG monitorinqi və yuxu EEG müayinələrinin aparılması üçün nəzərdə tutulmalı, minimum 24 kanallı EEG qeydiyyatını təmin etməlidir. 2. Cihaz minimum 21 EEG kanalı və minimum 3 polisomnoqrafiya (PSG) kanalı (EKQ, EOG, EMQ və ya ekvivalent fizioloji siqnallar) ilə eyni vaxtda sinxron qeydiyyat aparmalıdır. 3. EEG siqnallarının rəqəmsallaşdırılması minimum 24 bit A/D çevrici vasitəsilə həyata keçirilməli, nümunə götürmə tezliyi minimum 1000 Hz/kanal olmalıdır. 4. Giriş empedansı minimum 100 MΩ, ümumi rejim siqnalının zəiflədilməsi (CMRR) isə minimum 110 dB olmalıdır. 5. Sistem uzunmüddətli video monitorinqi dəstəkləməli, EEG və video görüntülərin tam sinxron qeydiyyatını və sonradan birgə analizini təmin etməlidir. 6. Cihaz kompüterə USB 2.0 və ya daha yüksək interfeys vasitəsilə qoşulmalı, fasiləsiz məlumat ötürülməsini təmin etməlidir. 7. Proqram təminatı minimum 30-dan artıq EEG montajının yaradılmasını, spektral analiz, trend analizi, FFT, Brain Mapping, hadisələrin markalanması və avtomatik hesabat hazırlanmasını dəstəkləməlidir. 8. Sistem müxtəlif ölçülü EEG başlıqları (EEG Caps), standart disk elektrodları və digər EEG aksesuarları ilə işləməyə uyğun olmalıdır. 9. Proqram təminatı pasiyent bazasının yaradılması, məlumatların arxivləşdirilməsi, əvvəlki müayinələrin müqayisəsi, PDF və digər rəqəmsal formatlarda ixrac funksiyalarını dəstəkləməlidir. 10. Təklif olunan sistem əsas blok, proqram təminatı, video monitorinq modulu, qoşulma kabelləri, EEG başlığı, elektrod dəsti və cihazın tam istismarı üçün tələb olunan bütün zəruri aksesuarlarla birlikdə təqdim edilməlidir. | 1 | ədəd |
| 18 | Narkotik maddələrin Skrining Cihazı 1. Cihaz bir xəstə nümunəsindən çoxsaylı analitlərin eyni vaxtda aşkarlanması üçün nəzərdə tutulmuş tam avtomatlaşdırılmış masaüstü analizator olmalıdır. 2. Sistem bərk fazalı çoxparametrli bioçip massiv texnologiyasından və ya funksional baxımdan ekvivalent texnologiyadan istifadə etməlidir. 3. Ölçmə prinsipi rəqabətli və “sandwich” tipli immunoanaliz üsullarına əsaslanan xemilüminessent reaksiya olmalıdır (və ya alternativ). 4. Sistem bir xəstə nümunəsindən eyni vaxtda minimum 46-dək hədəfin aşkarlanmasını dəstəkləməlidir. 5. Hər bioçipdə minimum 46-dək ayrıca test sahəsi olmalı və hər kartricdə minimum 2 bioçip yerləşməlidir. 6. Sistem analiz üçün tələb olunan reagentlərin əvvəlcədən doldurulduğu və möhürləndiyi kartriclərdən, həmçinin əvvəlcədən hazırlanmış pipet ucluğu kartricindən istifadə etməlidir. 7. Cihaz bir kartric vasitəsilə minimum 2 nümunənin analizini təmin etməlidir. 8. Sürətli skrininq rejimində 2 nümunə üzrə nəticələr 35 dəqiqədən az müddətdə əldə edilməlidir. Digər testlərin müddəti seçilmiş paneldən asılı ola bilər. 9. Sistem seçilmiş test panelindən asılı olaraq serum, plazma və sidik nümunələri ilə işləməlidir. 10. Sistem onkoloji risklərin qiymətləndirilməsi, mədə-bağırsaq xəstəlikləri, çölyak xəstəliyi, kişi və qadın hormonları və digər klinik diaqnostika istiqamətləri üzrə müxtəlif test panellərini dəstəkləməlidir. 11. Sistem test panelindən asılı olaraq kəmiyyət və müəyyən edilmiş “cut-off” hədlərinə əsaslanan keyfiyyət nəticələrinin alınmasını təmin etməlidir. 12. İş prosesi nümunənin hazırlanaraq kartricə əlavə edilməsi, reagent və pipet ucluğu kartriclərinin cihaza yüklənməsi və analizin başladılması mərhələlərindən ibarət olmalıdır. 13. Cihaz minimal nümunə hazırlığı və laboratoriya təlimi ilə avtomatik analiz aparmalıdır. 14. Cihazın idarə edilməsi və nəticələrin görüntülənməsi üçün daxili sensor ekranı olmalıdır. 15. Cihazda minimum 2 ədəd USB portu olmalı, nəticələrin USB vasitəsilə ixracını təmin etməli və barkod skaneri, printer və xarici yaddaş qurğusunun qoşulmasını dəstəkləməlidir. 16.Cihazla birlikdə qan və sidik nümunələri əsasında narkotik maddələrin skrininqinin aparılması üçün hər nümunə növü üzrə minimum 1 qutu test dəsti təqdim edilməlidir. Hər qutuda minimum 24 test olmalı, hər bir test bir şəxsin müayinəsini təmin etməli və test dəstləri təklif olunan cihazla tam uyğun olmalıdır. 17.Qeyd olunan texniki parametrlərə uyğun və ya ekvivalent, daha üstün texniki göstəricilərə malik cihaz tələb olunur. | 1 | ədəd |
| 19 | Şüşə Qurğuşunlu (80*100) | 1 | ədəd |
| 20 | Qapı Qurğuşunlu (90*205) | 1 | ədəd |
| 1 |
| ədəd |
Satınalmalarının 19 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 15 okt 2025
son qələbə 07 apr 2026
son qələbə 24 apr 2025
son qələbə 16 sen 2024
son qələbə 16 iyl 2026
Sifarişçinin elandan sonra bu satınalma üzrə dərc etdikləri. Başlıq bizim oxunuşumuzdur, altındakı mətn isə sifarişçinindir, dəyişilmədən.
