Sifarişçi: "İNNOVASİYA VƏ TƏCHİZAT MƏRKƏZİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Bu sifarişçidə eyni kateqoriyada 4 satınalma iştirakçı çatışmadığına görə ləğv edilib. Rəqabət zəifdir.
51 satınalma, 20 müxtəlif qalib
Ən çox udan: "MEDSOL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (6, 11.8%)
Əsas: bu sifarişçi, bu kateqoriya
Qaliblər ehtimal olunan qiymətdən 0.07% ilə 93.1% arasında aşağı düşüblər, medianı 9.18%.
Bu tender üçün bu 1.063.958 ₼ ilə 1.008.440 ₼ arasıdır.
76.616 ₼ məbləğindən aşağı heç kim udmayıb.
625 ₼
Sənədlər 25 ₼ + iştirak 600 ₼
Təklifin təminatı və mütəxəssisin vaxtı bunun üstünədir.
Sənədlər ödənişlidir, lakin lotun mövqeləri açıqdır. Təhlil məhz onların üzərində qurulur.
| # | Lotun tərkibi | Miqdar | Ölçü vahidi |
|---|---|---|---|
| 1 | Elektrokoaqulyator (Cərrahi Koter) ucluqlar ilə Elektrokoaqulyator cərrahi əməliyyatlar zamanı toxumaların kəsilməsi, koaqulyasiyası və qanaxmanın azaldılması üçün nəzərdə tutulmalıdır. Cihaz ümumi cərrahiyyə, ginekologiya, urologiya, travmatologiya, LOR və digər açıq və kiçik invaziv cərrahi müdaxilələrdə istifadə üçün uyğun olmalıdır. Cihaz monopolyar və bipolyar iş rejimlərini dəstəkləməlidir. Monopolyar rejimdə minimum Pure Cut, Blend Cut, Forced/Standard Coag, Soft Coag və Spray Coag funksiyaları olmalıdır. Bipolyar rejimdə minimum Bipolar Coag və Bipolar Cut və ya ekvivalent funksiyalar olmalıdır. Monopolyar kəsmə çıxış gücü minimum 300 W olmalıdır. Monopolyar koaqulyasiya çıxış gücü minimum 120 W olmalıdır. Bipolyar kəsmə çıxış gücü minimum 80–100 W, bipolyar koaqulyasiya çıxış gücü minimum 70–80 W olmalıdır. Çıxış gücü istifadəçi tərəfindən mərhələli və ya rəqəmsal olaraq tənzimlənə bilməlidir. Cihaz yüksək tezlikli cərrahi generator tipli olmalı, işçi tezlik diapazonu minimum 300–500 kHz aralığında və ya ekvivalent təhlükəsiz HF diapazonunda olmalıdır. Cihaz toxuma müqavimətinə uyğun çıxış gücünü sabit saxlamaq üçün avtomatik güc tənzimləmə və ya ekvivalent çıxış nəzarəti funksiyasına malik olmalıdır. Cihazda pasiyent təhlükəsizliyi üçün neytral elektrodun kontakt keyfiyyətinə nəzarət sistemi — REM/CQM/NE monitoring və ya ekvivalent pasiyent plitəsi monitorinqi olmalıdır. Neytral elektrod düzgün qoşulmadıqda və ya kontakt zəif olduqda cihaz səsli-vizual xəbərdarlıq verməli və çıxışı bloklamalıdır. Cihazda ayrı-ayrı monopolyar və bipolyar çıxış yuvaları olmalıdır. Minimum 1 ədəd monopolyar aktiv elektrod çıxışı, 1 ədəd neytral elektrod çıxışı və 1 ədəd bipolyar çıxış olmalıdır. Cihaz ayaq pedalı ilə təmin olunmalıdır. Cihazda iki pedallı ayaq idarəetmə sistemi və monopolyar əl tutacağı ilə cut/coag seçimi mümkün olmalıdır. Cihazla birlikdə steril oluna bilən 2 dəst - Bipolar və monopolar qələmlər, neytral elektrod olmalıdır. bipolar və monopolar qələm ucluqları hər birində 100 ədəd olmaqla təmin edilməlidir. Cihaz minimum LED/LCD ekran və ya ekvivalent göstərici panelinə malik olmalıdır. Ekranda və ya paneldə seçilmiş rejim, təyin olunmuş güc, çıxış statusu, neytral elektrod statusu və nasazlıq xəbərdarlıqları göstərilməlidir. Cihazda işə salınma zamanı avtomatik özünü yoxlama funksiyası olmalıdır. Cihazda yüksək/aşağı çıxış problemi, neytral elektrod kontakt problemi, pedal/əl aləti nasazlığı, artıq temperatur, sistem xətası və elektrik nasazlığı üzrə səsli-vizual alarm və ya xəbərdarlıq funksiyaları olmalıdır. Cihazın çıxışları pasiyent və istifadəçi təhlükəsizliyi üçün izolyasiya olunmuş konstruksiyada olmalıdır. Cihaz mobil trolley ilə təmin edilməlidir. Korpus dezinfeksiya edilə bilən, əməliyyatxana şəraitinə uyğun materialdan hazırlanmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. | 4 | ədəd |
| 2 | Aspirator əməliyyatxana tipli (Cərrahi təkərli) Cərrahi aspirator əməliyyatxana şəraitində qan və digər cərrahi mayelərin sorulması üçün nəzərdə tutulmalıdır. Cihaz ümumi cərrahiyyə, ginekologiya, travmatologiya, LOR, reanimasiya və digər cərrahi müdaxilələr zamanı fasiləsiz istifadə üçün uyğun olmalıdır. Cihaz elektriklə işləyən, yüksək güclü vakuum nasosuna malik olmalıdır. Vakuum göstəricisi tənzimlənə bilməli, vakuum diapazonu minimum 0–90 kPa və ya 0–680 mmHg aralığını əhatə etməlidir. Minimum hava axını 50 L/dəq olmalıdır. Cihaz fasiləsiz iş rejimində işləyə bilməlidir. Cihazda vakuumun tənzimlənməsi üçün regulator və aydın oxunan vakuum göstəricisi/manometr olmalıdır. Sorulma gücü istifadəçi tərəfindən mərhələli və ya davamlı şəkildə tənzimlənə bilməlidir. Cihazda mayenin nasosa daxil olmasının qarşısını alan overflow protection / daşma qoruyucu sistemi olmalıdır. Cihaz minimum 2 ədəd maye toplama qabı ilə təchiz edilməlidir. Hər qabın tutumu minimum 3 L olmalıdır. Toplama qabları şəffaf, dərəcələnmiş, avtoklavlana bilən və ya yüksək səviyyəli dezinfeksiyaya uyğun materialdan olmalıdır. Qablar arasında keçid üçün