Sifarişçi: "AZƏRBAYCAN MÜƏLLİMİ" QƏZETİ REDAKSİYASI
Bu sifarişçi üzrə tarixçə yoxdur. Bazarda bu kateqoriyada 3973 satınalmanı 957 müxtəlif təchizatçı udub: sahə açıqdır.
3973 satınalma, 957 müxtəlif qalib
Ən çox udan: "OFİS-A.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (137, 3.4%)
Əsas: bu kateqoriya, bütün sifarişçilər
Qaliblər ehtimal olunan qiymətdən 0.02% ilə 93.1% arasında aşağı düşüblər, medianı 15.34%.
Bu tender üçün bu 93.442 ₼ ilə 82.242 ₼ arasıdır.
6.703 ₼ məbləğindən aşağı heç kim udmayıb.
219 ₼
Sənədlər 25 ₼ + iştirak 194 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Peşəkar rəqəmsal fotoaparat Peşəkar güzgüsüz rəqəmsal fotoaparat: Dəyişdirilə bilən obyektiv sistemli, tam-kadr formatlı peşəkar güzgüsüz rəqəmsal kamera olmalıdır; Sensor: yüksək işıq həssaslığı və yüksək sürətli məlumat oxunmasını təmin edən arxa işıqlandırmalı çoxqatlı və ya funksional ekvivalent tam-kadr sensor, effektiv təsvir ölçüsü minimum 40 MP olmalıdır; yüksək sürətli əsas görüntü prosessoru və ayrıca sürətləndirici emal bloku vasitəsilə yüksək həcmli görüntü məlumatlarının real vaxt emalını, sürətli avtofokusu və yüksək sürətli ardıcıl çəkilişi dəstəkləməlidir; Avtofokus: tək nöqtəli, genişləndirilmiş sahə, çevik zona və bütün kadr üzrə AF rejimlərini, süni intellekt və öyrədilmiş alqoritmlər vasitəsilə obyekt aşkarlama və izləməni, insan, heyvan və nəqliyyat vasitələrinin avtomatik tanınmasını və izlənməsini dəstəkləməlidir; elektron vizör vasitəsilə istifadəçinin baxış istiqamətinin müəyyən edilərək həmin istiqamət üzrə fokus sahəsinin seçilməsi funksiyası olmalıdır; Çəkiliş sürəti: mexaniki və ya elektron birinci pərdə ilə minimum 12 kadr/s, tam elektron ekspozisiya idarəetməsi ilə minimum 30 kadr/s ardıcıl çəkiliş; tam elektron ekspozisiya rejimində minimum 1/16 000 saniyə sürəti olmalıdır; Təsvir sabitləşdirmə: kamera gövdəsində minimum 5 ox üzrə sensorun fiziki yerdəyişməsi vasitəsilə titrəməni kompensasiya edən stabilizasiya sistemi olmalı, uyğun obyektivlərdəki optik stabilizasiya sistemi ilə koordinasiyalı işləyərək birgə sabitləşdirmə təmin etməlidir; ISO: foto çəkilişində standart həssaslıq minimum ISO 100–51200, genişləndirilmiş diapazon minimum ISO 50–51200 olmalıdır; Elektron vizöru olmalıdır, minimum 5 milyon nöqtə, minimum 120 FPS yenilənmə tezliyini dəstəkləməlidir; Video: minimum 8192×4320 8K RAW @60p, minimum 4096×2160 4K @60p, minimum 3840×2160 4K @60p və minimum 1920×1080 Full HD @120p çəkilişi dəstəkləməli; sıxılmamış və ya minimal emallı peşəkar video formatı və geniş istifadə olunan konteyner formatında qeyd iş axınını, əsas yüksək keyfiyyətli video ilə eyni vaxtda aşağı həcmli proxy video yazılışını, geniş dinamik diapazonlu çəkilişi və sonrakı rəng korreksiyası üçün geniş dinamik diapazon məlumatını saxlayan peşəkar loqarifmik görüntü profillərini dəstəkləməlidir; Yaddaş: minimum iki yaddaş kartı yuvası olmalı, bunlardan biri yüksək ötürmə sürətli peşəkar yaddaş kartı standartını, digəri isə SD/SDHC/SDXC UHS-II kartlarını dəstəkləməlidir; yüksək keyfiyyətli əsas yazılışla yanaşı ikinci karta proxy və ya paralel qeyd imkanı olmalıdır; Displey və monitorinq: foto və video çəkilişləri üçün yüksək ayırdetməli arxa ekran, video siqnalının parlaqlıq səviyyələrinin qrafik şəkildə real vaxt göstərilməsi, əvvəlcədən müəyyən edilmiş ekspozisiya hədlərinin ekranda xəbərdarlıq işarələri ilə göstərilməsi və müxtəlif ekspozisiya səviyyələrinin fərqli rənglərlə vizual göstərilməsi və ya bunlara funksional ekvivalent professional ekspozisiya nəzarət alətləri olmalıdır; İnterfeyslər və rabitə: minimum tamölçülü HDMI Type-A, USB vasitəsilə məlumat ötürmə və enerji/şarj dəstəyi, minimum IEEE 802.11a/b/g/n/ac/ax Wi-Fi və aşağı enerji sərfiyyatlı Bluetooth 5.2 olmalıdır; Korpus: peşəkar istifadə üçün möhkəm maqnezium ərintili şassi, toz və rütubətin daxil olmasını azaltmaq üçün möhürlənmiş konstruksiya və uzunmüddətli çəkiliş zamanı yaranan istiliyin effektiv şəkildə gövdədən xaric edilməsini təmin edən istilik yayma sistemi olmalıdır; Kamera çıxarıla bilən akkumulyatorla işləməli, USB vasitəsilə batareyanın şarj edilməsini və xarici enerji mənbəyindən fasiləsiz işləməni dəstəkləməlidir; Minimum 1 il rəsmi zəmanəti verilməlidir; MAF/DAF tələbi: Təkliflə birlikdə istehsalçı və ya onun səlahiyyətli regional nümayəndəsi tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form/Letter) və Azərbaycan Respublikası üzrə rəsmi distributor və ya istehsalçının səlahiyyətli distribusiya kanalı tərəfindən verilmiş DAF (Distributor Authorization Form/Letter) təqdim edilməlidir; MAF və DAF sənədlərində təklif olunan marka və model, konkret konfiqurasiya, zəmanət müddəti, təchizatçının həmin tender üzrə məhsulu təklif və təchiz etmək səlahiyyəti, həmçinin Azərbaycan Respublikasında mövcud rəsmi servis mərkəzləri barədə məlumat açıq şəkildə göstərilməlidir. | 1 | ədəd |