Hörmətli təchizatçılar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tibb Xidmətinin ehtiyacları üçün müxtəlif təyinatlı malların satın alınması (2026/AT/04608/V1) adlı müsabiqədə İddaçının sorğusu cavablandırılmışdır...İddaçının sorğusu : Hörmətli Tender Komissiyası, İlk növbədə qeyd etmək istərdik ki, satınalan təşkilatın təchizatçılar üçün bazar araşdırması aparan və ya konkret məhsul və model seçimi ilə bağlı kommersiya məsləhəti verən qurum olmadığını biz də anlayırıq. Bizim əvvəlki müraciətimizdə verdiyimiz sualın məqsədi də satınalan təşkilatdan bazar araşdırması aparmasını və ya konkret istehsalçı/model müəyyən etməsini tələb etmək deyil. Lakin əvvəlki cavabınızda qeyd olunmuşdur ki, “ABŞ, Yaponiya, İsveçrə və Niderland kimi fərqli ölkələrin istehsal etdiyi qlobal brendlərin tam uyğun gəldiyi spesifikasiyada ‘konkret brendə işarə olunub’ barədə iradın əsasının olmadığı” bildirilir. Məhz bu cavabınıza əsasən biz tələblərə Mindray-dən başqa tam uyğun gələn ən azı bir istehsalçı və modelin adının göstərilməsini xahiş etmişdik. Çünki bu ifadə müxtəlif istehsalçıların modellərinin texniki tələblərlə müqayisə edildiyini və həmin modellərin spesifikasiyaya uyğunluğunun araşdırıldığını göstərir. Bununla yanaşı, biz təchizatçı olaraq apardığımız bazar araşdırmasına əsasən bildiririk ki, hazırkı texniki tələblərin məcmusu hər hansı konkret kliniki ehtiyacdan irəli gələn ümumi və bazarda geniş yayılmış tələblər kimi görünmür. Əksinə, tələblərin bir çoxunun Mindray brendinin konkret məhsul parametrləri ilə birə-bir üst-üstə düşdüyünü və Mindray-dən başqa mövcud modellərin bu tələblərin hamısını eyni zamanda tam şəkildə qarşılamadığını müəyyən etmişik. Bu baxımdan, bizim sualımız satınalan təşkilatdan konkret brend təklif etməsini istəmək deyil. Sadəcə, əvvəlki cavabınızda bildirildiyi kimi, həqiqətən də müxtəlif qlobal brendlərin bu tələblərə tam uyğun gəldiyi bildirilirsə, bunu təsdiq edən ən azı bir Mindray-dən fərqli istehsalçı/modelin göstərilməsini xahiş etmişdik. Bundan əlavə, əvvəlki müraciətimizdə aşağıdakı texniki tələb ilə bağlı verdiyimiz sual da cavabsız qalmışdır: “Eyni istehsalçıya məxsus mərkəzləşmiş monitor sisteminə qoşula bilməlidir.” Burada xüsusilə nəzərə alınmalı məqam ondan ibarətdir ki, tender siyahısında ayrıca mərkəzləşmiş monitorinq sisteminin satın alınması nəzərdə tutulmur. Buna görə də cihazın məhz eyni istehsalçıya məxsus mərkəzləşmiş monitorinq sisteminə qoşulması tələbinin hansı kliniki və ya praktiki zərurətdən irəli gəldiyi bizim üçün aydın deyil. Əgər xəstəxanada artıq müəyyən istehsalçıya məxsus mərkəzləşmiş monitorinq sistemi mövcuddursa, bu tələb faktiki olaraq həmin mövcud sistemlə uyğun olan eyni brendin seçilməsinə gətirib çıxara bilər. Bu isə digər istehsalçıların cihazlarının iştirak imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, əgər xəstəxanada belə bir mərkəzləşmiş monitorinq sistemi mövcud deyilsə və bu satınalma çərçivəsində də belə bir sistemin alınması nəzərdə tutulmayıbsa, onda cihazın “eyni istehsalçıya məxsus mərkəzləşmiş monitor sisteminə qoşula bilməsi” tələbinin qoyulmasının hansı kliniki və praktiki zərurətdən irəli gəldiyi sual doğurur.Çünki bazarda mövcud olan modellər onsuz da fərqli istehsalçılara məxsus monitorinq sisteminə də qoşula bilir. Bu səbəbdən xahiş edirik ki, qeyd olunan tələbin konkret kliniki və praktiki əsaslandırılması təqdim edilsin. Eyni zamanda, tenderdə digər potensial təchizatçıların da bərabər və ədalətli şəkildə iştirakını təmin etmək məqsədilə rəqabəti məhdudlaşdıran tələblərə yenidən baxılaraq, bütün iştirakçılar üçün şəffaf və sağlam rəqabət mühitinin yaradılması təmin edilsin. Əks halda, qeyd olunan məsələlərlə bağlı müvafiq aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququmuzdan istifadə edəcəyimizi diqqətinizə çatdırırıq. Hörmətlə,..........Satın alan təşkilatın sorğuya cavabı : Tərəfinizdən eyni mahiyyət və məzmun üzrə ardıcıl olaraq üçüncü dəfə müraciət edilir. Müraciətinizdə qeyd edirsiniz ki, şirkətiniz tərəfindən aparılmış "bazar araşdırmasına" əsasən, Mindray brendindən başqa digər istehsalçılarda bu parametrlərin mövcudluğu aşkar edilməmişdir və bu səbəbdən Komissiyadan maarifləndirici xidmət və sizin əvəzinizə alternativ model adlarını təqdim etməyimiz tələb olunur. Bildiririk ki, tibbi cihaz bazarında fəaliyyət göstərən beynəlxalq istehsalçıların məhsullarında xəbərsiz olmağınız və ya onları aşkar