jar changeover / selector və ya ekvivalent dəyişmə sistemi olmalıdır. Cihazda bakterial/hidrofob filtr və ya ekvivalent qoruyucu filtr sistemi olmalıdır. Filtr sistemi maye və aerozolun nasos sisteminə daxil olmasının qarşısını almalıdır. Cihazın sorucu xətləri tibbi istifadəyə uyğun, dezinfeksiya edilə bilən və dəyişdirilə bilən olmalıdır. Cihaz ayaq pedalı ilə təmin olunmalıdır. Ayaq pedalı ilə sorulmanın aktivləşdirilməsi və dayandırılması mümkün olmalıdır. Cihazda iş rejimi, nasazlıq və elektrik statusu üzrə indikatorlar olmalıdır. Cihazda daşma qoruması, filtr tıxanması və ya sorulma xətti problemi, yüksək temperatur, elektrik nasazlığı və sistem nasazlığı üzrə səsli-vizual xəbərdarlıq və ya indikator funksiyası olmalıdır. Cihazın səs səviyyəsi maksimum 60 dB(A) olmalıdır. Cihaz təkərli cərrahi trolley üzərində olmalı, minimum 4 ədəd təkərli, onlardan minimum 2 ədədi əyləcli olmalıdır. Trolley üzərində maye qabları, sorucu hortumlar, aksesuarlar və enerji kabeli üçün uyğun yerləşdirmə/tutacaq sistemi olmalıdır. Korpus və trolley səthləri dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. | 8 | ədəd |
| 3 | Videolarinqoskop Videolarinqoskop cihazı anesteziologiya, reanimasiya, təcili yardım, əməliyyatxana və kritik xəstə baxımı bölmələrində traxeyal intubasiya zamanı qırtlaq girişinin, səs tellərinin və hava yolu strukturlarının görüntülü vizualizasiyası üçün nəzərdə tutulmalıdır. Cihaz planlı və təcili intubasiya, çətin hava yolu halları, məhdud boyun hərəkəti olan pasiyentlər, reanimasiya və əməliyyatxana şəraitində endotraxeal borunun yerləşdirilməsi zamanı istifadə üçün uyğun olmalıdır. Cihaz portativ əl tipli videolarinqoskop sistemi olmalıdır. Cihaz tutacaq, distal kamera modulu, LED işıqlandırma sistemi və tutacağa birləşik kiçik monitorla birlikdə vahid konstruksiyada işləməlidir. Cihaz ayrıca dayaq üzərində yerləşən böyük monitor və ya ayrıca xarici monitor tələb etməməlidir. Cihazda tutacağa birləşik rəngli LCD/TFT və ya ekvivalent ekran olmalıdır. Ekran ölçüsü minimum 2.4 düym olmalı və intubasiya zamanı canlı görüntünün real vaxt rejimində izlənilməsini təmin etməlidir. Ekran istifadəçinin baxış bucağına uyğun yerləşdirilməli və qırtlaq strukturlarının, səs tellərinin və endotraxeal borunun keçidinin aydın izlənilməsinə imkan verməlidir. Cihazda distal hissədə kamera və LED işıqlandırma sistemi olmalıdır. Kamera sistemi qırtlaq girişinin görüntülənməsi üçün uyğun baxış bucağına və kifayət qədər ayırdetmə qabiliyyətinə malik olmalıdır. LED işıqlandırma sistemi intubasiya sahəsində sabit, homogen və yetərli işıqlandırma təmin etməlidir. Cihaz anti-fog və ya ekvivalent dumanlanmanın azaldılması funksiyasına malik olmalıdır. Kamera və işıqlandırma sahəsində nəm, sekret və temperatur fərqi səbəbindən görüntü keyfiyyətinin pisləşməsinin qarşısını almaq üçün uyğun konstruktiv həll təmin edilməlidir. Cihaz böyüklər üçün Macintosh tipli və ya ekvivalent videolarinqoskop bleyddləri ilə işləməlidir. Dəst minimum №3 və №4 ölçülü böyüklər üçün bleyddləri dəstəkləməlidir. Cihaz rutin intubasiya və çətin hava yolu halları üçün standart, hiperangulyar və ya kanal tipli uyğun bleyddlərlə işləmə imkanına malik olmalıdır. Bleyddlər birdəfəlik steril və ya təkrar istifadə edilə bilən konstruksiyada təqdim edilə bilər. Təkrar istifadə olunan bleyddlər tibbi dezinfeksiya proseslərinə uyğun materialdan hazırlanmalıdır. Birdəfəlik bleyddlər fərdi qablaşdırmada təqdim edilməli və pasiyentlərarası çarpaz kontaminasiya riskinin azaldılması üçün nəzərdə tutulmalıdır. Cihaz endotraxeal borunun yönləndirilməsi üçün standart intubasiya styletləri və ya kanal tipli bleyddlərlə istifadə üçün uyğun olmalıdır. Kanal tipli bleydd təqdim edildikdə endotraxeal borunun bleydd kanalı boyunca yönləndirilməsinə imkan verməlidir. Cihaz daxili təkrar doldurulan batareya və ya dəyişdirilə bilən tibbi istifadəyə uyğun batareya sistemi ilə işləməlidir. Batareya normal klinik istifadə üçün uyğun işləmə müddəti təmin etməlidir. Batareya səviyyəsi ekranda və ya indikator vasitəsilə göstərilməlidir. Cihazın tutacağı ergonomik, yüngül və bir əllə istifadə üçün uyğun olmalıdır. Korpus klinik istifadə üçün davamlı, təmizlənə və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Cihaz gündəlik əməliyyatxana, reanimasiya və təcili yardım istifadəsinə uyğun olmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsinə uyğun şarj cihazı və ya enerji adapteri ilə təchiz olunmalıdır. | ||
| 4 | Larinqoskop pediatrik Komplektə 1 ədəd pediatrik larinqoskop tutacağı, minimum 4 ədəd Miller tipli düz bleydd — №00, №0, №1 və №2, minimum 2 ədəd Macintosh tipli əyri bleydd — №1 və №2, LED işıqlandırma sistemi, batareya və ya uyğun enerji elementi, qoruyucu daşıma çantası və ya qutu, istifadəçi təlimatı və dəstin istifadəsi üçün zəruri əsas aksesuarlar daxil olmalıdır. | 2 | ədəd |