| 2 | Standart zoom obyektiv Peşəkar standart zoom obyektiv: tam-kadr dəyişdirilə bilən obyektivli foto və video kamera sistemi ilə tam uyğun olmalı, fokus məsafəsi 24–70 mm, maksimum diafraqma bütün zoom diapazonunda sabit f/2.8, minimum diafraqma f/22 olmalıdır; optik konstruksiya minimum 15 elementdən və 10 qrupdan ibarət olmalı, minimum 2 ədəd optik təhriflərin və kadr kənarlarında yaranan aberrasiya effektlərinin azaldılmasını təmin edən xüsusi formalı optik elementə və minimum 2 ədəd rəng sapmalarının və xromatik aberrasiya effektlərinin azaldılmasını təmin edən aşağı dispersiyalı optik elementə malik olmalıdır; minimum fokuslama məsafəsi geniş bucaq mövqeyində maksimum 0.20 m, tele mövqedə maksimum 0.36 m olmalı, maksimal böyütmə əmsalı minimum 0.3× olmalıdır; obyektiv minimum 4-stop effektivliyə malik, kamera və ya istifadəçi hərəkətindən yaranan görüntü titrəmələrinin optik elementlər vasitəsilə kompensasiya edilməsini təmin edən görüntü sabitləşdirmə sistemini dəstəkləməlidir; avtofokus sistemi foto çəkilişində yüksək sürətli fokuslanmanı, video çəkilişində isə minimum mexaniki səs və kəskin sıçrayış olmadan hamar fokus keçidini təmin etməlidir; ön optik elementlər görüntüdə parıltı, daxili əksolunma və kontrast itkisinin azaldılmasını təmin edən yüksək keyfiyyətli optik qoruyucu örtüklə təchiz edilməli, xarici optik səthlərdə su, yağ, barmaq izi və çirkin yapışmasını azaltmağa və səthin təmizlənməsini asanlaşdırmağa kömək edən qoruyucu örtük olmalıdır; obyektiv toz və nəmin konstruksiyanın daxili hissələrinə daxil olmasını azaltmaq üçün birləşmə və hərəkətli hissələrdə qoruyucu möhürlənməyə malik olmalıdır; obyektiv üzərində fokuslama halqası, zoom halqası və istifadəçi tərəfindən seçilmiş kamera parametrinin birbaşa idarə edilməsini təmin edən əlavə idarəetmə halqası olmalıdır; komplektə ön və arxa obyektiv qapaqları, obyektivə uyğun olaraq kənar işıq şüalarının optik sistemə daxil olmasını və parıltının yaranmasını azaltmaq üçün nəzərdə tutulmuş işıq qoruyucu başlıq, qoruyucu daşıma kisəsi və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada təqdim edilməlidir; bütün əsas texniki göstəricilər istehsalçının rəsmi datasheeti, rəsmi product page-i sənədi ilə təsdiqlənməlidir; avadanlığa minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən tender nömrəsi qeyd olunmaqla istehsalçı və ya rəsmi distribyutor tərəfindən verilmiş MAF və DAF sənədləri təqdim edilməlidir; MAF/DAF sənədlərində təklif olunan avadanlığın marka və modeli, orijinallığı, zəmanət müddəti və təchizatçının bu tender üzrə həmin məhsulu təklif və təchiz etmək səlahiyyəti təsdiqlənməlidir. | 1 | ədəd |
| 3 | Telefoto zoom obyektiv Peşəkar telefoto zoom obyektiv: Tam-kadr sensorlu dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparatlarla peşəkar foto və video çəkilişi üçün nəzərdə tutulmuş telefoto zoom obyektiv olmalıdır; fokus məsafəsi 70–200 mm, bütün zoom diapazonunda maksimal diafraqma f/2.8 sabit, minimum diafraqma f/32 olmalıdır; optik konstruksiya minimum 15 element / 10 qrup, rəng sapmalarının, xromatik aberrasiyaların, sferik aberrasiyaların və geometrik görüntü təhriflərinin azaldılmasını təmin edən xüsusi optik elementlər və ya funksional ekvivalent optik quruluşa malik olmalıdır; optik görüntü sabitləşdirmə sistemi minimum 4 stop kompensasiya təmin etməlidir; avtofokus sistemi sürətli, dəqiq, səssiz və davamlı foto/video fokuslama üçün minimum iki müstəqil yüksək sürətli fokuslama hərəkətverici mexanizminə və ya eyni funksiyanı təmin edən funksional ekvivalent fokuslama sisteminə malik olmalıdır; minimum fokuslama məsafəsi maksimum 0.70 m, maksimal böyütmə əmsalı minimum 0.23× olmalıdır; obyektiv üzərində istifadəçi tərəfindən seçilmiş kamera parametrinin birbaşa idarə olunmasını təmin edən proqramlaşdırıla bilən idarəetmə halqası və ya funksional ekvivalent idarəetmə elementi mövcud olmalıdır; obyektiv peşəkar istismar üçün toz və rütubətin konstruksiyanın daxili hissələrinə daxil olmasını azaltmağa yönəldilmiş, birləşmə və hərəkətli hissələrdə qoruyucu möhürlənməyə malik konstruksiyada olmalıdır; obyektiv təklif olunan tam-kadr dəyişdirilə bilən obyektivli kamera gövdəsinin obyektiv birləşmə sistemi ilə adapter istifadə edilmədən birbaşa mexaniki və elektron uyğun olmalı, avtomatik fokuslama, diafraqmanın kamera tərəfindən elektron idarə olunması, görüntü sabitləşdirmə və obyektivlə kamera arasında çəkiliş parametrlərinin və digər