edə bilməməyiniz, şirkətinizin təchizatının məhdud səviyyədə olmasının göstərir. Müraciətinizdə cihazın mərkəzləşdirilmiş monitor sisteminə qoşula bilməsi tələbini şübhə altına alaraq, "hazırda xəstəxanada bu sistem yoxdursa və ya satın alınmırsa, bu tələbin nə zərurəti var?" irad irəli sürməyiniz müasir tibbi idarəetmə ilə ziddiyyət təşkil edir. Satınalan təşkilat dövlət vəsaiti hesabına avadanlıq alarkən ötən onilliklərdə qalmış, şəbəkə qabiliyyəti olmayan, lokal və qapalı cihazları deyil, xəstəxananın yaxın gələcəkdəki rəqəmsallaşma və mərkəzləşmə strategiyasına tam cavab verən sistemləri seçmək öhdəliyi daşıyır. Bundan əlavə, tərəfinizə artıq İKİ dəfə izah edilmişdir ki, qanunvericiliyin tələbinə əsasən "və ya ekvivalenti" hüquqi qüvvəyə malikdir. Məktubunuzun yekununda yer alan "müvafiq aidiyyəti dövlət qurumlarına müraciət etmək hüququmuzdan istifadə edəcəyik" xəbərdarlığı ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, istənilən şəxsin və ya təşkilatın nəzarət orqanlarına müraciət etmək hüququ toxunulmazdır və bu hüququnuzdan istifadə etməkdə tam sərbəstsiniz. Lakin xatırladırıq ki, İddianızın əsası kimi göstərdiyiniz texniki xüsusiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının (WHO), AHA və ERC beynəlxalq təlimatlarının reanimasiya standartıdır. Malın ətraflı təsvirində heç bir əmtəə nişanı və ya patentləşdirilmiş məhdudlaşdırıcı parametr göstərilməmişdir. Bunun müqabilində, öz peşəkar araşdırma yetərsizliyini əsas gətirərək dövlət satınalması prosesini əsassız olaraq ləngitməyə cəhd etmək, Komissiyaya təkrar və eyni məzmunlu sorğular ilə təzyiq göstərmək Dövlət orqanına qarşı şər-böhtan xarakterli əməl kimi qiymətləndirilir və bu hərəkətlərlə bağlı şirkətinizin birbaşa cavabdehlik daşıdığını xəbərdar edirik.
Hörmətli təchizatçılar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tibb Xidmətinin ehtiyacları üçün müxtəlif təyinatlı malların satın alınması (2026/AT/04608/V1) adlı müsabiqədə İddaçının sorğusu cavablandırılmışdır...İddaçının sorğusu : Hörmətli Tender Komissiyası, 15-ci sətirdə tələb olunan defibrillyator cihazının texniki spesifikasiyasına dair əvvəlki müraciətimizə təqdim etdiyiniz cavabı nəzərdən keçirdik. Cavabınızda texniki spesifikasiyanın hər hansı konkret istehsalçıya, o cümlədən Mindray BeneHeart seriyasına uyğunlaşdırılmadığı bildirilir. Lakin təqdim edilmiş cavabda bu nəticəni təsdiq edən konkret texniki sübutlar təqdim edilməmiş, əksinə, bizim iradımızı təsdiqləyən bir sıra məqamlar ümumi ifadələrlə əsaslandırılmışdır. Bu səbəbdən məsələnin daha dəqiq və obyektiv araşdırılması üçün aşağıdakı məqamların nəzərə alınmasını xahiş edirik. Məsələ ayrı-ayrı funksiyaların bazarda mövcud olması deyil, onların konkret kombinasiyasıdır. Bizim əvvəlki müraciətimizdə heç vaxt manual defibrillyasiya, AED, pacing, monitorinq, 360 J enerji və ya Li-ion batareyanın yalnız Mindray şirkətinə məxsus olduğu iddia edilməmişdir. İradımız ondan ibarətdir ki, tender spesifikasiyasında çoxsaylı konkret texniki göstəricilər eyni zamanda və çox dar parametrlərlə müəyyən edilmişdir. Bu xüsusiyyətlərin hər birinin ayrıca bazarda mövcud olması məsələnin mahiyyətini dəyişmir. Əsas məsələ onların hamısının eyni cihazda və eyni spesifikasiya daxilində tələb edilməsidir. Təqdim etdiyiniz cavabda ən vacib iddia sübut edilməmişdir. Cavabınızda aşağıdakı ifadə istifadə edilmişdir: “...ən azı beş müstəqil qlobal istehsalçı tərəfindən qarşılanan obyektiv meyarlardır.” Bu, konkret və yoxlanıla bilən iddiadır. Lakin cavabınızda həmin beş istehsalçının: • istehsalçı adı; • cihaz modeli; • rəsmi texniki sənədi; • hər bir tələb üzrə uyğunluq göstəricisi təqdim edilməmişdir. Bu səbəbdən xahiş edirik ki, əgər bazarda mövcud istehsalçıların portfelində bütün bu tələblərin eyni anda mövcud olduğu bir modeli nümunə olaraq qeyd edəsiniz. Burada yalnız “360 J dəstəkləyir”, “Li-ion batareyası var” və ya “pacing funksiyası mövcuddur” kimi ayrı-ayrı xüsusiyyətlərin göstərilməsi kifayət hesab edilə bilməz. Müqayisə tenderdə müəyyən edilmiş bütün parametrlər üzrə aparılmalıdır. Əksinə, mövcud rəsmi Mindray sənədlərində tenderdəki bir sıra xüsusiyyətlərin eyni kombinasiyada mövcud olduğu açıq şəkildə görünür. Mindray-in rəsmi BeneHeart məhsul səhifəsində cihaz “4-in-1 integrated design” kimi təqdim olunur və manual defibrillation, AED, pacing və monitoring funksiyalarını birləşdirdiyi göstərilir. Eyni rəsmi səhifədə 360 