| 5 | RF – Radio Frequency (Radiotezlik) RF koaqulyator cihazı əməliyyatxana, cərrahiyyə, ginekologiya, urologiya, LOR, travmatologiya, təcili cərrahi müdaxilə və ambulator cərrahi prosedurlarda toxumaların kəsilməsi, koaqulyasiyası və hemostazın təmin edilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz yüksək tezlikli elektrocərrahi generator tipli olmalıdır. Sistem monopolar və bipolar iş rejimlərini dəstəkləməli, cərrahi müdaxilə zamanı toxumaların kəsilməsi, qarışıq kəsmə-koaqulyasiya və koaqulyasiya funksiyalarını təmin etməlidir. Cihaz mikroprosessor idarəetməli olmalı və çıxış gücünün toxuma müqavimətinə uyğun stabil tənzimlənməsini təmin etməlidir. Sistem çıxış gücünü real vaxtda idarə etməli, toxuma effekti sabit saxlanılmalı və artıq termal təsirin azaldılması üçün təhlükəsiz enerji nəzarəti təmin edilməlidir. Cihazda minimum monopolar cut, blend cut, forced coagulation/spray coagulation və soft coagulation və ya bu rejimlərə ekvivalent cərrahi enerji rejimləri olmalıdır. Bipolar rejimdə bipolar coagulation və ya bipolar cut/coag funksiyası dəstəklənməlidir. Monopolar kəsmə çıxış gücü minimum 300 W olmalıdır. Monopolar koaqulyasiya çıxış gücü minimum 120 W olmalıdır. Bipolar koaqulyasiya çıxış gücü minimum 80 W olmalı və ya bu göstəricilərə ekvivalent klinik istifadə imkanı təmin edilməlidir. Cihazın RF işləmə tezliyi tibbi elektrocərrahi istifadə üçün uyğun diapazonda olmalıdır. Generator yüksək tezlikli enerji çıxışı ilə işləməli və əməliyyat sahəsində kəsmə və koaqulyasiya effektini sabit şəkildə təmin etməlidir. Cihazda monopolar aktiv elektrod tutacağı üçün çıxış, bipolar alət üçün çıxış, pasiyent neytral elektrodu üçün giriş və ayaq pedalı üçün bağlantı olmalıdır. Monopolar alət əl düyməli və ya ayaq pedalı ilə aktivləşdirilə bilməlidir. Bipolar rejim ayaq pedalı və ya avtomatik/manual aktivləşmə ilə işləyə bilməlidir. Cihazda pasiyent neytral elektrodunun monitorinq sistemi olmalıdır. Neytral elektrodun kontaktı zəif olduqda, ayrıldıqda və ya təhlükəsiz istifadə şərti pozulduqda cihaz səsli və vizual xəbərdarlıq verməli və monopolar çıxışı bloklamalıdır. Cihazda ayrı-ayrı rejimlər üzrə çıxış gücü rəqəmsal şəkildə tənzimlənməli və ekranda göstərilməlidir. İdarəetmə paneli sadə, aydın və əməliyyatxana şəraitində istifadəyə uyğun olmalıdır. Cihaz son istifadə olunan parametrləri yadda saxlama və ya proqramlaşdırıla bilən istifadəçi yaddaşı funksiyasına malik olmalıdır. Cihazda aktivasiya zamanı səsli siqnal olmalıdır. Cut və coag aktivasiya siqnalları bir-birindən fərqlənməli, səs səviyyəsi tənzimlənə bilməlidir. Sistem çıxış aktivliyi, seçilmiş rejim, güc səviyyəsi, neytral elektrod statusu və alarm vəziyyətini vizual indikatorlarla göstərməlidir. Cihaz elektrokoaqulyasiya və elektrocərrahi istifadə üçün uyğun standart aksesuarlarla işləməlidir. Monopolar elektrodlar, elektrodtutan, bipolar pinset, ayaq pedalı, neytral elektrod kabeli və pasiyent elektrodu cihazla tam uyğun olmalıdır. Cihaz uyğun trolley ilə təmin edilməlidir. Korpus əməliyyatxana şəraitində təmizlənə və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. | ||
| 6 | Rektoskop Rektoskopiya sistemi anorektal nahiyənin diaqnostik müayinəsi və kiçik cərrahi müdaxilələrin aparılması üçün nəzərdə tutulmalı, CE sertifikatına malik olmalı və fiberoptik LED işıqlandırma texnologiyası ilə təchiz edilməlidir. Sistem LED işıq mənbəyi, fiberoptik işıq kabeli, rektoskop başlığı, 1,5× böyüdücü optik, ikiqat hava balonu, birdəfəlik rektoskop boruları və gigiyenik filtrlərdən ibarət tam komplekt şəklində təqdim olunmalıdır. LED işıq mənbəyi yüksək intensivlikli işıq verməli, parlaqlıq səviyyəsi tənzimlənə bilməli və lampa dəyişdirilməsi tələb etməməlidir. Fiberoptik işıq kabeli təxminən 160–180 sm uzunluğunda olmalı və rektoskop başlığı ilə tam uyğunluq təşkil etməlidir. Rektoskop başlığı paslanmayan tibbi poladdan hazırlanmalı, fiberoptik işıqlandırmaya malik olmalı, alətlərin daxil edilməsi üçün işçi kanallı konstruksiyada olmalı və ikiqat hava balonunun qoşulmasını təmin etməlidir. Sistem minimum 1,5 dəfə böyütmə qabiliyyətinə malik optik ilə təchiz edilməlidir. Birdəfəlik istifadə üçün nəzərdə tutulmuş rektoskop boruları PVC və ftalat tərkibli olmamalı, steril şəkildə təqdim edilməli və istehsalçının sistemi ilə tam uyğun olmalıdır. Gigiyenik filtrlər birdəfəlik istifadə üçün nəzərdə tutulmalı və hava balonunun çirklənməsinin qarşısını almalıdır. Sistem müxtəlif ölçülü biopsiya forsepsləri, tampon forsepsləri, tutucu forsepslər, hemorroid ligatoru və digər proktoloji aksesuarlarla uyğun işləməlidir. Təkrar istifadə olunan bütün hissələr yüksək səviyyəli dezinfeksiya və sterilizasiya proseslərinə davamlı olmalı, birdəfəlik komponentlər isə çarpaz infeksiya riskini minimuma endirməlidir. Komplektə ən azı bir ədəd LED işıq mənbəyi, bir ədəd fiberoptik işıq kabeli, bir ədəd rektoskop başlığı, bir ədəd 1,5× optik, bir ədəd ikiqat hava balonu, minimum 25 ədəd birdəfəlik rektoskop borusu və minimum 25 ədəd gigiyenik filtr daxil edilməlidir. | 1 | ədəd |