məlumatların ikitərəfli ötürülməsi funksiyaları tam işləməlidir; dəstə obyektivin orijinal ön və arxa qapaqları, kənar işıq şüalarının optik sistemə daxil olmasını və parıltının yaranmasını azaltmaq üçün nəzərdə tutulmuş uyğun işıq qoruyucu başlıq, qoruyucu daşıma çantası və obyektivin tripod və ya monopod üzərində balanslaşdırılmış və təhlükəsiz bərkidilməsini təmin edən montaj halqası daxil olmalıdır; rəsmi istehsalçı spesifikasiyasında işıq qoruyucu başlıq, qoruyucu daşıma çantası və tripod montaj halqası göstərilməlidir; Minimum 1 il zəmanət verilməlidir; MAF/DAF tələbi: Təkliflə birlikdə istehsalçı və ya onun səlahiyyətli regional nümayəndəsi tərəfindən verilmiş MAF (Manufacturer Authorization Form/Letter) və Azərbaycan Respublikası üzrə rəsmi distributor və ya istehsalçının səlahiyyətli distribusiya kanalı tərəfindən verilmiş DAF (Distributor Authorization Form/Letter) təqdim edilməlidir; MAF və DAF sənədlərində təklif olunan marka, model, konkret obyektiv konfiqurasiyası, zəmanət müddəti və təchizatçının həmin tender üzrə məhsulu təklif və təchiz etmək səlahiyyəti açıq şəkildə təsdiqlənməlidir. | 1 | |
| 4 | Xarici foto flaşı Peşəkar xarici kamera flaşı: müasir dəyişdirilə bilən obyektivli fotoaparat sistemi ilə tam uyğun olmalı, ISO 100-də istiqamətləndirici gücü minimum 60 m olmalıdır; işıqlandırma diapazonu minimum 30–180 mm olmalı, daxili geniş bucaq paneli ilə minimum 12 mm əhatə təmin etməlidir; flaş başlığı obyektivin fokus məsafəsinə uyğun olaraq işıqlandırma bucağının avtomatik və manual dəyişdirilməsi funksiyasını dəstəkləməlidir; kamera tərəfindən müəyyən edilən ekspozisiya məlumatlarına əsasən flaş gücünün avtomatik hesablanması və obyektiv vasitəsilə ölçülən işıq məlumatlarından istifadə etməklə avtomatik flaş ekspozisiyasının idarə edilməsi funksiyası olmalıdır; standart sinxronizasiya sürətindən daha yüksək shutter sürətlərində flaşla çəkiliş, ekspozisiyanın başlanğıcında və sonunda flaş impulsunun işə salınması, flaş işıq gücünün ekspozisiyaya görə kompensasiya edilməsi və əvvəlcədən hesablanmış flaş ekspozisiya dəyərinin yadda saxlanılması funksiyaları dəstəklənməlidir; manual güc tənzimlənməsi minimum 1/1-dən 1/512-ə qədər, minimum 1/2 addımlarla mümkün olmalıdır; ardıcıl flaş impulslarının təkrarlanma tezliyi diapazonu minimum 1–500 Hz olmalıdır; tam gücdə minimum 70 ardıcıl flaş çəkiliş imkanına malik olmalıdır; flaşın təkrar hazır olma müddəti maksimum 2 saniyə olmalıdır; çəkilişdən əvvəl işığın istiqamətinin, kölgələrin və işıqlandırma effektinin vizual qiymətləndirilməsi üçün daxili LED modelləşdirmə işığı minimum 4 parlaqlıq səviyyəsinə malik olmalıdır; flaş radio siqnalı vasitəsilə digər uyğun flaş qurğularını simsiz idarə edən əsas cihaz və idarə olunan uzaq cihaz rejimlərini dəstəkləməli, rabitə məsafəsi açıq şəraitdə minimum 40 m olmalıdır; simsiz sistem minimum 12 ötürücü/qəbuledici cihazın idarə edilməsini və minimum 4 qrup üzrə müstəqil işləmə imkanını dəstəkləməlidir; flaş başlığı yuxarı minimum 110°, aşağı minimum 7°, sola və sağa minimum 170° döndərilə bilməlidir; zəif işıqlı şəraitdə kameranın avtomatik fokuslama sisteminə fokus nöqtəsini müəyyən etməyə kömək edən yardımçı işıqlandırma sistemi minimum 0.6–8 m iş diapazonuna malik olmalıdır; enerji mənbəyi təkrar doldurulan Li-ion batareya olmalı, tam doldurulmuş batareya ilə minimum 350 tam güclü flaş çəkilişi təmin etməlidir; batareya səviyyəsinin göstəricisi olmalıdır; cihaz toz və nəmə qarşı qorunan konstruksiyaya malik olmalıdır; kamera menyusu üzərindən flaş parametrlərinin idarə edilməsi dəstəklənməlidir; kamera ilə flaş arasında standart işə salma siqnalından əlavə yüksək sürətli ikitərəfli rəqəmsal məlumat mübadiləsini, flaş parametrlərinin kamera vasitəsilə idarə edilməsini və uyğun əlavə funksiyaların istifadəsini təmin edən çoxkontaktlı rəqəmsal aksesuar interfeysi olmalıdır; komplektə təkrar doldurulan Li-ion batareya, mini dayaq, qoruyucu daşıma çantası və zavod komplektasiyasına daxil olan digər aksesuarlar daxil olmalıdır; avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada təqdim edilməlidir; bütün əsas texniki göstəricilər istehsalçının rəsmi datasheeti, rəsmi product page-i sənədi ilə təsdiqlənməlidir; avadanlığa minimum 1 il rəsmi zəmanət verilməlidir; təchizatçı tərəfindən tender nömrəsi qeyd olunmaqla istehsalçı və ya rəsmi distribyutor tərəfindən verilmiş MAF və DAF sənədləri təqdim edilməlidir; MAF/DAF sənədlərində təklif olunan avadanlığın marka və modeli, orijinallığı, zəmanət müddəti və təchizatçının bu tender üzrə həmin məhsulu təklif və təchiz etmək səlahiyyəti təsdiqlənməlidir. | ||