J texnologiyası, gündəlik və həftəlik self-test, 360 J-də 200 şok, 6 saat fasiləsiz monitorinq və mərkəzi monitorinq sistemi ilə əlaqə də göstərilir. Bu səbəbdən bizim iradımız “bu funksiyalar yalnız Mindray-də var” formasında deyil. İradımız budur ki, tenderdə müəyyən edilmiş çoxsaylı spesifik göstəricilərin eyni kombinasiyası Mindray BeneHeart-ın rəsmi texniki sənədlərində eyni şəkildə mövcuddur. Bu faktı ümumi şəkildə “bazarda bir neçə istehsalçıda da belə xüsusiyyətlər var” ifadəsi ilə təkzib etmək mümkün deyil. “Eyni istehsalçıya məxsus mərkəzləşdirilmiş monitorinq sistemi” tələbi ilə bağlı əsas sualımız cavablandırılmayıb Əvvəlki müraciətimizdə əsas sualımız bu idi: Əgər tender sənədində xəstəxananın mövcud mərkəzləşdirilmiş monitorinq sisteminin konkret istehsalçısı göstərilməyibsə, “eyni istehsalçıya məxsus mərkəzləşdirilmiş monitorinq sisteminə qoşulma” tələbinin texniki zərurəti nədən ibarətdir? Cavabınızda isə bu tələbin HL7, DICOM, Ethernet və Wi-Fi kimi ümumi protokollar vasitəsilə istənilən ekvivalent cihaz üçün açıq olduğu bildirilir. Lakin tender tələbində belə yazılmayıb. Tenderdə konkret olaraq: “Eyni istehsalçıya məxsus mərkəzləşdirilmiş monitor sisteminə qoşula bilməlidir” ifadəsi istifadə edilmişdir. Bu, ümumi “mərkəzləşdirilmiş sistemə inteqrasiya” tələbi ilə eyni deyil. Üstəlik, Mindray-in rəsmi BeneHeart səhifəsində cihazın məlumatları “Central Monitoring System”ə ötürdüyü və IHE HL7 protokolu ilə uyğunluğu konkret olaraq göstərilir. Bu səbəbdən “eyni istehsalçı” şərtinin hansı real klinik və texniki ehtiyaca əsaslandığının izah edilməsini xahiş edirik. Əgər məqsəd sadəcə mərkəzləşdirilmiş monitorinq sisteminə məlumat ötürülməsidirsə, tələb “HL7, DICOM və ya digər açıq və ya standart interfeys vasitəsilə mərkəzləşdirilmiş monitorinq sisteminə inteqrasiya” kimi istehsalçıdan asılı olmayan formada yazıla bilər. Bizim müraciətimizin məqsədi 360 J, pacing, AED, Li-ion batareya və ya digər funksiyaların tenderdən çıxarılması deyil. Məqsəd ondan ibarətdir ki, hər bir texniki parametrin klinik və texniki zərurəti əsaslandırılsın və texniki spesifikasiya konkret bir istehsalçının/modelin texniki xüsusiyyətlərinin faktiki surətdə təkrarlanmasına səbəb olmasın. Hazırkı vəziyyətdə isə təqdim etdiyiniz cavab bizim əsas iradımızı aradan qaldırmır. Buna görə “spesifikasiya konkret istehsalçıya uyğunlaşdırılmayıb” nəticəsinin yalnız ümumi ifadələrlə deyil, konkret və yoxlanıla bilən texniki sübutlarla əsaslandırılmasını xahiş edirik. Müraciətimizin mahiyyəti hər hansı konkret brendin tenderə daxil edilməsinə və ya çıxarılmasına yönəlmir. Tələbimiz yalnız texniki spesifikasiyanın obyektiv, ölçülə bilən, istehsalçıdan asılı olmayan və real rəqabətə imkan verən formada müəyyən edilməsidir......Satın alan təşkilatın sorğuya cavabı :"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, müsabiqə davam etdiyi müddətdə satınalan təşkilatın iddiaçılara konkret istehsalçı şirkətlərin adlarını, onların cihaz modellərini və həmin modellərin texniki tələblərə uyğunluq göstəricilərini təqdim etməsi qanunla düzgün deyil və birbaşa satınalma prinsiplərinə ziddir. Qanunvericiliyə əsasən, Tender Komissiyasının vəzifəsi öz tibbi və kliniki ehtiyaclarına uyğun olaraq satınalma predmetinin funksional və texniki tələblərini müəyyənləşdirmək, tender elan etmək və təqdim olunmuş təklifləri həmin tələblər çərçivəsində obyektiv qiymətləndirməkdir. SATINALAN TƏŞKILAT MAL TƏCHIZATÇILARI ÜÇÜN BAZAR ARAŞDIRMASI APARAN, KOMMERSIYA MƏSLƏHƏTI VERƏN VƏ YA KONKRET ISTEHSALÇILARIN KATALOQLARINI TƏHLIL EDIB IŞTIRAKÇILARA TƏQDIM EDƏN TƏŞKILAT DEYILDIR. Tələb olunan texniki parametrlərə cavab verən istehsalçını və modeli tapmaq, onun texniki sənədlərini əldə etmək və təklifin tərkibində təqdim edərək texniki tələblərə tam cavab verdiyini sübut etmək müsabiqədə iştirak etmək istəyən iddiaçının vəzifəsidir. Təchizatçı özünə aid olan bazar araşdırması məsuliyyətini və təchizat öhdəliyini satınalan təşkilatın üzərinə yönəldə bilməz. Satınalan təşkilat "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq, dövlət vəsaitindən səmərəli istifadə edərək pasiyentin həyatını xilas edəcək müasir, yüksək funksiyalı avadanlıq tələb etmək hüququna malikdir. Müsabiqə davam edərkən Komissiyanın iştirakçılara konkret şirkət modelləri və uyğunluq sənədləri təqdim etməsi qanunla nəzərdə tutulmamışdır və bazar araşdırması aparmaq təchizatçının öz vəzifəsidir.