| 7 | Əməliyyat masası travmatoloji C qolu dəstəkli Travmatoloji əməliyyat masası ortopedik və travmatoloji əməliyyatlar, sınıqların fiksasiyası, bud-çanaq, femur, tibia, diz, çiyin və digər dayaq-hərəkət sistemi müdaxilələri zamanı pasiyentin təhlükəsiz yerləşdirilməsi və traksiya altında əməliyyat aparılması üçün nəzərdə tutulmalıdır. Masa elektrik və ya elektrohidravlik idarəetməli olmalı, C-qollu rentgen cihazı ilə istifadəyə uyğun konstruksiyada olmalıdır. Masanın üst hissəsi rentgen şüasını keçirən — radiolucent materialdan hazırlanmalı və C-qollu rentgen cihazı ilə görüntüləmə zamanı maneə yaratmamalıdır. Masa C-qollu rentgen cihazının əməliyyat sahəsinə rahat yaxınlaşmasına imkan verməli, masa üstlüyündə uzununa sürüşmə funksiyası olmalıdır. Uzununa sürüşmə diapazonu minimum 300 mm olmalıdır. Masanın ümumi uzunluğu minimum 2000 mm, masa üstlüyünün eni minimum 500 mm olmalıdır. Hündürlük tənzimləmə diapazonu minimum 650–1000 mm aralığını əhatə etməlidir. Pasiyent daşıma qabiliyyəti minimum 250 kq olmalıdır. Masa travmatoloji traksiya və C-qollu rentgen istifadə edilən əməliyyatlarda stabil qalmalıdır. Masanın hündürlük, Trendelenburg, reverse Trendelenburg, lateral tilt, arxa seksiyanın hərəkəti və masa sürüşməsi elektrik və ya elektrohidravlik idarəetmə ilə tənzimlənməlidir. Trendelenburg və reverse Trendelenburg hərəkətləri minimum ±25°, lateral tilt minimum ±15°, arxa hissənin hərəkəti minimum -30° / +70° aralığında olmalıdır. Masa minimum 4 seksiyalı modul konstruksiyada olmalıdır: baş, arxa, oturacaq və ayaq seksiyaları. Baş və ayaq seksiyaları çıxarıla və ya dəyişdirilə bilməlidir. Ayaq seksiyaları bölünmüş tipli olmalı və ortopedik/travmatoloji traksiya dəstinin quraşdırılmasına imkan verməlidir. Masa travmatoloji traksiya dəsti ilə təchiz edilməlidir. Traksiya dəsti bud-çanaq, femur və aşağı ətraf sınıqları üzrə əməliyyatlarda istifadə üçün uyğun olmalı, pasiyentin aşağı ətrafının uzadılması, rotasiyası və fiksasiyası üçün mexaniki traksiya imkanına malik olmalıdır. Traksiya sistemi C-qollu rentgen görüntüləməsinə mane olmamalı, radiolucent və ya rentgenə uyğun komponentlərlə təmin edilməlidir. Traksiya dəstinə minimum 2 ədəd traksiya qolu/şini, 2 ədəd ayaq traksiya çəkməsi, 1 ədəd perineal dayaq/post, 1 ədəd çanaq/pelvis dayağı, 1 dəst ayaq fiksasiya adapterləri, 1 dəst rotasiya və uzununa dartma mexanizmi daxil olmalıdır. Traksiya mexanizmi sağ və sol aşağı ətraf üçün istifadə oluna bilməli, dartma və rotasiya tənzimləmələri istifadəçi tərəfindən idarə edilməlidir. Masa əl idarəetmə pultu ilə idarə olunmalıdır. Pult üzərində hündürlük, Trendelenburg, reverse Trendelenburg, lateral tilt, arxa seksiyanın hərəkəti və masa sürüşməsi üzrə idarəetmə düymələri olmalıdır. Masa üzərində əlavə ehtiyat idarəetmə paneli və ya manual fövqəladə idarəetmə imkanı olmalıdır. Zero position funksiyasının olması üstünlük hesab edilə bilər. Masa elektrik şəbəkəsi və daxili təkrar doldurulan batareya ilə işləyə bilməlidir. Batareya ilə işləmə imkanı elektrik kəsilməsi zamanı əsas hərəkətlərin icrasını təmin etməlidir. Enerji təchizatı 220–240 V, 50/60 Hz elektrik şəbəkəsinə uyğun olmalıdır. Masa mobil bazaya malik olmalı, təkərli hərəkət və mərkəzi əyləc/kilidləmə sistemi ilə təchiz edilməlidir. Əməliyyat zamanı masa sabit qalmalı, əyləc aktiv olduqda hərəkət etməməlidir. Korpus, baza və traksiya komponentləri dezinfeksiya edilə bilən, əməliyyatxana şəraitinə uyğun materialdan hazırlanmalıdır. Döşək antistatik, maye keçirməyən, tikişsiz və dezinfeksiya edilə bilən materialdan olmalıdır. Döşək qalınlığı minimum 50 mm olmalıdır. | ||
| 8 | Xəstə monitoru daşına bilən trolley ilə Xəstə monitoru böyüklər və pediatrik pasiyentlərdə həyati göstəricilərin davamlı izlənilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz reanimasiya, təcili yardım, əməliyyatxana, palata, prosedur otağı və şöbədaxili daşınma zamanı istifadə üçün uyğun olmalıdır. Monitor təkərli trolley üzərində təqdim edilməlidir. Monitor minimum 12 düym rəngli TFT/LCD və ya ekvivalent ekrana malik olmalıdır. Ekranda minimum 6 dalğa forması eyni vaxtda göstərilə bilməlidir. Ekranda EKQ, SpO₂, NIBP, PR, RESP, TEMP, alarm statusu, batareya səviyyəsi və trend məlumatları aydın göstərilməlidir. Touchscreen idarəetmə və ya düymə ilə idarəetmə sistemi ola bilər. Monitor minimum aşağıdakı əsas parametrləri ölçməlidir: 3/5 lead EKQ, ürək döyüntü tezliyi — HR, SpO₂, pulse rate — PR, qeyri-invaziv qan təzyiqi — NIBP, tənəffüs tezliyi — RESP və minimum 1 kanal temperatur. EKQ modulu adult və pediatrik pasiyentlər üçün uyğun olmalıdır. HR