| 5 | Yaddaş kartı Yaddaş kartı: Təklif olunan məhsul yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal zavod qablaşdırmasında təqdim edilən, peşəkar foto və video çəkilişi üçün nəzərdə tutulmuş yüksək sürətli yaddaş kartı olmalıdır; yaddaş tutumu minimum 64 GB olmalıdır; yaddaş kartı yüksək ayırdetməli fotoşəkillərin, RAW formatlı foto faylların, yüksək sürətli ardıcıl çəkilişlərin və yüksək ayırdetməli video materialların stabil şəkildə yazılması və saxlanılması üçün uyğun olmalıdır; təklif olunan fotoaparatın yaddaş kartı yuvası ilə tam uyğun yaddaş kartı formatında olmalıdır; SDXC UHS-I/UHS-II, CFexpress və ya fotoaparat tərəfindən rəsmi dəstəklənən ekvivalent peşəkar yaddaş kartı texnologiyasından istifadə edilə bilər; kart yüksək sürətli oxuma və yazma imkanına malik olmalı, peşəkar foto və video çəkilişi zamanı məlumatların fasiləsiz və stabil yazılmasını təmin etməlidir; maksimum ardıcıl oxuma sürəti minimum 100 MB/s, maksimum ardıcıl yazma sürəti minimum 60 MB/s olmalıdır; təklif olunan kartın texnologiyası daha yüksək performans təmin etdiyi halda həmin göstəricilər qəbul edilir; kart minimum Full HD və 4K video çəkilişi üçün uyğun olmalı, istifadə olunan kart standartından asılı olaraq minimum UHS Speed Class U3, Video Speed Class V30 və ya minimum 30 MB/s davamlı yazma sürətini təmin edən ekvivalent performans sinfini dəstəkləməlidir; daha yüksək V60, V90, VPG və ya ekvivalent davamlı yazma performansına malik kartların təklif edilməsinə icazə verilir; kart JPEG, yüksək ölçülü RAW və ardıcıl/burst foto çəkilişi zamanı məlumatların yaddaşa sürətli yazılmasını təmin etməli, peşəkar və yarı-peşəkar dəyişdirilə bilən obyektivli rəqəmsal fotoaparatlarla istifadəyə uyğun olmalıdır; yaddaş kartı intensiv foto və video çəkiliş şəraitində məlumatların stabil saxlanılması və ötürülməsi üçün nəzərdə tutulmalı, istehsalçının müvafiq kart standartına və performans sinfinə uyğun hazırlanmalıdır; kart təklif olunan fotoaparatla tam funksional uyğun olmalı, fotoaparatın dəstəklədiyi foto və video qeyd rejimlərində istifadə edilə bilməlidir; kartın tutumu, sürət sinfi və interfeys standartı fotoaparatın texniki tələblərinə cavab verməlidir; komplektə minimum 1 ədəd yaddaş kartı daxil olmalıdır; göstərilən texniki göstəricilər minimal tələblərdir və bu göstəriciləri tam qarşılayan və ya texniki və performans göstəricilərinə görə üstələyən ekvivalent məhsulların təklif edilməsinə icazə verilir. | 2 | ədəd |
| 6 | Yaddaş kartı oxuyucusu Peşəkar yaddaş kartı oxuyucusu: yüksək həcmli foto və video fayllarının, o cümlədən yüksək təsvir imkanlı emal olunmamış foto fayllarının və 8K video materiallarının sürətli köçürülməsi üçün nəzərdə tutulmalıdır; cihaz eyni korpusda minimum 1 ədəd yüksək sürətli peşəkar yaddaş kartı və minimum 1 ədəd SD yaddaş kartı yuvasına malik olmalıdır; hər iki kart yuvasından eyni vaxtda məlumat köçürülməsini dəstəkləməlidir; SD kart yuvası SD, SDHC, SDXC, UHS-I və UHS-II yaddaş kartları ilə uyğun olmalıdır; kompüter bağlantısı minimum USB 3.2 Gen 2 interfeysi və USB Type-C konnektoru vasitəsilə təmin edilməlidir; interfeys üzrə məlumat ötürmə sürəti minimum 10 Gbps-ə qədər olmalıdır; yüksək sürətli peşəkar yaddaş kartı yuvası üzrə məlumat ötürmə sürəti minimum 1000 MB/s-ə qədər, SD kartları üzrə minimum 300 MB/s-ə qədər olmalıdır; yüksək sürətli peşəkar yaddaş kartı yuvası təklif olunan foto və video kamera sistemində istifadə edilən yaddaş kartları ilə fiziki və elektron baxımdan tam uyğun olmalıdır; cihaz Windows və macOS əməliyyat sistemləri ilə uyğun işləməlidir; kompakt və daşınan konstruksiyaya malik olmalı, studiya və səyyar çəkiliş şəraitində istifadəyə uyğun olmalıdır; komplektə həm USB Type-C–USB Type-C, həm də USB Type-C–USB Type-A bağlantısını təmin edən uyğun kabel və ya 2-in-1 kabel daxil olmalıdır; avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada təqdim edilməlidir. | 1 | ədəd |
| 7 | Noutbuk Yüksək performanslı noutbuk - cihaz ofis proqramları, biznes tətbiqləri, multimedia, videokonfrans, proqramlaşdırma, qrafik emal və süni intellekt əsaslı hesablama tapşırıqları üçün nəzərdə tutulmuş olmalıdır. Prosessor azı 10 nüvəyə, 12 icra axınına, azı 5,0 GHz maksimal tezliyə və azı 18 MB keş yaddaşa malik olmalıdır. Prosessor azı 2 yaddaş kanalını dəstəkləməlidir. Bir fiziki prosessor nüvəsində paralel olaraq birdən çox hesablama axınının icrasını təmin edən aparat çoxaxınlılığı dəstəklənməlidir. Müxtəlif tipli prosessor nüvələri arasında əməliyyat sistemi tərəfindən iş yükünün dinamik və səmərəli bölüşdürülməsini təmin edən aparat səviyyəli planlaşdırma mexanizmi olmalıdır. Prosessor süni intellekt, matris və vektor tipli hesablamaların aparat səviyyəsində