Hörmətli təchizatçılar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tibb Xidmətinin ehtiyacları üçün müxtəlif təyinatlı malların satın alınması (2026/AT/04608/V1) adlı müsabiqədə İddaçının sorğusu cavablandırılmışdır...İddaçının sorğusu : Hörmətli Satınalan Təşkilat Tender sənədlərində tibbi monitor üzrə müəyyən edilmiş texniki tələblərlə bağlı aşağıdakı məsələləri diqqətinizə çatdırmaq istərdik. Tələblərin kompleks şəkildə təhlili göstərir ki, qeyd olunan texniki spesifikasiyaların bir sıra xüsusiyyətləri konkret istehsalçının Mindray brendinə və onun uMEC seriyasına aid modellərinin texniki göstəriciləri ilə üst-üstə düşür. Xüsusilə, cihazın maksimum 4 kq çəkiyə malik olması, 24 aritmiyanın aşkarlanması və göstərilməsi, eləcə də 1280×800 görüntü təsvir ölçüsü kimi spesifik parametrlərin eyni vaxtda müəyyən edilməsi bu qənaəti əsaslandıran göstəricilərdən hesab edilir. Qeyd etmək istərdik ki, cihazın çəkisinin maksimum 4 kq ilə məhdudlaşdırılması kimi tələbin kliniki və praktiki zərurəti aydın şəkildə əsaslandırılmadığı halda, belə konkret məhdudiyyət digər istehsalçıların texniki baxımdan ekvivalent və ya daha funksional məhsullarının tenderdə iştirak imkanlarını məhdudlaşdıra bilər. Ayrı-ayrı parametrlər üzrə 4 kq-dan aşağı çəkiyə malik tibbi monitorların dünya bazarında mövcud olması həmin tələbin özlüyündə əsaslandırılmış və ya rəqabəti təmin edən meyar olduğunu göstərmir. Əsas məsələ bütün texniki tələblərin birlikdə qiymətləndirilməsidir.Digər tərəfdən cihaz ilə birlikdə trolley tələb olunur ki, bu da 4 kq çəki limitinin heç bir kliniki,praktiki əhəmiyyət daşımadığını bir daha sübut edir. Bundan əlavə, texniki spesifikasiyalarda bir sıra parametrlərin “minimum”, “maksimum”, “ən azı”, “ən çoxu”, “diapazon” və digər ölçülə bilən hədlərlə müəyyən edilməməsi diqqət çəkir. Bu cür yanaşma konkret texniki göstəricinin faktiki olaraq yalnız müəyyən bir modelə uyğunlaşdırılması təəssüratı yarada və digər potensial iştirakçıların ekvivalent məhsullar təklif etməsinə mane ola bilər. Tender tələblərinin məqsədi konkret istehsalçı və ya modelin texniki göstəricilərini təkrarlamaq deyil, tələb olunan cihazın kliniki funksionallığını, istifadə məqsədini və praktiki ehtiyaclarını təmin edən obyektiv texniki meyarları müəyyən etmək olmalıdır. Bu baxımdan, xahiş edirik ki, qeyd olunan texniki tələblərə yenidən baxılsın və spesifikasiyalar hər hansı konkret brendin və ya modelin göstəricilərinə uyğunlaşdırılmadan, kliniki və praktiki zərurət əsasında, obyektiv və ölçülə bilən minimum və/və ya maksimum hədlər müəyyən edilməklə formalaşdırılsın. Belə yanaşma texniki baxımdan ekvivalent məhsulların da tenderdə iştirakına imkan yaradacaq, rəqabət mühitinin genişlənməsinə və satınalma prosesinin daha şəffaf və ədalətli şəkildə həyata keçirilməsinə şərait yaradacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tibbi monitor üzrə müəyyən edilmiş texniki spesifikasiyaların yenidən nəzərdən keçirilməsini və tələblərin rəqabəti məhdudlaşdırmayacaq, eyni zamanda real kliniki və praktiki ehtiyacları əks etdirəcək şəkildə müəyyən edilməsini xahiş edirik. Satın alan təşkilatın sorğuya cavabı :Hörmətli İddiaçı, Sorğunuza görə təşəkkür edirik. İlk növbədə qeyd etmək istərdik ki, müraciətinizdə göstərilən iddialar texniki tələblərin mahiyyəti tam və düzgün araşdırılmadan irəli sürülmüşdür. Müraciətin məzmunundan belə qənaət yaranır ki, qeyd olunan arqumentlər real bazar araşdırması və istehsalçıların rəsmi texniki sənədlərinin müqayisəli təhlili əsasında deyil, süni intellekt və ya ümumi xarakterli mənbələrdən istifadə edilməklə formalaşdırılmışdır. Halbuki bu tip texniki məsələlərdə yalnız ümumi ehtimallar deyil, konkret datasheet-lər, rəsmi texniki sənədlər və bazarda mövcud olan real modellər əsas götürülməlidir. Əgər müvafiq texniki araşdırma aparılsaydı, müraciətdə qeyd olunan iddiaların mahiyyət etibarilə əsaslı olmadığı aydın görünərdi. Belə ki, müraciətinizdə cihazın “maksimum 4 kq çəkiyə malik olması” tələbinin konkret istehsalçıya uyğunlaşdırıldığı qeyd edilmişdir. Lakin bu yanaşma tender sənədlərindəki tələbin düzgün oxunmamasından