ölçmə diapazonu böyüklər üçün minimum 15–300 bpm, pediatrik pasiyentlər üçün minimum 15–350 bpm aralığını əhatə etməlidir. Cihazda aritmiya analizi, ST analizi, elektrod ayrılması xəbərdarlığı və defibrilyator qorunması funksiyalarının olması üstünlük hesab edilə bilər. SpO₂ ölçmə diapazonu minimum 0–100% olmalıdır. Pulse rate ölçmə diapazonu minimum 25–250 bpm və ya daha geniş olmalıdır. SpO₂ ölçməsi böyüklər və pediatrik pasiyentlərdə istifadə üçün uyğun olmalı, aşağı perfuziya və hərəkət artefaktlarına qarşı dayanıqlı ölçmə texnologiyasına malik olmalıdır. NIBP modulu adult və pediatrik rejimləri dəstəkləməlidir. NIBP ölçməsi osillometrik metodla aparılmalı, manual, avtomatik və STAT ölçmə rejimləri olmalıdır. Komplektdə böyüklər və pediatrik pasiyentlər üçün uyğun manjetlər təqdim edilməlidir. Tənəffüs tezliyi EKQ impedans metodu və ya ekvivalent metodla ölçülməlidir. RESP ölçmə diapazonu minimum 0–150 rpm aralığında olmalıdır. Temperatur ölçməsi dəri və/və ya bədən temperatur probu vasitəsilə aparılmalı, temperatur ölçmə diapazonu minimum 25–45 °C aralığında olmalıdır. Monitor vizual və səsli alarm sisteminə malik olmalıdır. HR, SpO₂, NIBP, RESP, TEMP, sensor ayrılması, elektrod ayrılması, batareya zəifliyi və sistem nasazlığı üzrə alarm funksiyaları olmalıdır. Alarm limitləri istifadəçi tərəfindən tənzimlənə bilməlidir. Alarm hadisələrinin və trend məlumatlarının yaddaşda saxlanılması təmin edilməlidir. Cihaz minimum 48 saatlıq trend məlumatı saxlaya bilməlidir. NIBP ölçmə tarixçəsi, alarm hadisələrinin saxlanılması və məlumatların USB vasitəsilə ixracı üstünlük hesab edilə bilər. Cihaz mərkəzi monitorinq sisteminə qoşulma üçün LAN/Ethernet portuna malik olmalıdır. Monitor daxili təkrar doldurulan batareya ilə işləyə bilməlidir. Batareya ilə işləmə müddəti minimum 2 saat olmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Cihaz təkərli trolley ilə təmin edilməlidir. Trolley stabil konstruksiyalı olmalı, monitorun təhlükəsiz yerləşdirilməsinə imkan verməlidir. Trolley minimum 4 ədəd təkərli, onlardan minimum 2 ədədi əyləcli olmalıdır. Trolley üzərində aksesuar səbəti/rəfi, kabel tutacağı və monitorun bərkidilməsi üçün uyğun montaj sistemi olmalıdır. | ||
| 9 | Xəstəbaşı monitor reanimasiya tipli Xəstəbaşı monitor reanimasiya, intensiv terapiya, əməliyyatxana, təcili yardım və yüksək riskli palata şəraitində adult və pediatrik pasiyentlərin həyati göstəricilərinin davamlı izlənilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz xəstəbaşı istifadə üçün uyğun olmalı, masaüstü və/və ya divar/konsol montajına uyğun olmalıdır. Monitor minimum 12 düym rəngli TFT/LCD və ya ekvivalent ekrana malik olmalıdır. Ekranda minimum 8 dalğa forması eyni vaxtda göstərilə bilməlidir. Ekranda EKQ, SpO₂, NIBP, PR, RESP, TEMP, EtCO₂, İBP, alarm statusu, batareya səviyyəsi və trend məlumatları aydın göstərilməlidir. Touchscreen və/və ya düymə ilə idarəetmə sistemi ola bilər. Monitor minimum aşağıdakı parametrləri ölçməlidir: 3/5 lead EKQ, ürək döyüntü tezliyi — HR, SpO₂, pulse rate — PR, qeyri-invaziv qan təzyiqi — NIBP, tənəffüs tezliyi — RESP, minimum 2 kanal temperatur, EtCO₂/kapnoqrafiya və minimum 2 kanal invaziv qan təzyiqi — İBP. EKQ modulu adult və pediatrik pasiyentlər üçün uyğun olmalıdır. HR ölçmə diapazonu böyüklər üçün minimum 15–300 bpm, pediatrik pasiyentlər üçün minimum 15–350 bpm aralığını əhatə etməlidir. Cihazda aritmiya analizi, ST analizi, elektrod ayrılması xəbərdarlığı olmalıdır. SpO₂ ölçmə diapazonu minimum 0–100% olmalıdır. Pulse rate ölçmə diapazonu minimum 25–250 bpm və ya daha geniş olmalıdır. SpO₂ ölçməsi adult və pediatrik pasiyentlərdə istifadə üçün uyğun olmalı, aşağı perfuziya və hərəkət artefaktlarına qarşı dayanıqlı ölçmə texnologiyasına malik olmalıdır. NIBP modulu adult və pediatrik rejimləri dəstəkləməlidir. NIBP ölçməsi osillometrik metodla aparılmalı, manual, avtomatik və STAT ölçmə rejimləri olmalıdır. Komplektdə adult və pediatrik ölçülərə uyğun NIBP manjetləri təqdim edilməlidir. Tənəffüs tezliyi EKQ impedans metodu, CO₂ dalğa forması və ya ekvivalent metodla ölçülə bilməlidir. RESP ölçmə diapazonu minimum 0–150 rpm aralığında olmalıdır. Temperatur ölçməsi dəri və/və ya bədən temperatur probu vasitəsilə aparılmalı, temperatur ölçmə diapazonu minimum 25–45 °C aralığında olmalıdır. Monitor EtCO₂/kapnoqrafiya ölçmə funksiyası ilə təchiz edilməlidir. CO₂ ölçməsi sidestream, mainstream və ya microstream texnologiyası ilə aparıla bilər. EtCO₂ ölçmə diapazonu minimum 0–99 mmHg və ya 0–13% aralığını əhatə etməlidir. CO₂ dalğa forması, EtCO₂ rəqəmsal göstəricisi və CO₂ əsasında tənəffüs tezliyi ekranda göstərilməlidir. Komplektdə CO₂ modulu və ya daxili CO₂ funksiyası, sampling line, water trap və adult/pediatrik airway adapter və ya uyğun bağlantı elementləri olmalıdır. Monitor minimum 2 