sürətləndirilməsini təmin etməli, video materialların əsas kodeklər üzrə prosessordan minimal istifadə etməklə aparat səviyyəsində kodlaşdırılması və dekodlaşdırılmasını dəstəkləməlidir. Korporativ istifadə üçün prosessor və platforma uzaqdan diaqnostika, idarəetmə və təhlükəsiz inzibatçılıq imkanlarını dəstəkləməlidir. Aparat səviyyəli virtuallaşdırma, virtual maşınların prosessor resurslarına birbaşa çıxışı və giriş-çıxış qurğularının virtuallaşdırılması dəstəklənməlidir. Məlumatların şifrələnməsi və deşifrələnməsi əməliyyatlarının aparat səviyyəsində sürətləndirilməsi, həmçinin sistem işə düşərkən yükləmə zəncirinin bütövlüyünün aparat səviyyəsində yoxlanılması və icazəsiz dəyişikliklərdən qorunması təmin edilməlidir. Diskret mobil qrafik adapter ən azı 2000 proqramlaşdırıla bilən paralel hesablama nüvəsinə, ən azı 60 tekstura emalı blokuna , ən azı 30 render çıxış blokuna və ən azı 15 paralel hesablama blokuna malik olmalıdır. Süni intellekt və maşın öyrənməsi əməliyyatlarının aparat səviyyəsində sürətləndirilməsi üçün qrafik adapterdə matris hesablamalarına ixtisaslaşmış ən azı 60 aparat hesablama bloku olmalıdır. Real vaxt rejimində şüa izləmə hesablamalarının aparat səviyyəsində sürətləndirilməsi üçün ən azı 30 ixtisaslaşmış aparat bloku olmalıdır. Qrafik prosessorun maksimal dinamik tezliyi azı 1200 MHz olmalıdır. Ayrıca video yaddaşın tutumu azı 4 GB, yaddaş növü azı GDDR6 və ya daha üstün, yaddaşın fiziki tezliyi azı 1750 MHz, effektiv məlumat ötürmə sürəti azı 14 Gbit/s və yaddaş ötürmə qabiliyyəti azı 100 GB/s olmalıdır. Qrafik prosessorun FP32 formatında hesablama məhsuldarlığı azı 5 TFLOPS, FP16 formatında hesablama məhsuldarlığı azı 10 TFLOPS, piksel emalı sürəti azı 35 GPixel/s, tekstura emalı sürəti isə azı 78 GTexel/s olmalıdır. Qrafik adapter müasir peşəkar 3D qrafika, ümumi təyinatlı paralel hesablama və aşağı səviyyəli qrafik proqramlaşdırma interfeyslərini dəstəkləməli; ən azı OpenGL 4.6, OpenCL 3.0, Vulkan 1.4 və Shader Model 6.9 səviyyəsində uyğunluğa malik olmalıdır. GPU üzərində ümumi təyinatlı paralel hesablamaların icrası və süni intellekt proqram çərçivələri ilə aparat sürətləndirilməsinin istifadəsi üçün uyğun proqramlaşdırma və hesablama mühiti təmin edilməlidir. Qrafik adapter aparat səviyyəsində real vaxt şüa izləmə, kadrın müxtəlif sahələrinin dəyişən keyfiyyət səviyyəsində emalı və süni intellekt alqoritmləri vasitəsilə görüntünün miqyaslandırılması, keyfiyyətinin artırılması və qrafik emalın optimallaşdırılması funksiyalarını dəstəkləməlidir. Video emalı üçün qrafik adapter əsas müasir video kodeklərinin ayrıca aparat bloku vasitəsilə kodlaşdırılmasını və dekodlaşdırılmasını təmin etməli, bu əməliyyatların əsas prosessor və ümumi qrafik hesablama nüvələrinə düşən yükünü minimuma endirməlidir. Operativ yaddaş azı 16 GB DDR olmalı, yaddaş tutumunun azı 32 GB-a qədər genişləndirilməsi üçün 2 ədəd SO-DIMM yuvası mövcud olmalıdır. Daxili yaddaş azı 512 GB PCIe NVMe SSD olmalıdır. Ekranın diaqonalı azı 15,6 düym, panel texnologiyası IPS OLED, RETİAN və yamalternativ, təsvir ölçüsü azı 1920 × 1080 piksel - Full HD, tərəflər nisbəti 16:9 olmalıdır. Ekran LED arxa işıqlandırmaya və parıltı əleyhinə səthə malik olmalıdır. Simsiz şəbəkə bağlantısı azı Wi-Fi 6E səviyyəsində, Bluetooth bağlantısı isə azı 5.2 versiyasında olmalıdır. Portlar azı 1 ədəd HDMI 2.1 və rəqəmsal məzmunun aparat səviyyəsində qorunmasını dəstəkləyən video çıxışdan, ən azı 1 ədəd USB Type-C portundan, 2 ədəd USB 3.2 Gen 1 Type-A portundan və 1 ədəd qulaqlıq, mikrofon və audio çıxışını dəstəkləyən kombinə edilmiş 3,5 mm audio portdan ibarət olmalıdır. USB Type-C portu məlumat ötürülməsi ilə yanaşı yüksək sürətli xarici qurğuların və dok-stansiyaların qoşulmasını, DisplayPort tipli görüntü siqnalının ötürülməsini, uyğun xarici ekranların qoşulmasını və USB Power Delivery vasitəsilə enerji ötürülməsini dəstəkləməlidir. İnterfeysin maksimal məlumat ötürmə sürəti azı 40 Gbit/s olmalıdır. USB Type-A portlarından azı biri noutbuk söndürülmüş və ya yuxu rejimində olduğu halda xarici cihazların enerji ilə təmin edilməsini və doldurulmasını dəstəkləməlidir. Klaviatura tamölçülü və arxa işıqlandırmalı olmalıdır. Sensor panel əməliyyat sistemi ilə aparat səviyyəsində inteqrasiya olunmuş yüksək dəqiqlikli göstərici qurğusu standartını dəstəkləməli, çoxtoxunuşlu jestlərin dəqiq tanınmasını və əlavə xüsusi drayver tələb etmədən standart jestlərin istifadəsini təmin etməlidir. Təhlükəsizlik üçün Kensington tipli və ya ekvivalent fiziki kilid yuvası olmalıdır. Cihaz daxil olan səs siqnalından fon səslərinin və ətraf mühit səs-küyünün proqram və ya aparat əsaslı intellektual