irəli gəlir. Tender sənədlərində cihazın mütləq olaraq dəqiq 4 kq çəkiyə malik olması tələb edilməmişdir. Tələb cihazın 4 kq və ya daha aşağı çəkiyə malik olması ilə bağlıdır. Başqa sözlə, bu tələb konkret bir çəki göstəricisini və ya konkret modeli hədəfləmir. Əksinə, 4 kq yuxarı hədd kimi müəyyən edilmişdir və 4 kq-dan aşağı çəkili bütün uyğun portativ monitorların təklif edilməsinə imkan verir. Bu səbəbdən həmin tələbin konkret istehsalçıya yönəldilməsi barədə iddia texniki baxımdan əsaslı hesab edilə bilməz. Qeyd olunan monitor portativ istifadə üçün nəzərdə tutulduğundan, onun çəkisinin 4 kq və ya daha az olması cihazın şöbələrarası daşınması, təcili vəziyyətlərdə çevik istifadəsi, xəstə yatağı yanında rahat yerləşdirilməsi və tibbi personal tərəfindən operativ şəkildə idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən çəki tələbi kliniki və praktiki zərurətdən irəli gəlir. Həmçinin cihazla birlikdə trolley tələb olunması portativlik tələbinin əhəmiyyətini aradan qaldırmır. Trolley cihazın müəyyən hallarda daşınmasını və yerləşdirilməsini asanlaşdıran əlavə aksessuardır. Lakin bu, cihazın özünün yüngül, kompakt və portativ olmasına olan tələbi istisna etmir. Bundan əlavə, müraciətinizdə qeyd olunan 24 aritmiyanın aşkarlanması və göstərilməsi, eləcə də 1280×800 görüntü təsvir ölçüsü kimi tələblərin yalnız bir modelə uyğun olması barədə iddia da əsaslı hesab edilmir. Açıq texniki mənbələrin araşdırılması göstərir ki, bu parametrlərə cavab verən onlarla digər istehsalçıların məhsulları da mövcuddur.Nümunə olaraq Comen N12 modelini qeyd etmək olar: https://comen-rf.ru/wp-content/uploads/2024/08/n10-12-15-specification-v1.3_20231205.pdf Qeyd olunan model yalnız nümunə kimi göstərilmişdir və hər hansı konkret istehsalçının məhsulunun tələb olunması mənasını daşımır. Bu nümunə müraciətinizdə qeyd olunan texniki tələblərin yalnız bir brend və ya modelə uyğun olması barədə iddianın əsassız olduğunu göstərmək məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, tibbi monitor üzrə müəyyən edilmiş texniki tələblər hər hansı konkret istehsalçını məhdudlaşdırmaq məqsədi daşımır, kliniki və praktiki ehtiyaclar əsasında formalaşdırılmışdır və bazarda bu tələblərə cavab verə bilən çoxlu sayda alternativ məhsullar mövcuddur. Bu səbəbdən müraciətinizdə qeyd olunan iddialar texniki baxımdan əsaslı hesab edilmir və texniki şərtlərin dəyişdirilməsi üçün yetərli əsas yaratmır.
Hörmətli təchizatçılar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Tibb Xidmətinin ehtiyacları üçün müxtəlif təyinatlı malların satın alınması (2026/AT/04608/V1) adlı müsabiqədə İddaçının sorğusu cavablandırılmışdır.... İddaçının sorğusu : Hörmətli Tender Komissiyası, Bildirmək istərdik ki, 15-ci sətirdə tələb olunan defibrillator cihazı ilə bağlı ətraflı təsviri təhlil zamanı cihazın konkret olaraq Mindray brendinin BeneHeart seriyasına uyğun gəldiyi görülür. Belə ki, texniki spesifikasiyada qeyd edilmiş bir sıra xüsusiyyətlərin eyni kombinasiyada tələb olunması Mindray BeneHeart seriyasının istehsalçı tərəfindən təqdim edilmiş texniki xüsusiyyətləri ilə tam üst-üstə düşür. Xüsusilə aşağıdakı tələblər buna əsas verir: • cihazın manual defibrillyasiya, AED, pacing və monitorinq funksiyalarını eyni cihazda birləşdirməsi; • defibrillyasiya enerjisinin 1–360 J diapazonunda olması; • 360 J maksimal defibrillyasiya enerjisinin tələb edilməsi; • Li-ion smart batareya ilə təchiz olunması; • batareyanın fasiləsiz EKQ monitorinqini bir neçə saat təmin etməsi və çoxsaylı defibrillyasiya tətbiqinə imkan verməsi; • cihazın gündəlik avtomatik self-test funksiyasına malik olması; • defibrillyasiya zamanı R dalğası ilə sinxronlaşdırılmış kardioversiya funksiyasının olması; • 3 və 5 lead EKQ monitorinqinin dəstəklənməsi; • daxili printer və bir neçə dalğa formasının qeydiyyatının mümkün olması; • AED rejimində EKQ analizinin aparılması və istifadəçiyə şok tətbiqinin tövsiyə olunması; • cihazın mərkəzləşdirilmiş monitorinq sisteminə məlumat ötürə bilməsi. Qeyd olunan xüsusiyyətlərin hər biri ayrı-ayrılıqda bazarda müxtəlif istehsalçıların cihazlarında mövcud ola