kanal İBP ölçmə funksiyası ilə təchiz edilməlidir. İBP ölçmə diapazonu minimum -50 ilə +300 mmHg aralığında olmalıdır. Cihaz arterial, venoz və digər invaziv təzyiq kanallarının monitorinqini dəstəkləməlidir. İBP üçün zero/calibration funksiyası, dalğa forması və alarm limitləri olmalıdır. Komplektdə İBP bağlantı kabeli və minimum 2 ədəd uyğun transduser bağlantı dəsti olmalıdır. Monitor vizual və səsli alarm sisteminə malik olmalıdır. HR, SpO₂, NIBP, RESP, TEMP, EtCO₂, İBP, sensor ayrılması, elektrod ayrılması, CO₂ xətti/water trap problemi, İBP transduser problemi, batareya zəifliyi və sistem nasazlığı üzrə alarm funksiyaları olmalıdır. Alarm limitləri istifadəçi tərəfindən tənzimlənə bilməlidir. Hər cihazlar birlikdə 10 ədəd water trap və uzadıcı xətlə təmin edilməlidir. Cihaz minimum 96 saatlıq trend məlumatı saxlaya bilməlidir. NIBP ölçmə tarixçəsi, alarm hadisələrinin saxlanılması və məlumatların USB vasitəsilə ixracı üstünlük hesab edilə bilər. Cihaz mərkəzi monitorinq sisteminə qoşulma üçün LAN/Ethernet portuna malik olmalıdır. Wi-Fi bağlantısı üstünlük hesab edilə bilər. Monitor daxili təkrar doldurulan batareya ilə işləyə bilməlidir. Batareya ilə işləmə müddəti minimum 2 saat olmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Monitorun korpusu reanimasiya şəraitində istifadəyə uyğun, hamar səthli, dezinfeksiya edilə bilən və tibbi istifadəyə uyğun materialdan hazırlanmalıdır. | ||
| 10 | Süni tənəffüs cihazı portativ Portativ süni tənəffüs cihazı təcili yardım, reanimasiya, neonatal reanimasiya, pediatrik reanimasiya, xəstəxanadaxili transport, əməliyyatxanadan sonrakı müşahidə və kritik xəstə baxımı zamanı neonatal, pediatrik və adult pasiyentlərdə tənəffüs dəstəyinin təmin edilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz neonatal, pediatrik və adult pasiyent kateqoriyalarında invaziv və qeyri-invaziv süni ventilyasiya üçün uyğun olmalıdır. Sistem endotraxeal boru, traxeostomiya borusu, qeyri-invaziv maska interfeysi və neonatal/pediatrik/adult nəfəs konturları ilə işləmə imkanına malik olmalıdır. Cihaz portativ transport tipli mikroprosessor idarəetməli süni tənəffüs cihazı olmalıdır. Sistem xəstəxanadaxili daşınma, təcili yardım avtomobili və yataqyanı istifadə üçün uyğun yığcam konstruksiyada olmalı, daxili turbin/kompressor və ya ekvivalent hava təchizatı sistemi ilə işləməlidir. Cihaz adult/pediatrik və neonatal pasiyent qrupları üçün ayrıca seçim imkanına malik olmalıdır. Pasiyent qrupu seçildikdə tidal volume, təzyiq limitləri, trigger həssaslığı, axın sensoru, alarm hədləri və nəfəs konturu həmin pasiyent qrupuna uyğun işləməlidir. Cihaz həcm kontrollu, təzyiq kontrollu və təzyiq dəstəkli ventilyasiya rejimlərini dəstəkləməlidir. Sistem minimum VCV/VC-CMV, PCV/PC-CMV, SIMV, PSV, CPAP/PEEP, NIV və apnoe ventilyasiya rejimlərinə malik olmalıdır. Neonatal istifadə üçün nCPAP, neonatal NIV və həcm hədəfli təzyiq kontrollu ventilyasiya və ya ekvivalent neonatal ventilyasiya rejimi dəstəklənməlidir. Cihazın tidal volume tənzimləmə diapazonu neonatal pasiyentlər üçün minimum 2–100 ml, pediatrik pasiyentlər üçün minimum 20–400 ml, adult pasiyentlər üçün minimum 100–2000 ml aralığını əhatə etməli və ya bu diapazonlara ekvivalent klinik istifadə imkanı verməlidir. Tənəffüs tezliyi neonatal və pediatrik pasiyentlər üçün minimum 1–120/dəq, adult pasiyentlər üçün minimum 1–80/dəq diapazonunda tənzimlənə bilməlidir. PEEP/CPAP tənzimləmə diapazonu minimum 0–25 cmH₂O olmalıdır. İnspirator təzyiq və təzyiq dəstəyi parametrləri neonatal, pediatrik və adult pasiyentlər üçün təhlükəsiz klinik diapazonlarda tənzimlənə bilməlidir. Cihaz oksigen konsentrasiyasını 21–100% aralığında tənzimləməlidir. Sistem tibbi oksigen balonu, xəstəxana mərkəzi oksigen xətti və daxili turbin/kompressor vasitəsilə hava təchizatı ilə işləməlidir. Oksigen giriş bağlantısı tibbi qaz sistemlərinə uyğun olmalıdır. Cihazda neonatal və adult/pediatrik istifadə üçün uyğun axın sensorları və ya ekvivalent ölçmə sistemi olmalıdır. Sistem təzyiq, axın, tidal volume və minute volume göstəricilərini real vaxt rejimində ölçməli, kiçik neonatal tidal həcmlərin monitorinqinə imkan verməlidir. Cihaz minimum 8 düym rəngli ekran və ya ekvivalent idarəetmə paneli ilə təchiz olunmalıdır. Ekranda ventilyasiya rejimi, təyin edilmiş parametrlər, ölçülən göstəricilər, alarm statusu, təzyiq-zaman, axın-zaman və həcm-zaman qrafikləri göstərilməlidir. Cihaz monitorinq funksiyalarına malik olmalıdır. Sistem ən azı inspirator təzyiq, PEEP, tidal volume, minute volume, tənəffüs tezliyi, FiO₂, I nisbəti, pik təzyiq, orta hava yolu təzyiqi, spontan tənəffüs göstəricisi, compliance və resistance parametrlərini izləməlidir. Cihaz qeyri-invaziv ventilyasiya zamanı sızma kompensasiyası funksiyasına malik olmalıdır. NIV rejimində trigger və cycling parametrləri