emal vasitəsilə azaldılmasını dəstəkləməlidir. Cihazda azı 2 ədəd daxili stereo dinamik, 2 ədəd daxili mikrofon və Full HD təsvir ölçülü veb-kamera olmalıdır. Batareya normal ofis iş yükü şəraitində 8 saata qədər işləmə müddəti təmin etməlidir. Komplektə gücü azı 90 W olan uyğun AC enerji adapteri daxil edilməlidir. Korpusun üst qapağı alüminium materialdan hazırlanmalı, rəngi polad boz və ya ekvivalent neytral rəngdə olmalıdır. Əməliyyat sistemi orijinal lisenziyalı Windows 11 pro olmalıdır. Avadanlıq yeni, istifadə olunmamış və orijinal zavod qablaşdırmasında təqdim edilməli, minimum 12 ay zəmanətlə təmin olunmalıdır. Avadanlığa MAF və ya DAF sənədi təqdim edilməlidir. Təklif olunan avadanlıq üzrə Azərbaycan Respublikasında azı 2 rəsmi servis mərkəzi mövcud olmalıdır. | ||
| 8 | Masaüstü kompüter CPU — {anons tarixi 2024-cü ilin I rübündən və ya daha sonrakı dövrə aid olsun, müasir yarımkeçirici istehsal prosesi və ya istehsalçıların uyğun səviyyəli ekvivalent texnologiyası əsasında qurulsun, nüvə (sadə, əsas) sayı ən azı 8-ə qədər olsun, nüvə tezliyi ən azı 4.6 GHz-ə qədər, keş yaddaşlarının həcmi azı 36 MB-a qədər, qrafik bloku üzrə maksimal dinamik tezlik azı 1.6 GHz-ə qədər, icra vahidləri 32-yə qədər; CPU süni intellekt və neyron şəbəkə hesablamalarının aparat səviyyəsində sürətləndirilməsini təmin edən imkanlara və ya alternativ texnologiyaya malik olsun, müxtəlif tipli prosessor nüvələri arasında iş yükünün əməliyyat sistemi ilə koordinasiyalı dinamik və optimal bölüşdürülməsini təmin edən aparat səviyyəli planlaşdırma mexanizmi olsun, dərin öyrənmə, neyron şəbəkə, vektor və matris tipli hesablamaların prosessor səviyyəsində sürətləndirilməsi imkanı olsun, bir fiziki prosessor nüvəsində paralel olaraq birdən çox hesablama axınının icrasını təmin edən aparat çoxaxınlılığı olsun, 64-bit dəstəyi - olsun, Əmr Dəsti - 64-bit, prosessorun temperatur və istilik rejiminin aparat səviyyəsində davamlı monitorinqi, həddindən artıq qızmanın aşkarlanması və qoruyucu tədbirlərin avtomatik tətbiqi imkanı - olsun; təhlükəsizlik və etibarlılıq üzrə: prosessor və sistem yaddaşı səviyyəsində zərərli fəaliyyət nümunələrinin aşkarlanmasını və təhlükəsizlik proqram təminatının bu məlumatlardan istifadəsini təmin edən aparat dəstəkli təhdid aşkarlama mexanizmi - olsun, itirilmiş, oğurlanmış və ya istismardan çıxarılan korporativ cihazdakı məlumatların uzaqdan təhlükəsiz şəkildə silinməsini təmin edən platforma səviyyəli funksiya - olsun, əməliyyat sistemi və sistem konfiqurasiyasının nasazlıq və ya proqram problemi zamanı sadələşdirilmiş şəkildə əvvəlki işlək vəziyyətə bərpasını təmin edən bərpa mexanizmi – olsun, əməliyyat sistemi, firmware, BIOS və əsas sistem komponentlərinin aparat səviyyəsində qorunmasını, sistem bütövlüyünün yoxlanmasını və icazəsiz dəyişikliklərin qarşısının alınmasını təmin edən təhlükəsizlik mexanizmləri - olsun, proqram təminatında idarəetmə axınının dəyişdirilməsinə, yaddaş əsaslı hücumlara və icazəsiz kod icrasına qarşı aparat səviyyəsində qoruma mexanizmi - olsun, sistem yaddaşında saxlanılan məlumatların aparat səviyyəsində bütövlükdə şifrələnməsini təmin edən yaddaş qoruma mexanizmi – olsun, geniş istifadə olunan simmetrik şifrələmə əməliyyatlarının prosessor tərəfindən aparat səviyyəsində sürətləndirilməsini təmin edən xüsusi əmrlər - olsun, əməliyyat sistemi nüvəsinin, imtiyazlı yaddaş sahələrinin və kritik sistem resurslarının icazəsiz müdaxilədən qorunmasını təmin edən aparat dəstəkli təhlükəsizlik mexanizmi - olsun, sistem işə düşərkən firmware və əməliyyat sistemi yükləmə zəncirinin bütövlüyünün yoxlanılmasını və icazəsiz və ya dəyişdirilmiş kodun yüklənməsinin qarşısının alınmasını təmin edən aparat əsaslı yükləmə qoruması – olsun, virtual maşınların prosessor resurslarından təhlükəsiz və aparat səviyyəsində istifadə etməsini təmin edən virtuallaşdırma texnologiyası - olsun, virtual maşınların periferik qurğulara və giriş-çıxış resurslarına aparat səviyyəsində təhlükəsiz və birbaşa çıxışını təmin edən I/O virtuallaşdırma imkanı – olsun}; əməli yaddaş: 16 GB DDR; daimi yaddaş: Video cart Diskret olsun və həcmi minimum 8 gb olsun, 512 GB SSD; minimal portlar - {ümumi USB portlarının sayı ən azı 6 ədəd, ön paneldə ən azı 3 USB portu, USB: 1 x USB-C, 3 x USB 3.2 Gen1, həm DisplayPort (DP), həm də HDMI portları olsun, RJ45 portu olsun, COM port imkanına malik olsun}; toz filtri imkanı mövcud olsun; simsiz rabitə: 802.11be və ya daha müasir standart dəstəyi; TPM 2.0 modulu – olsun; monitor {Monitor. Ekran ölçüsü: 24 - 27 inch aralığında, Çözünürlük: Full HD (1920x1080), Nisbət: 16:9, Yeniləmə tezliyi: 144 Hz, Kontrast: 1000:1, Cavab vaxtı (Response time): 2 ms, Rəng gamutu (genişliyi): 99% sRGB, Video girişləri: 1x HDMI və ya 1xDP port və həmçinin 1 x VGA portu, Bərkidilmə: VESA dəstəkli, Dayaq: Hündürlük, tilt tənzimləmələri, Korpus rəngi: Qara, Səs: azı 2x2 W daxili dinamiklər}; klaviatura – EN/RU, siçan – USB; proqram təminatı: Lisenziyalı Windows 11 Pro və əvvəlcədən quraşdırılmış olsun; zəmanət: ən azı 3 il; həm PC, həm də monitor CE, CB, TCO, RoHS və EPEAT standartlarına uyğun olmalıdır; təklif edilən avadanlıq üzrə istehsalçının Azərbaycanda rəsmi şəkildə tanınan ən azı 2 servis mərkəzi olmalı və bu, istehsalçının məktubu ilə təsdiqlənməlidir; MAF sənədi tələb olunur. | ||