bilər. Lakin burada diqqət çəkən əsas məqam onların məhz yuxarıda qeyd olunan formada, konkret rəqəmlər və funksional kombinasiyalarla birlikdə bir texniki spesifikasiyada tələb edilməsidir. Mindray-in rəsmi məhsul və texniki sənədlərində BeneHeart seriyası üçün manual defibrillyasiya, AED, pacing və monitorinq funksiyalarının bir cihazda birləşdirilməsi, 360 J-a qədər enerji, avtomatik self-test, uzunmüddətli batareya fəaliyyəti, sinxron kardioversiya və mərkəzləşdirilmiş monitorinq sisteminə inteqrasiya kimi xüsusiyyətlər açıq şəkildə göstərilmişdir. Bundan əlavə, texniki spesifikasiyada cihazın “eyni istehsalçının mərkəzləşdirilmiş monitorinq sisteminə” qoşulmasının tələb edilməsi də xüsusi diqqət çəkir. Bu tələb klinik funksiyanı deyil, konkret istehsalçı ekosisteminə uyğunluğu müəyyən edir. Halbuki klinik baxımdan əsas tələb defibrillyatorun məlumatları mərkəzi monitorinq sisteminə təhlükəsiz və etibarlı şəkildə ötürə bilməsi olmalıdır. Bunun üçün “eyni istehsalçı” şərtinin məcburi qoyulması texniki cəhətdən əsaslandırılmalı və ekvivalent həllərin iştirakına imkan verilməlidir.Lakin bu tələbin bu şəkildə yazılması da Mindray brendinə işarə edir. Halbuki tenderdə mərkəzləşdirilmiş monitorinq tələb edilmir və yaxud xəstəxanada varsa mövcud monitorinq sisteminin hansı brend olması da qeyd olunmur.O zaman sual yaranır ki, hansı eyni istehsalçıdan söhbət gedir? Eyni zamanda, texniki spesifikasiyada cihazın çəkisi, konkret IP qoruma səviyyəsi, batareyanın müəyyən sayda şok və müəyyən müddət monitorinq təmin etməsi, printer və digər konstruktiv xüsusiyyətlər kimi tələblərin də konkret formada müəyyən edilməsi müşahidə olunur. Bu xüsusiyyətlərin bir qismi istismar və təhlükəsizlik baxımından əhəmiyyətli olsa da, onların konkret rəqəmlərlə məhdudlaşdırılması cihazın əsas klinik funksionallığını müəyyən etmir. Beləliklə, təqdim edilmiş spesifikasiyanın ümumi strukturu və xüsusilə yuxarıda sadalanan parametrlərin kombinasiyası Mindray BeneHeart seriyasının texniki xüsusiyyətlərinə yüksək dərəcədə uyğunluq təşkil edir və digər istehsalçıların funksional baxımdan ekvivalent cihazlarının tenderdə iştirak imkanlarını məhdudlaşdırır. Hesab edirik ki, tender spesifikasiyasında cihazın konkret istehsalçıya xas texniki xüsusiyyətləri deyil, klinik və funksional tələbləri əsas götürülməlidir. Bu baxımdan, qeyd olunan tələblərin yenidən nəzərdən keçirilməsi və eyni klinik funksionallığı təmin edən digər istehsalçıların da iştirakına imkan verən obyektiv, ölçülə bilən və istehsalçıdan asılı olmayan texniki meyarların müəyyən edilməsi məqsədəuyğun olardı. Müraciətimizin əsas məqsədi hər hansı konkret istehsalçının təklifinin üstün tutulması deyil, tender şərtlərinin rəqabətli, şəffaf və bütün potensial təchizatçılar üçün bərabər iştirak imkanları yaradan formada müəyyən edilməsidir. ..... Satınalan Təşkilatın sorğuya cavabı : Hörmətli İddiaçı, tərəfinizdən 15-ci bənd üzrə tələb olunan defibrillyator cihazının texniki parametrlərinə dair təqdim etdiyiniz müraciət araşdırılmış, texniki, kliniki və qanuni nəzərdən keçirilmişdir. Bildirmək istərdik ki, texniki spesifikasiyanın konkret olaraq hər hansı istehsalçıya (o cümlədən Mindray brendinin BeneHeart seriyasına) uyğunlaşdırıldığı və rəqabəti məhdudlaşdırdığı barədə irəli sürdüyünüz bütün iddialar əsassızdır və həqiqəti əks etdirmir. -“Manual defibrillyasiya, AED, pacing və pasiyent monitorinqi” funksiyalarının tək korpusda tələb olunması hansısa istehsalçının xüsusi imtiyazı deyil. Bu, Amerika Ürək Assosiasiyasının (AHA) (https://cpr.heart.org/en/resuscitation-science/cpr-and-ecc-guidelines/adult-basic-life-support) və Avropa Reanimasiya Şurası (ERC) (https://www.resuscitationjournal.com/article/S0300-9572(21)00063-0/fulltext) təsbit edilmiş ACLS (Advanced Cardiac Life Support) (https://www.ahajournals.org/doi/10.1161/CIR.0000000000000918)standartıdır. Reanimasiya şöbəsində və ya təcili tibbi müdaxilə zamanı qəfil ürək dayanması ilə üzləşən pasiyentin yanına dörd ayrı cihaz daşımaq, kabelləri dəyişdirmək və vaxt itirmək birbaşa insan həyatını təhlükə altına atmaq deməkdir. Klinik ehtiyac tələb edir