pasiyentin spontan tənəffüs cəhdinə uyğun tənzimlənə bilməlidir. Cihazda yüksək/aşağı hava yolu təzyiqi, aşağı tidal volume, yüksək/aşağı minute volume, apnoe, disconnect, leak, aşağı/yuxarı FiO₂, qaz təchizatı xətası, elektrik kəsilməsi, aşağı batareya səviyyəsi, sensor bağlantısı və sistem xətası üzrə səsli və vizual alarm sistemi olmalıdır. Cihazda trend yaddaşı və alarm hadisələrinin saxlanılması funksiyası olmalıdır. Sistem əsas ventilyasiya parametrlərinin sonrakı baxışını və klinik izləməsini təmin etməlidir. Cihaz daxili təkrar doldurulan batareya ilə işləməlidir. Batareya xəstəxanadaxili transport və elektrik kəsilməsi zamanı minimum 2 saat fasiləsiz işləmə imkanı verməlidir. Batareya səviyyəsi ekranda və ya indikator vasitəsilə göstərilməlidir. Cihaz portativ istifadə üçün uyğun daşıma tutacağı, montaj sistemi və ya transport arabasına bərkidilmə imkanı ilə təmin edilməlidir. Cihazın çəkisi əsas ventilator bloku üzrə maksimum 10 kq olmalıdır. Korpus zərbəyə davamlı, təmizlənə və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. | ||
| 11 | İnfuziya pompası İnfuziya pompası xəstəxana, reanimasiya, əməliyyatxana, palata, təcili yardım və prosedur otaqlarında maye, dərman məhlulu, elektrolit, qidalandırıcı məhlul və digər infuziya preparatlarının dəqiq və nəzarətli şəkildə venadaxili yeridilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz volumetrik infuziya pompası tipli olmalı, adult, pediatrik və neonatal pasiyentlərdə istifadə üçün uyğun olmalıdır. Cihaz infuziya sürətini, veriləcək həcmi və infuziya müddətini dəqiq tənzimləməyə imkan verməlidir. İnfuziya sürəti tənzimləmə diapazonu minimum 0.1–1200 ml/saat aralığında olmalıdır. Sürət tənzimləmə addımı aşağı sürətlərdə minimum 0.1 ml/saat olmalıdır. İnfuziya həcmi — VTBI minimum 0.1–9999 ml aralığında tənzimlənə bilməlidir. Cihazın infuziya dəqiqliyi uyğun infuziya setləri ilə maksimum ±5% həddində olmalıdır. Cihaz uzunmüddətli infuziya zamanı stabil axın verməli və aşağı sürətli infuziyalarda dəqiq işləməlidir. Cihaz minimum aşağıdakı iş rejimlərini dəstəkləməlidir: sürət rejimi, həcm/zaman rejimi, dozalama rejimi və bədən çəkisinə görə dozalama rejimi. Cihazda bolus funksiyası olmalıdır. Bolus sürəti və bolus həcmi istifadəçi tərəfindən tənzimlənə bilməlidir. Cihazda KVO — Keep Vein Open funksiyası olmalıdır. Təyin edilmiş infuziya həcmi tamamlandıqdan sonra cihaz damar yolunun açıq saxlanılması üçün aşağı sürətli KVO rejiminə keçməlidir. KVO sürəti istifadəçi tərəfindən tənzimlənə bilməlidir. Cihazda infuziya setinin düzgün yerləşdirilməsi üçün qapaqlı/kasetli mexanizm olmalıdır. Cihaz standart və ya istehsalçı tərəfindən uyğunlaşdırılmış infuziya setləri ilə işləməlidir. İnfuziya setində sərbəst axının qarşısını alan anti-free-flow təhlükəsizlik mexanizmi olmalıdır. Cihazda hava qabarcığı aşkarlama sistemi olmalıdır. Air-in-line alarm funksiyası infuziya xəttində hava aşkar edildikdə infuziyanı dayandırmalı və səsli-vizual xəbərdarlıq verməlidir. Cihazda okklüziya təzyiqinin aşkarlanması və alarm funksiyası olmalıdır. Okklüziya təzyiq həddi istifadəçi tərəfindən mərhələli şəkildə tənzimlənə bilməlidir. Okklüziya baş verdikdə cihaz infuziyanı dayandırmalı və səsli-vizual alarm verməlidir. Cihazda minimum aşağıdakı alarm və təhlükəsizlik funksiyaları olmalıdır: hava xəttdə, okklüziya, qapı açıq, infuziya tamamlandı, set düzgün yerləşdirilməyib, batareya zəif, elektrik kəsilməsi, cihaz nasazlığı, KVO rejimi, VTBI tamamlandı və standby xəbərdarlığı. Cihazda rəngli və ya monoxrom ekran olmalıdır. Ekranda infuziya sürəti, veriləcək həcm, verilmiş həcm, infuziya müddəti, batareya səviyyəsi, alarm məlumatları və iş rejimi göstərilməlidir. İdarəetmə paneli istifadə üçün sadə və aydın olmalıdır. Cihazda infuziya tarixçəsi və alarm hadisələrinin yaddaşda saxlanılması funksiyası olmalıdır. Cihaz minimum 1000 hadisəlik yaddaşa malik olmalıdır və infuziya prosesi üzrə əsas məlumatların sonradan baxılmasına imkan verməlidir. Cihaz daxili təkrar doldurulan batareya ilə işləməlidir. Batareya ilə işləmə müddəti minimum 4 saat olmalıdır. Cihaz 220–240 V, 50/60 Hz elektrik şəbəkəsində işləməlidir. Batareya səviyyəsi cihaz ekranında göstərilməlidir. Cihazın korpusu yüngül, zərbəyə davamlı, dezinfeksiya edilə bilən və tibbi istifadəyə uyğun materialdan hazırlanmalıdır. Cihaz masaüstü istifadə və infuziya ştativinə bərkidilmə üçün uyğun olmalıdır. Cihazda ştativə bərkidilmə üçün sıxac/kronşteyn olmalıdır. Cihazın çəkisi rahat daşınma üçün maksimum 4 kq olmalıdır. Cihaz reanimasiya və palata şəraitində fasiləsiz gündəlik istifadə üçün uyğun olmalıdır. | ||