| 9 | A3 formatlı çoxfunksiyalı printer Rəngli çap üçün A3 çoxfunksiyalı lazer printer: çap, skan, kopya və faks funksiyalarına malik olmalıdır; çap sürəti ən azı 24 səhifə/dəqiqə (PPM) olmalıdır; çap keyfiyyəti ən azı 1200x2400 dpi tələb olunur; ən azı 3.5 GB ümumi əməli yaddaş (RAM) və ən azı 7-8 inch və ya daha böyük rəngli toxunma ekran olmalıdır; istifadəçinin kontaktsız identifikasiya kartı vasitəsilə tanınmasını və çap tapşırıqlarının təhlükəsiz şəkildə buraxılmasını təmin edən radioəsaslı kart oxuyucu funksiyası olmalıdır; avtomatik ikiüzlü çap funksiyası olmalıdır; bağlantı: Ethernet 10/100/1000 Base-T, Yüksək sürətli USB 3.0, Wi-Fi 802.11n/g/b/a, simsiz şəbəkə infrastrukturu olmadan uyğun mobil və kompüter cihazlarının printerə birbaşa qoşulmasını təmin edən simsiz bağlantı funksiyası və Bluetooth, uyğun mobil cihazın printerə yaxınlaşdırılması vasitəsilə simsiz bağlantının sürətli qurulmasını təmin edən yaxın məsafəli kontaktsız əlaqə funksiyası tələb olunur; kağızın hər iki üzünü avtomatik olaraq bir keçiddə və ya avtomatik çevirmə mexanizmi vasitəsilə skan etməyə imkan verən avtomatik sənəd ötürücü ilə ən azı 100 səhifəlik sənəd tutumlu olmalıdır; 250-260 qram arası kağız dəstəyi olmalıdır; Stand (pedestal) ilə birlikdə təhvil verilməlidir; yükləmə imkanı ən azı 100 000 çap və ya daha yüksək olmalıdır; Bypass girişi: 100 vərəq A3, 210 qram qalınlığında kağız dəstəyi olmalıdır; printer modeli elə seçilməldir ki, Qara Toner kartrici ən azı 30 000 və ya daha çox A4 səhifə, 3 rəng Toner kartrici isə ən azı 18 000 və ya daha çox A4 səhifə çap resurslu olmalıdr - bu faktor gələcəkdə çap və dolum qənaəti üçün önəmlidir; məhsula 1 illik istehsalçı zəmanəti verilməlidir; MAF təqdim olunmalıdır; 100% dolu kartric dəsti ilə birlikdə verilməlidir. | 1 | ədəd |
| 10 | Masaüstü mikrofon dayağı Mikrofon üçün masaüstü və alçaq döşəmə dayağı: peşəkar yayım, studiya, konfrans və səs gücləndirmə sistemlərində mikrofonların yerləşdirilməsi üçün uyğun olmalı; konstruksiya möhkəm poladdan hazırlanmalı; düz, yerə qənaət edən və aşmaya qarşı stabil baza konstruksiyasına malik olmalıdır; baza üzərində vibrasiyanın, zərbənin və səthdən ötürülən mexaniki səsin mikrofona keçməsini azaltmaq üçün elastik rezin dayaqlar olmalıdır; mikrofonu daşıyan qolun və ya ştanqın bucağı əl ilə sıxılan mexaniki fiksasiya sistemi vasitəsilə seçilmiş vəziyyətdə sabit saxlanılmalıdır; mikrofonun və mikrofon tutacağının dayağa etibarlı şəkildə bərkidilməsini təmin edən standart mexaniki birləşmə imkanı olmalıdır; dayağın konstruksiyası masaüstü və alçaq döşəmə istifadəsinə uyğun olmalı, mikrofonun hündürlüyünün, yerləşmə məsafəsinin və bucağının rahat tənzimlənməsini təmin etməlidir; rəngi qara olmalıdır; avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal qablaşdırmada təqdim edilməlidir. | 5 | ədəd |
| 11 | Xarici sərt disk Portativ xarici sərt disk: Təklif olunan avadanlıq yeni, istifadə olunmamış, zavod istehsalı və orijinal zavod qablaşdırmasında təqdim edilən portativ xarici sərt disk olmalıdır; cihaz məlumatların saxlanılması, ehtiyat nüsxələrinin yaradılması, foto, video, audio və digər elektron faylların daşınması və arxivləşdirilməsi üçün nəzərdə tutulmalıdır; yaddaş tutumu minimum 2 TB olmalıdır; yaddaş tipi məlumatların maqnit əsaslı fırlanan disk üzərində saxlanılmasını təmin edən portativ xarici sərt disk (HDD) qurğusu olmalıdır; interfeys minimum USB 3.0 və ya daha yüksək səviyyəli, minimum 5 Gbit/s nəzəri məlumat ötürmə sürətini dəstəkləyən olmalı, USB 2.0 ilə geriyə uyğunluq təmin edilməlidir; cihaz kompüterə USB interfeysi vasitəsilə birbaşa qoşulmalı, ayrıca xarici enerji adapterinə ehtiyac olmadan USB portundan enerji ala bilməlidir; xarici sərt disk tərəfində USB Micro-B və ya funksional olaraq ekvivalent, minimum 5 Gbit/s məlumat ötürülməsi ilə yanaşı cihazın enerji təminatını eyni bağlantı üzərindən həyata keçirən konnektor olmalıdır; cihaz portativ istifadəyə uyğun olmalı, əlavə daxili quraşdırma tələb etmədən