ki, kritik vəziyyətdə həkim tək bir cihazla həm xəstənin ritmini izləyə bilsin, həm ritmi analiz edib AED rejimindən istifadə etsin, zərurət olduqda dərhal manual şok versin və ritm blokadası zamanı xarici kardiostimulyasiya (pacing) tətbiq etsin. Bu tələbi “məhdudlaşdırıcı parametr” kimi qiymətləndirmək tibbi və texniki baxımdan əsaslandırılmış yanaşma deyil və pasiyent təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur. -Defibrillyasiya enerjisinin 1–360 J diapazonunda tələb edilməsi təsadüfi və ya subyektiv rəqəm deyil. Beynəlxalq kliniki tədqiqatlar və reanimasiya protokolları sübut edir ki, refrakter (şoka davamlı) mədəcik fibrillyasiyası hallarında və yüksək transtorasik impedansa (bədən müqavimətinə) malik pasiyentlərdə təkrar defasilitasiya üçün 360 Coul maksimal enerji həyati vacib çıxış yoludur. Bazar reallıqları baxımından da qeyd olunan texniki xüsusiyyətlərin yalnız bir istehsalçıya və ya konkret məhsul seriyasına xas olması barədə yanaşma düzgün deyil. Qlobal tibbi avadanlıq bazarında müxtəlif müstəqil istehsalçılar tərəfindən təqdim olunan bir sıra defibrillyator-monitor sistemləri 4-ü 1-də funksional arxitekturanı, 360 J-dək bifazik defibrillyasiya enerjisini, daxili termal printeri və 3/5 lead EKQ monitorinqini təmin edir. ABŞ, Yaponiya, İsveçrə və Niderland kimi fərqli ölkələrin istehsal etdiyi qlobal brendlərin tam uyğun gəldiyi spesifikasiyada “konkret brendə işarə olunub” barədə iradın əsasının olmadığını göstərir. -Müasir Li-ion smart batareya, gündəlik avtomatik özünüyoxlama (self-test) və R-dalğası ilə sinxron kardioversiya tələbləri keyfiyyət və təhlükəsizliyin ayrılmaz hissəsidir. Qurğuşun-turşu (lead-acid) batareyalar artıq köhnəlmiş batareya texnologiyası hesab olunur. onların ağır çəkisi, tez sıradan çıxması və uzun müddətə enerji toplaması reanimasiya çevikliyinə ziddir. Cihazın gündəlik avtomatik self-test funksiyası isə beynəlxalq IEC 60601-2-4 (https://webstore.iec.ch/en/publication/2654) standartının təhlükəsizlik tələbidir — qəfil ürək dayanması anında defibrillyatorun batareyasının və ya yüksək gərginlik dövrəsinin nasaz çıxması pasiyentin qaçılmaz ölümü ilə nəticələnə bilər. Sinxronlaşdırılmış kardioversiya isə qulaqcıq fibrillyasiyası (AFib) və taxikardiyalarda şokun məhz R dalğasının zirvəsində verilməsi üçün vacibdir; bu funksiyanın olmadığı aparat ümumiyyətlə klinik reanimasiya defibrillyatoru sayıla bilməz. -“Mərkəzləşdirilmiş monitorinq sisteminə qoşulma” ilə bağlı irəli sürdüyünüz bəhanə əsassızdır. Dövlət satınalmaları praktikasında "və ya ekvivalenti" qanunla şərtsiz şəkildə tətbiq olunur. Bu tələb hər hansı qapalı istehsalçı şəbəkəsini deyil, xəstəxana daxilində tibbi məlumatların mərkəzi stansiyaya və elektron səhiyyə sisteminə (HIS/EMR) təhlükəsiz inteqrasiyasını hədəfləyir. Beynəlxalq açıq protokollar (HL7, DICOM, standart Ethernet və Wi-Fi şəbəkələri) vasitəsilə mərkəzləşdirilmiş sistemə məlumat ötürə bilən istənilən ekvivalent cihaz tenderdə bərabərhüquqlu şəkildə iştirak edə bilər. Əgər təklif olunan avadanlıq hətta açıq HL7 və ya digər standart şəbəkə protokollarını dəstəkləmirsə, bu hal tender şərtlərinin məhdudlaşdırıcı xarakter daşıması ilə deyil, təklif olunan cihazın müasir inteqrasiya və kommunikasiya tələblərinə cavab verməməsi ilə bağlıdır. Qanunvericiliyin əsas prinsipi və məqsədi dövlət vəsaitindən səmərəli istifadə edilməsi və satınalan təşkilatın ehtiyacının ən yüksək keyfiyyətlə ödənilməsidir. Qanun satınalan təşkilata pasiyentin həyatını xilas edəcək müasir, yüksək funksiyalı və beynəlxalq standartlara cavab verən mal tələb etmək hüququ və məsuliyyəti verir. Qanunun heç bir maddəsi satınalan təşkilatı məcbur etmir ki, bazardakı hansısa təchizatçı əlində qalmış köhnə, zəif göstəricili və ya 360 C dəstəkləməyən avadanlığı sata bilsin deyə öz tibbi və kliniki standartlarını aşağı salsın. Malların ətraflı təsvirində heç bir ticarət nişanı, patent, firma adı və ya mənşə göstərilməmişdir. Tələblər funksional, ölçülə bilən, beynəlxalq kliniki protokollara söykənən və ən azı beş müstəqil qlobal istehsalçı tərəfindən qarşılanan obyektiv meyarlardır. Təşəkkürlər!