| 12 | AED (Automated External Defibrillator) — Avtomatlaşdırılmış Xarici Defibrilyator AED defibrilyator cihazı tibb müəssisələrində, təcili yardım sahələrində, ictimai məkanlarda, qəbul şöbələrində, poliklinikalarda, reanimasiya və ilkin yardım zonalarında qəfil ürək dayanması zamanı ritmin avtomatik qiymətləndirilməsi və zəruri olduqda defibrilyasiya şokunun verilməsi üçün nəzərdə tutulmalıdır. Cihaz avtomatik xarici defibrilyator tipli olmalıdır. Sistem pasiyentin EKQ ritmini avtomatik analiz etməli, şok verilə bilən ritmi müəyyən etdikdə istifadəçiyə səsli və vizual təlimat verməli və şokun təhlükəsiz verilməsinə imkan yaratmalıdır. Cihaz tam avtomatik AED rejimində işləməlidir. Cihaz böyüklər və pediatrik pasiyentlər üçün istifadə imkanına malik olmalıdır. Pediatrik istifadə xüsusi pediatrik elektrodlar, uşaq rejimi düyməsi/açarı və ya ekvivalent enerji azaldıcı mexanizm vasitəsilə təmin edilməlidir. Cihaz biphasic defibrilyasiya dalğa forması ilə işləməlidir. Adult defibrilyasiya enerjisi minimum 150 J səviyyəsində və ya avtomatik eskalasiya olunan biphasic enerji protokolu ilə təmin edilməlidir. Pediatrik rejimdə enerji azaldılmış səviyyədə, təxminən 50 J və ya istehsalçı tərəfindən müəyyən edilmiş təhlükəsiz pediatrik protokol üzrə verilməlidir. Cihaz səsli və vizual təlimat sisteminə malik olmalıdır. Təlimatlar elektrodların yerləşdirilməsi, pasiyentə toxunmamaq, ritm analizi, CPR icrası, şok tövsiyəsi və şokdan sonrakı CPR davamı üzrə istifadəçini mərhələli şəkildə yönləndirməlidir. Cihazda CPR metronomu, CPR təlimatı və ya ekvivalent reanimasiya yönləndirmə funksiyası olmalıdır. CPR zamanı kompressiya ritminin saxlanılması üçün səsli metronom və ya vizual göstərici təmin edilməlidir. Cihazda elektrodların düzgün qoşulması və pasiyentə yerləşdirilməsi üzrə nəzarət funksiyası olmalıdır. Elektrod bağlantısı zəif olduqda, elektrodlar qoşulmadıqda və ya analiz üçün uyğun siqnal alınmadıqda cihaz səsli və vizual xəbərdarlıq verməlidir. Cihaz defibrilyasiya elektrodları əvvəlcədən qoşulmuş və ya sürətli qoşulma imkanı olan formada təqdim edilməlidir. Elektrodlar adult istifadə üçün uyğun olmalı, pediatrik istifadə üçün ayrıca pediatrik elektrod dəsti və ya adult/pediatrik universal elektrod dəsti təqdim edilməlidir. Cihaz EKQ ritm analizini avtomatik aparmalı və şok verilə bilən ritmlərlə şok verilməyən ritmləri ayırd etməlidir. Cihaz yalnız şok tövsiyə olunan ritm aşkar etdikdə şokun verilməsinə imkan yaratmalıdır. Cihazda özünü yoxlama funksiyası olmalıdır. Sistem batareya, elektrod, daxili dövrələr və əsas işçi vəziyyət üzrə avtomatik self-test aparmalı, istifadəyə hazırlıq vəziyyətini vizual indikator vasitəsilə göstərməlidir. Cihazda səsli və vizual alarm/göstərici sistemi olmalıdır. Batareya zəifliyi, elektrod müddəti və ya bağlantı problemi, sistem nasazlığı və istifadəyə hazır olmama vəziyyəti indikator və ya xəbərdarlıq vasitəsilə göstərilməlidir. Cihaz hadisə məlumatlarının saxlanılması funksiyasına malik olmalıdır. Sistem ən azı EKQ ritm məlumatlarını, analiz qərarlarını, verilən şokları, hadisə vaxtlarını və əsas cihaz fəaliyyətlərini daxili yaddaşda saxlamalıdır. Cihaz hadisə məlumatlarının USB, infraqırmızı, Bluetooth, Wi-Fi və ya ekvivalent interfeys vasitəsilə çıxarılmasına imkan verməlidir. Məlumatlar hadisə baxışı, keyfiyyət analizi və tibbi sənədləşdirmə məqsədilə elektron formatda əldə edilə bilməlidir. Cihaz batareya ilə işləməlidir. Batareya tibbi AED istifadəsi üçün nəzərdə tutulmuş uzunömürlü litium və ya ekvivalent batareya tipli olmalıdır. Batareya cihazın gözləmə rejimində uzun müddət istifadəyə hazır vəziyyətdə saxlanılmasını və minimum 100 defibrilyasiya şoku və ya ekvivalent klinik istifadə tutumunu təmin etməlidir.Batareya yenidən doldural bilən olmalı, adapteri və ya charger stansiyası ilə təmin edilməlidir. Cihaz portativ, yüngül və daşıma üçün uyğun konstruksiyada olmalıdır. Cihazın çəkisi batareya və elektrodlarla birlikdə maksimum 4 kq olmalıdır. Cihazın korpusu zərbəyə, toza və nəmə davamlı olmalıdır. Cihaz minimum IP54 qorunma səviyyəsinə və ya ekvivalent toz/nəm davamlılıq göstəricisinə malik olmalıdır. Korpus ictimai və klinik mühitdə gündəlik saxlanma və təcili istifadə üçün uyğun olmalıdır. Cihazda açma/işə salma mexanizmi sadə olmalıdır. Qapaq açıldıqda, düymə basıldıqda və ya elektrod paketi aktivləşdirildikdə cihaz istifadəçini avtomatik təlimatlandırmağa başlamalıdır. Cihazda status indikatoru olmalıdır. Cihaz istifadəyə hazır olduqda və ya texniki problem yarandıqda status göstəricisi aydın görünməlidir. Cihaz AED divar qutusu və ya daşıma çantası ilə saxlanılmağa uyğun olmalıdır. Cihaz üzərində və ya çantasında əsas ilkin yardım aksesuarları üçün yer olmalıdır. |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 1 |
| ədəd |
| 63 |
| ədəd |
| 57 |
| ədəd |
| 3 |
| ədəd |
| 80 |
| ədəd |
| 5 |
| ədəd |
Satınalmalarının 183 dərc olunmuş nəticəsi üzrə.
son qələbə 17 sen 2026
son qələbə 17 avq 2026
son qələbə 04 may 2026
son qələbə 29 sen 2025
son qələbə 12 dek 2025