kompüterə qoşularaq məlumatların saxlanılması və ötürülməsini təmin etməli, qoşulduqda əməliyyat sistemi tərəfindən avtomatik aşkarlanma, tanınma və istifadəyə hazır vəziyyətə gətirilmə funksiyasını dəstəkləməlidir; Windows 10 və ya daha yeni Windows əməliyyat sistemləri ilə uyğun işləməli, digər geniş yayılmış əməliyyat sistemlərində fayl sisteminin uyğunlaşdırılması və ya yenidən formatlaşdırılması yolu ilə istifadəsi mümkün olmalıdır; komplektə portativ xarici sərt disk, minimum 5 Gbit/s məlumat ötürülməsini dəstəkləyən uyğun USB kabeli və ilkin quraşdırma/istifadə sənədi daxil edilməlidir; göstərilən texniki göstəricilər minimal tələblərdir, bu göstəriciləri tam qarşılayan və ya texniki göstəricilərinə görə üstələyən ekvivalent məhsulların təklif edilməsinə icazə verilir. | 3 | ədəd |
| 12 | Fotoaparat çantası Fotoaparat çantası: peşəkar fotoaparat korpusunun, ən azı 2 ədəd obyektivin, yaddaş kartlarının, batareyaların, şarj qurğusunun, kabellərin və digər foto aksesuarlarının təhlükəsiz daşınması və saxlanılması üçün nəzərdə tutulmalıdır; daxili bölmələri istifadə olunan avadanlığın ölçü və formasına uyğun olaraq tənzimlənə bilməli, fotoaparat korpusunun, obyektivlərin və digər aksesuarların bir-birinə toxunmasının, sürtünməsinin və zədələnməsinin qarşısını alan yumşaq qoruyucu arakəsmələrə malik olmalıdır; xarici materialı davamlı, aşınmaya və nəmə qarşı dayanıqlı olmalı, daxili hissəsi avadanlığı zərbə, sürtünmə və cızılmadan qoruyan yumşaq amortizasiyaedici materialla örtülməlidir; çanta xarici səthə düşən su sıçramalarının daxili bölməyə keçməsini azaltmağa yönəldilmiş qoruyucu konstruksiyaya malik olmalı və yağışlı hava şəraitində istifadəyə uyğun olmalıdır; fermuarlar, bağlama və fiksasiya mexanizmləri davamlı, möhkəm və uzunmüddətli intensiv istifadəyə uyğun olmalıdır; daşıma üçün rahat əl tutacağı və istifadəçinin bədən quruluşuna və daşıma formasına uyğun uzunluğu tənzimlənə bilən çiyin qayışı olmalı, uzunmüddətli daşınma zamanı yükün rahat və təhlükəsiz daşınmasını təmin etməlidir; xarici və ya daxili əlavə ciblər yaddaş kartlarının, kabellərin, batareyaların, filtrlərin və digər kiçik foto aksesuarlarının ayrıca və nizamlı şəkildə yerləşdirilməsi üçün uyğun olmalıdır; çantanın konstruksiyası fotoaparat və obyektivləri gündəlik daşınma və istifadə zamanı zərbə, sıxılma, sürtünmə, cızılma və digər xarici mexaniki təsirlərdən qorumağa uyğun olmalıdır; avadanlıq yeni, istifadə olunmamış və orijinal qablaşdırmada təqdim edilməlidir. | 1 | ədəd |
| 13 | Split tipli kondisioner Divar tipli split sistem kondisioner minimum 35 m² sahəyə malik otaq və ya ofis məkanı üçün nəzərdə tutulmalı, soyutma gücü minimum 11000 BTU/h, isitmə gücü minimum 11000 BTU/h təşkil etməlidir; qurğu ətraf mühitə təsiri azaldılmış müasir soyuducu qazla və ya funksional ekvivalent soyuducu maddə ilə işləməli, soyutma və isitmə üzrə minimum A enerji səmərəliliyi sinfinə malik olmalıdır; kondisioner soyutma rejimində ən azı +16°C – +42°C, isitmə rejimində isə ən azı -6°C – +23°C temperatur aralığında stabil işləməlidir; nominal enerji sərfiyyatı soyutma rejimində maksimum 1000 W, isitmə rejimində maksimum 1000 W olmalıdır; daxili blokun səs səviyyəsi maksimum 43 dBA, aşağı səs səviyyəli gecə rejimində maksimum 32 dBA olmalıdır; qurğu 220–240 V, 1 faza, 50 Hz elektrik şəbəkəsi ilə işləməli, uzaqdan idarəetmə pultu və simsiz şəbəkə modulu vasitəsilə mobil tətbiqdən məsafədən idarəetmə imkanına malik olmalıdır; qurğu otaq temperaturuna uyğun iş rejiminin avtomatik seçilməsi, soyutma, isitmə, havadakı rütubətin azaldılması, yalnız hava dövriyyəsi, gecə istifadəsi üçün aşağı səs və optimallaşdırılmış temperatur rejimi və otağın temperaturunu qısa müddətdə sürətlə dəyişmək üçün yüksək məhsuldarlıq rejimlərini dəstəkləməlidir; əvvəlcədən təyin olunmuş vaxt üzrə avtomatik işə düşmə və sönmə, nasazlıqların cihaz tərəfindən avtomatik aşkarlanması və xəta məlumatının göstərilməsi, daxili istilik dəyişdiricisinin və daxili hissələrin rütubət və çirklənmədən təmizlənməsinə kömək edən avtomatik təmizləmə funksiyası və elektrik şəbəkəsində gərginlik dəyişmələrindən avadanlığın qorunmasını təmin edən mühafizə funksiyası dəstəklənməlidir; komplektə daxili blok, xarici blok, uzaqdan idarəetmə pultu, mobil tətbiq vasitəsilə simsiz idarəetməni təmin edən rabitə modulu, simsiz idarəetmə üzrə istifadə təlimatı və zəmanət sənədi daxil edilməli, məhsula minimum 12 ay rəsmi zəmanət verilməlidir; MAF sənədi tələb olunur. | 2 | ədəd |
| ədəd |
| 1 |
| ədəd |
| 9 |
| ədəd |
| 4 |
| ədəd |
Satınalmalarının 1 dərc olunmuş nəticəsi üzrə. Nəticələr azdır, paylar hələ az şey deyir.
son qələbə 13 okt 2026